
Xəbərlər
19.04.2025, 00:51
HACIXANIM AYGÜN HÜSEYN : SEVİNC AĞACI - FOTO
SEVİNC AĞACI
İllər şirin oldu,bəzən də acı,
Ümidlə dəf etdim hər ehtiyacı.
Sən mənim ömrümün sevinc ağacı,
Altında oturub dua edirəm.
Allahı zikr etdim hər bir sözümdə,
Həya pərdəsidir bil ki,sözüm də.
Arzu ağacısan mənim gözümdə,
Altında oturub dua edirəm.
Aygün,sona çatar bir gün dərd,ələm,
Allaha səcdəyə durub bu aləm.
Sanki minarədir əlimdə qələm,
Altında oturub dua edirəm.
Ümidlə dəf etdim hər ehtiyacı.
Sən mənim ömrümün sevinc ağacı,
Altında oturub dua edirəm.
Allahı zikr etdim hər bir sözümdə,
Həya pərdəsidir bil ki,sözüm də.
Arzu ağacısan mənim gözümdə,
Altında oturub dua edirəm.
Aygün,sona çatar bir gün dərd,ələm,
Allaha səcdəyə durub bu aləm.
Sanki minarədir əlimdə qələm,
Altında oturub dua edirəm.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

