Murat Yaman: “TDT-yə üzv ölkələr arasında ticarət dövriyyəsi aşağıdır”

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında ticarət dövriyyəsi aşağıdır.

Bunu Türkiyənin Azərbaycandakı səfirliyinin baş ticarət müşaviri Murat Yaman bu gün Türk Ticarət Mərkəzində (TTM) Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın ticarət pavilyonlarının açılışında bildirib.

“Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin təxminən 200 milyon əhalisi var. Onların ümumi ticari mənfəəti 1,5 trilyon ABŞ dollarıdır. Odur ki, onlar həm regionda, həm də dünyada çox böyük gücdür. Məlum olduğu kimi, Türk Dövlətləri Təşkilatı iqtisadi güc və siyasi qüdrətinin daha da böyüməsi, siyasi, sosial və iqtisadi birliyinin daha da artması üçün yaradılıb. Lakin təşkilata üzv ölkələrin bu böyük ticarət həcmi hazırda öz aramızda əks olunmur. Yəni Türk Dövlətləri Təşkilatının üzvlərinin bir-biri ilə olan ticarət dövriyyəsi aşağıdır. Odur ki, ticarət dövriyyəsini artırmaq bizim borcumuzdur. Biz öz aramızda ticarətin həcmini artırmaqla ölkələrimizin inkişafı və xalqlarımızın rifahının yüksəlməsi üçün əlimizdən gələni etməliyik. Biz Azərbaycanla Türkiyə, həmçinin digər türk dövlətləri arasında ticarət əlaqələrinin inkişafı üçün əlimizdən gələni edirik”, - o vurğulayıb.

M.Yaman qeyd edib ki, bu gün Türk Ticarət Mərkəzində açılan Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın ticarət pavilyonları türk dövlətləri arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyinə böyük ümidlər var.

Son xəbərlər

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

18 sentyabr – Milli Musiqi Günü: Üzeyir bəyin qoyduğu yol və milli musiqinin yeni mərhələsi

Öyrənək, öyrədək, gözləyək...

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Sabah rayonlarda arabir yağış yağacaq

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930