Xəbərlər
4.05.2025, 20:17
ÖLSƏM GÖZÜM ARXADA QALMAYACAQ - FOTOLAR
Bilmirəm hardan başlayım,harda qurtarım.Hər zaman kədərimi gülüşlərimin arxasında gizləmişəm.Məni tanıyanlar bilir ki, yaradıclığımın ana xətti Vətən,yurd,millət sevgisidir.Yurd həsrəti ilə yanıb qovrulan ürəyimdə ən çox yara bağlayan Xocalı və Şuşa həsrəti daha qabarıq görünüb.5 il bundan öncə yuxularımda gedə bilmədiyim Qarabağ torpağına qədəm qoymaq məncə hər kəsə bir xülya kimi görünərdi və görünürdü də.Bəli mənim əzizlərim,yolumuzu ilk olaraq Ağdamdan başladıq.Dağıdılmış evlərin kol-kos basmış həyət-bacalarını gördükcə içimdə bir fırtına qopmuşdu.Mənfur düşmənlərimizə lənət yağdıra-yağdıra Qarabağın yenidən qurulub abad olması üçün görülən quruculuq işlərinə baxdıqca ölkəmizin rəhbərinə və onun ətrafında olan, fəhləsindən tutmuş vicdanı olan məmurlarına qədər minnətdarlığım dilimə gəlməsə də ürəyimdə pıçıldayırdım.Çünki, içimdə özüm-özümlə danışırdım.O torpaqlarımızın yaz havasını ciyərimə çəkdikcə şəhidlərlimizə rəhmət diləyir,qazilərimizə və müharibə içtirakçılarımıza çox sağ olun pıçıldayırdım.
Ağdam şəhidlərinin uyuduğu o müqəddəs məkanda ilk diqqətimi çəkən 30 il ziyarət edə bilmədiyimiz Milli Qəhrəmanımız Allahverdi Bağırovun məzarı oldu.Göz yaşlarım öz utancaqlığıyla ürəyimə axırdı.Sanki özümü günahkar hiss edirdim.Bununla yanaşı da bir qürur hissi də mənimləydi.Bu mənim orduma olan qürurum,fəxrim idi.Onların sayəsində biz bu gün alnıaçıq,üzüağıq.
Yolçu yolda gərək.Yolumuz davam edir.Qarşıda Xocalı var,o Xocalı ki, 20-ci əsrin qan yaddaşından tarix boyunca silinməyəcək olan "Xocalı faciəsi" kimi tariximizə düşdü.Dünyanın görmədiyi, görmək istəmədiyi bu həqiqətləri dünya ictimaiyyətinə çatdılrmaq üçün əsil vətənpərvər yazıçılar,şairlər,siyasətçi və digər bilim adamları dəridən-qabıqdan çıxdılar və bu gün də davam edirlər.
Xocalıya giririk ürəyimdən sanki daş asılıb,elə bilirəm ki, əsir düşmüş qız-gəlinlərimizin fəryadı gəlir sükuta qərq olmuş,vəhşiliyin qurbanı olmuş,tanınmaz hala gəlmiş bu şəhərdən.Ağlayıram için-için,amma göz yaşlarımı yanımda olanların heç biri görmür.Ana bətnindən şişə taxılıb çıxarılmış,hələ bu torpağın havasını udmayan körpələrimin məhv edilməsi gəlir gözlərim önünə.Arzuları gözündə qalan qız balalarımızın vəhşilər tərəfindən zorlanıb məhv edilməsi səhnəsi gözlərim önündə canlanır,hiddətimdən bağırmaq istəyirəm.Girov düşmüş qadınlarımızdan bu günə qədər də xəbər tutmadığımız üçün özümüzü lənətləyirəm.Bir zamanlar Xocalının bu faciəsinə yazdığım "Hardasan Xocalım" və girov qadınlarımızın dilindən yazdığım "İçimdə bir qadın ağlayır"şeirlərimi pıçıldamaqla içimdə qaynayan qisas vulkanını söndürməyə çalışıram.Bağışla, yaralarını sara bilmədim,Xocalım.
