BİZİM TƏQVİM: 11 aprel tarixində baş vermiş mühüm hadisələr

11 aprel 1713-cü ildə Utrext sülh müqaviləsi imzalanıb.

Bu müqavilə İspaniya Kralı II Karlosun ölümündən sonra ispan torpaqlarının Avropa ölkələri arasında bölüşdürülməsi ilə bağlı anlaşılmazlıq səbəbindən baş vermiş İspaniya Varislik Müharibəsinin nəticəsi olaraq Niderlandın Utrext şəhərində Fransa və İspaniya arasında imzalanıb.

Bəs, aprelin 11-də dünyada daha hansı hadisələr baş verib?

1. 11 aprel 1865-ci ildə ABŞ Prezidenti Avraham Linkolnun sonuncu ictimai nitqi olub.

2. 11 aprel 1898-ci ildə Puerto-Riko ABŞ-ın nəzarətinə keçib. 1898-ci ildə İspan-ABŞ müharibəsinin nəticəsi olaraq imzalanan Paris müqaviləsinə əsasən İspaniya Puerto-Riko adasını Birləşmiş Ştatların nəzarətinə verir. Hazırda Puerto Riko daxili məsələlərin həllində müstəqildir, xarici siyasətdə isə ABŞ-a tabedir.

3. 11 aprel 1905-ci ildə Albert Eynşteyn Nisbilik nəzəriyyəsini açıqlayıb. Nisbilik nəzəriyyəsi 1905-ci ildə xüsusi nisbilik nəzəriyyəsi, 1916-cı ildə ümumi nisbilik nəzəriyyəsi olmaqla irəli sürülmüş məkan və zaman haqqında fiziki nəzəriyyədir. Xüsusi nisbilik nəzəriyyəsinə görə zamanın gedişi sistemin hərəkətindən asılıdır və zaman, məkan intervalları elə şəkildə dəyişir ki, hər hansı hesablama sistemində işığın sürəti daimidir. Ümumi nisbilik nəzəriyyəsinə görə isə cazibə qüvvələrinin fəaliyyət göstərdiyi dördölçülü məkan-zaman qeyri-Evklid həndəsəsinin nisbətlərinə tabedir.

4. 11 aprel 1919 -cu ildə Sinqapur müstəqilliyini elan edib.

5. 11 aprel 1919-cu ildə BMT-nin ixtisaslaşmış qurumu - Beynəlxalq Əmək Təşkilatı yaradılıb. Sosial-iqtisadi, əmək hüquqlarını müdafiə edən bu beynəlxalq təşkilat Birinci Dünya müharibəsindən sonra Versal müqaviləsi əsasında təsis edilib. Mənzil-qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir.

6. 11 aprel 1979-cu ildə Uqanda diktatoru İdi Amin hakimiyyətdən devrilir.

7. 11 aprel 2006-ci ildə Mahmud Əhmədinəjad elan edir ki, İran uranı müvəffəqiyyətlə zənginləşdirmişdir.

8. 11 aprel Ümumdünya Parkinsonla mübarizə günüdür. Parkinson xəstəliyi neyroendogen xəstəliklər qrupuna daxildir. Mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir. Bu xəstəliyə daha çox 65 yaşdan yuxarı insanlarda rast gəlinir.

Aprelin 11-də bu şəxsiyyətlər xatırlanır:

1. 11 aprel 1894-cü ildə məşhur sirk ustası, illüzionist, Rusiyanın Xalq artisti Emil Kio (Qirşfeld-Renard; 1894-1965) anadan olub.

2. 11 aprel 1914-cü ildə Kanada kinorejissoru və rəssamı, multiplikator, “Oskar” mükafatı laureatı Norman MakLaren (1914-1987) anadan olub.

3. 11 aprel 1902-ci ildə Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR və SSRİ xalq artisti İsmayıl Osmanlı(11.04.1902-22.06.1978) anadan olub.

4. 11 aprel 1854-cü ildə yazıçı, dramaturq, publisist Nəcəf bəy Vəzirov (1854 – 9.7.1926) Şuşada anadan olub. “Müsibəti-Fəxrəddin” pyesi ilə Azərbaycan dramaturgiyasında faciə janrının əsasını qoyub. “Ev tərbiyəsinin bir şəkli”, “Yağışdan çıxdıq, yağmura düşdük” və s. komediyaların müəllifidir.

5. 11 aprel 1934-cü ildə tanınmış fotojurnalist, Əməkdar mədəniyyət işçisi Yaşar Xəlilov (1934-2018) Bakıda doğulub. Beş olimpiadanı (1972–1988-ci illər) işıqlandırmış yeganə azərbaycanlı jurnalistdir.

6. 11 aprel 1992-ci ildə baş leytenant, Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Musayev şəhid olub.

7. 11 aprel 1992-ci ildə baş leytenant Azərbaycanın Milli Qəhrəmanı Pəhləvan Fərzəliyev qəhrəmancasına həlak olub.

8. 11 aprel 1992-ci ildə kapitan, Azərbaycanın Milli Qəhrəmanı Yevgeni Karlov şəhidlik zirvəsinə yüksəlib.

9. 11 aprel 1994-cü ildə hərbçi, Azərbaycanın Milli Qəhrəmanı Yelmar Edilov şəhid olub. (Bizim.Media)

Son xəbərlər

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Sabirabad heyvan satışı bazarı fəaliyyətə başlayıb

Zelenski: Trampın xüsusi elçilərinin Ukraynaya səfəri gözlənilir

Bakıda 92 və 202 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Taha Akgül Firdovsi Umudovun qonağı oldu - Qonaqpərvərliyə görə Azərbaycana təşəkkür etdi

BİR QƏLƏMİM, BİR VARAĞİM, BİR DƏ MƏN... - FOTO

BMU-nun 22 məzunu dünyanın nüfuzlu ali təhsil müəssisələrində

Sonuncu vidalar,bu son gedişlər - FOTO

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Son 12 ildə readmissiya sazişləri çərçivəsində 3990 şəxs Azərbaycana geri qəbul edilib

"Politico": Zelenski ABŞ-ni Ukraynanın müharibədə qələbə qazana biləcəyinə inandırmağı bacarıb

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Dünya çempionatı: Azərbaycanın 4 güləşçisi bu gün medallar uğrunda görüşlərə çıxacaqlar

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Macarıstan pasportu dünyanın ən güclü pasportlarından biri seçilib

691 balla kifayətlənmədi, 700 bal topladı

İki güləşçimiz dünya çempionatının finalında - Fotolar

İranda müharibə zamanı ölən dövlət işçilərinin sayı açıqlandı

Pakistanda güclü yağışlar nəticəsində bir ay ərzində 100-dən çox insan ölüb

Bred Pittin keçmiş xanımı üçüncü dəfə evlənir - Foto

FIFA səhmlərinin bir hissəsini satışa çıxardı

Mən böyüdüm, saçlarıma dən düşdü, amma içimdəki 5 yaşlı uşaq hələ də qardaşını axtardı - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031