IV Antalya Diplomatiya Forumunda (ADF2025) “Yeni dövrdə iqlim diplomatiyası və enerji təhlükəsizliyi” mövzusu müzakirə edilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, Prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev, Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol və BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı iştirak ediblər.

Tədbirdə çıxış edən Murat Kurum dünyanı ekoloji baxımdan çirkləndirən ölkələr arasında Türkiyənin olmadığını bildirib.

Nazir deyib ki, Türkiyə dəyişən geosiyasi və iqtisadi dinamika şəraitində qlobal enerji keçidinin idarə edilməsində iqlim diplomatiyasının kritik rolunu öyrənir.

COP29-un iqlim dəyişikliyi üzrə mübarizələrə stimul verdiyini qeyd edən Muxtar Babayev hazırda dünyada bu istiqamətdə başladılan fəaliyyətləri Bakıda iqlim dəyişikliyi ilə bağlı aparılan əhatəli müzakirələrin davamı kimi dəyərləndirib.

Muxtar Babayev Türkiyənin COP31-ə ev sahibliyi etməsi ilə bağlı namizədliyini də bu, müsbət dinamikanın davamı kimi qiymətləndirib.

Paneldə enerji təhlükəsizliyi, dünyadakı buna bağlı geosiyasi vəziyyət, iqlim dəyişikliyi, yaşıl enerji, enerji keçidinin idarə edilməsi, iqlim diplomatiyasının əhəmiyyəti və effektiv idarəolunması, strateji perspektivlər kimi bir çox məsələ müzakirə olunub.

Son xəbərlər

Nazirlik: ƏMAS-da 72 minə yaxın aktiv vakansiya mövcuddur

Süni intellekt insanlığı məhv edə bilərmi? Alimlərdən təhlükə siqnalı

TBMM sədri Bakının işğaldan qurtuluşunun 108-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib

İşdən sonra telefona cavab vermirlər, görüşlərdən imtina edirlər – Z nəslinin 6 qaydası

Azərbaycanın bu ərazisində yeni şəhər yaradıla bilər - “İkinci paytaxt”

İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Şok edən tibbi etiraf: Həkimlər xərçəng diaqnozunu xəstələrdən niyə gizlədirdi?

İllər sonra geri dönür

“... DÜNYANIN YÜKÜNÜ ÇƏKƏNDİ ŞAİR”

Birol Akgün Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib

XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib

Azərbaycan neftinin qiyməti 127 dolları ötüb

Bakının erməni-bolşevik işğalından azad olunmasından 108 il ötür

Azərbaycanda Bilik Günüdür

Bəzi ərazilərdə işıq kəsiləcək

ƏZİZƏ AĞAHÜSEYNQIZI : MƏKTƏB YOLLARI - FOTO

Makronunun xanımına kişi deyən jurnalist məhkəməni qazandı

İspaniyada uğurlu nəticə qazanan Azərbaycan gimnastları Vətənə qayıdıblar - FOTOLAR

Bu gündən Bakıdakı xətlərə rekord sayda avtobus buraxılacaq

Bu gün Bilik Günüdür

Çağla Boz ev dustağı olacaq

QIZBƏS QƏBƏLƏ : OXU,ELNARƏ - ANA MUĞAMI - FOTO

Elxas Comərd : DANIŞIR - FOTO

Məşhur amerikalı modelyer vəfat etdi

Bakının işğaldan azad edilməsindən 108 il ötür

Məlahət Behbudqızı : Sən olan yeri - FOTO

Türkiyədə daha bir əməliyyat keçirildi - 1600-dən çox adam saxlanıldı

Zabitə Alıyevanın toyudur - Fotolar

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930