Xəbər verdiyimiz kimi, Azərbaycana qarşı çoxsaylı hərbi cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 12-də davam etdirilib.

“Qafqazinfo”nun məlumatına görə, məhkəmədə Ermənistanın işğal siyasətinin tərkib hissəsi olaraq həmin ölkənin silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunda, o cümlədən rayonun Başlıbel kəndində, “Tunel” adlanan ərazisində və digər ərazilərində azərbaycanlıların kütləvi şəkildə məhv edilməsi, azərbaycanlı olduğuna görə dinc sakinlərə qarşı xüsusilə ağır cinayətlərin törədilməsi ilə bağlı zərərçəkmiş şəxslər ifadə verib.

İfadə verən zərərçəkmiş şəxs Habil Ələsgərov bildirib ki, aprelin 5-də Başlıbeldə güllə səsləri eşidilməyə başlayıb. “Kəndə hücum edən Ermənistan silahlı qüvvələrinin hərbçiləri evləri qarət edirdilər. Biz özümüzü müdafiə etmək məqsədilə kahalarda gizləndik. Onlar gizləndiyimiz yeri müəyyən etdikdən sonra bizi atəşə tutmağa başladılar. Gizləndiyimiz kahalara qazlı bombalar atdıqdan sonra içəridə qalmaq olmurdu. Çölə çıxıb içəridə hər kəsin öldüyünü desəm də, inanmadılar. Məndən tələb etdilər ki, kahada gizlənən insanları çağırıb çölə çıxarım”, - deyə H.Ələsgərov vurğulayıb.

Zərərçəkmiş şəxs əlavə edib ki, Ermənistan ordusunun kahaya hücumu nəticəsində anası qolundan güllə yarası almışdı: “Anamı gətirməyə gedəndə onu güllələdilər. Yanımızda olanların çoxu yaşlı və qadınlar idi. Ermənistan silahlı qüvvələri mülki əhaliyə heç bir sual vermədən görən kimi öldürürdülər. Orada xarici ölkələrdən muzdlular da var idi. Girov düşməmək üçün qaçdım ki, bəlkə məni öldürərlər. Amma qaça bildim. Yaşlı bir kişini mədəniyyət evində yandırmışdılar, sadəcə, başı qalmışdı. Bir qadını suya atmışdılar, hava soyuq olduğu üçün donaraq ölmüşdü. Onlar hətta heyvanları belə amansızlıqla öldürürdülər.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavab olaraq H.Ələsgərov deyib ki, Başlıbel üçün yeganə çıxış “Tunel” kimi tanınan yol olub. Lakin Ermənistan ordusu orada pusqu quraraq yolu bağlayıb. Ərazidə gizlənmək üçün meşə də olmadığından ümid kahalara qalıb. O, həmin kahalarda günlərlə ac-susuz, qaranlıqda qaldıqlarını deyib. Bildirib ki, onlar ya kahalarda acından ölməli, ya da həyatlarını təhlükəyə ataraq gecə gizli şəkildə kəndə ərzaq dalınca getməli idilər.

Son xəbərlər

Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb

Harri Keyn karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanıb

Bakıda bu binalar söküləcək - Sakinlərə veriləcək məbləğ açıqlandı

Ardıcıl üçüncü dəfə həmin mükafatı qazandı

2026-cı ilin sözü seçildi

Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib

Məhəmmədhaqqı AĞAYEV - 70

BASQALIN GÜNƏŞİ, AYI GÖZƏLDİ... - FOTOLAR

QƏBİRİSTANLIQ — ÖLÜMÜN DİLİ İLƏ HƏYATIN DƏRSİ - FOTO

“Bugs Bunny”nin “səsi” vəfat etdi

Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik

Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub

Raqif NAZİMOĞLU : ÖLƏNDƏN SONRADI YAŞAMAĞIM DA - FOTO

Qəşəm NƏCƏFZADƏ : Salam, Dar ağacı - FOTO

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

“Evlənməyə vaxtımız yoxdur”

Baş Prokurorluqdan "WhatsApp"la bağlı xəbərdarlıq

Sözünün əvvəli də Şakir idi, sonu da…

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib

Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib

İslam Əməkdaşlıq Təşkilatının baş katibi "ASAN xidmət" mərkəzi ilə tanış olub

Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub

Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031