Yolumuz davam edir üzü Xankəndə.Ermənilərin at oynatdığı,qanunsuz "Artsax"deyə bir dövlət yaradıb,paytaxt elan etdikləri ( əndrabadi,dilimə gətirmək istəmədiyim bir ad da verdikləri) Xankəndi təbiətin qoynunda,yaşıllıqlar içində əsil Xanlara layiq bir şəhər...Burda həyat davam edir.Meydanda Xankəndi sözünün önünə toplaşan hər kəs şəkil çəkdirməklə elə bil ki, o iyrənc məxluqlara isbat etməyə çalışır ki, baxın,yaxşı baxın,başqasının mal-mülkünə sahib çıxmağın axırı yoxdu.Bura bizimdi,bizim şəhərdi.Qarabağ Universitetinin möhtəşəm binası onu göstərir ki, "biz bir daha bizim olanı heç kimsəyə vermərik"Şəhərdə gedən quruculuq işləri çox ürəkaçan mənzərədi.Ən əsası da o ki, mağazaların,dövlət təşkilatlarının və digər iaişə obyektlərinin üzərindəki lövhələr özümüzə qayıdışın sübutudur.Artıq, arzuları gözündə qalan Araiklərin,onların havadarlarının və hay deyilən o qaraçıdan törəyən tayfanın murdar ayaqları bir daha bu torpağa dəyməyəcək.
Gəlirik Şuşa,gəlirik...
Bir zaman "Şuşa boyda yarası var ürəyimin"yazmışdım.O yaram sağalıb,Şuşam,a mənim mədəniyyət beşiyim,musiqi ocağım.Qoynunda nə qədər gəzsəm də,torpağını nə qədər qoxlasam,anam qədər sevdiyim,ondan da müqəddəs olan şəhərim.İlk qədəm basdığımız qala qapısında böyük hərflərlə ürəyimizdə möhtəşəm qala quran ŞUŞA qapısı,onun önündə 30 il Şuşadan perik düşən Xarıbülbülün simvolunu salamlamalı oldum.
Mən burda olmuşdum.Onda zamanım çox az olmuşdu.Çünki Laçın yolunda keçirdiyimiz aksiyadan qaçıb gəlmiş,şəkil çəkdirib geri aksiyaya dönmüşdüm.Amma, bu gəlişimin səbəbi səni bağrıma basmaq idi,Şuşam.
Möhtərəm prezidentimizin dili ilə desək:
Biz qayıtmışıq!
Biz gəlmişik!
Sən azadsan,
Sən yenidən dirçələcəksən,Şuşa!
Çox sağ ol,mənim prezidentim,həqiqətən də birda gedən quruculuq işləri Şuşanın yenidən dirçəlməyinin bariz nümunəsidi.
Çox sürətlə gedən abadlıq və quruculuq işlərinin getdiyinin şahidi oldum.Ürəyim dağa döndü.Güllələnmiş abidələrimizlə şəkil çəkdirdik.
Demək olar ki, dağıdılmış tarixi abidələrimizi gəzdik.Bilirəm ki, bu abidələrimiz yenidən bərpa olunur və olunacaq.
Şuşanı gəzdikcə qəhrəmanlığı,igidliyi,cəsurluğu,qoxmazlığı ilə dünyanı və başqa xalqların ordusunu mat qoyan şanlı ordumuzu,igidlərimizi xatırlayır,onların şücaətlərini bir-birimizə danışır,bilməyənlərə də başa salırdıq.Acı həqiqətdi ki, bəzi nankor vətən xainləri tərəfindən"Alınmaz qala"dediyimiz Şuşanı asanlıqla düşmənlərə peşkəş etmişdilər.Düz 30 il sonra bizim İgidlərimiz öz qanlar,canları ilə bu şəhəri geri almışlar.Şuşa müqəddəs məkandı,bunu hər kəs bilməlidi.Bu torpağa şəhidlərimizin qanı tökürüb.Şəhidlərimizin geydiyi ayaqqabı belə bizim üçün toxunulmazdı!
Nəhayət Cıdırdüzünə yollanırıq.Hər kəsdən axırda gedirəm.Ayaqlarımı sürüyə-sürüyə beynimdə Nikol Paşınyanın və donuzabənzəri olan o məxluqların burda yallı getməsi o zaman mənim sinəmi necə göynətdiyini xatırlayıram.İndi içimdə bir rahatlıq var.Nikolun lovğalanaraq İlham Əliyevi çay içməyə,Anna kimi bir səxsiyyətsiz qadının isə Mehriban xanımı Cıdırdüzünə musiqi dinləməyə dəvətini xatırlayaraq gülürəm.
Bu dəvətin tutarlı cavabı Şuşanın azad olması,Cənab prezidentimin Cıdır düzündə qol qaldırıb oynaması, Mehriban xanımın isə Xarı Bülbül Muğam konsertlərinin məhz Şuşada keçirilməsinə dəstəyi oldu.Bəli, bunları xatırlamağım Cıdırdüzündə bir sal daşın üstündə oturub ürəkdən qəh-qəhəylə gülməyimə səbəb oldu.Nə qədər gəzsəm də doymadım səndən,Şuşam.İsa bulağının buz kimi dişi göynədən suyundan içdim.Bəlkə də indiyə qədər belə du dadmamışdım...Nə sudan,nə də Şuşadan doymasam da getməliydik...
Yolumuz dağlar qoynunda həqiqətən də Laçın kimi dayanan Laçınadı.Bəli şerlərimdə qəmli notlarla vəsf etdiyim o Laçın ki, onun dağ kəndlərindən olan Səfyan kəndinə girəndə orda döyüşçülərimizdən başqa bir kənd sakinini belə görməmişdim.Tüstüsüz evlər,axan bulaqların qız-gəlinsiz olması,qoyun-quzu,toyuq-cücə səsi gəlməməsi,kimsəsiz qalmış evlərdə bəzəkli qalmış gəlin xonçaları məni göz yaşlarıma boğmuşdu.
Çox tələsirdim Laçını görmək üçün,Güləbird kəndindən keçən Həkəri çayını Bərgüşadla müqyisə etmişdim.Özümə bənzətmişdim
Həkərini.Çılğınlığı,coşqusuyla bir ananın iki övladı qardaşım və mən necə bənzəyirdik.Qardaşım Arif oğlan da olsa çox sakit,səbrli idi,amma mən dəlisovluğumla bir başqaydım.Yenidən Həkərinin coşan dalğalarını,şırıltısını,bir sözlə hayküyünü görmək üçün axşam düşmədən görmək istəyirdim.
Çox acgözlüklə bu təbiətin seyrinə dalmış,uzandıqca uzanan yaşıllıqlara,gözəl meşələrinə baxır və mərhum sənətkarımız Məhəbbət Kazımovun həsrət və yanğl ilə oxuduğu "Laçınım " mahnısını indi daha çox anlayırdım.Məhəbbət Kazımov bu mahnını oxumurdu,Laçının həsrətindən od alıb qovrulurdu.Kaş ki, Laçın dağlarının bu gününü görəydin deyərək göz yaşlarıma hakim ola bilmirəm.Allah gözəllik verəndə Laçına daha çox verib desəm heç yanılmaram.Çünki, dağlar qoynunda cilvələnən bir gözəli xatırladır.Heyranlıqla süzdüyüm dağlar,dərələr geridə qaldı,nəhayət budur Həkəri çayının tam kənarındayam...Sevincimlə kədərim qarmaqarışıqdı.
Böyük hərflərlə yazılmış Laçın sözünün bütün hərflərinə sığal çəkirəm.
Burda bir lövhə də var.
"Ədəbiyyata könül ver"
Nə gözəl bir lövhə olduğu məni çox sevindirdi.
Mən həm ədəbiyyata,həm də sənə könül verdim,Laçınım.
Tezliklə ədəbi kitablarla yenidən görüşünə gələcəm!!!
Mənə bu bir günü yaşadan Şəhidlərimə,qazilərimə,Ali Baş Komandirimə və Müzəffər orduma minnətadaram.
Bundan sonra ölsəm gözüm arxada qalmayacaq!
Aybəniz Qafarlı
Şair-publisist

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay