Son günlər ictimai yerlərdə siqaretə görə cərimələr çoxalıb. Bəzi vətəndaşlarda bu situasiya narazılığa səbəb olub. Onlar qeyd edirlər ki, siqaretə görə hər yerdə cərimələnirlər.

Bəs maraqlıdır, hansı yerlərdə siqaret çəkmək qanunla qadağandır? Qadağan olunmuş yerlərdə siqaret çəkənləri hansı cərimələr gözləyir?

Turaztv.az Referans.az-a istinadən xəbər verir ki, vəkil Turan Abdullazadə Oxu.az-a açıqlamasında Azərbaycan Respublikasının “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanununa əsasən, tütün məmulatlarından istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədilə aşağıda göstərilən yerlərdə siqaret çəkməyin qadağan olunduğunu bildirib:

– Təhsil və tərbiyə müəssisələri və onların əraziləri;

– Tibb və tibbi-reabilitasiya müəssisələri və onların əraziləri;

– İdman yarışları və digər kütləvi tədbirlərin keçirildiyi binalar və obyektlər;

– Restoranlar, kafelər, barlar daxil olmaqla ictimai-iaşə obyektləri;

– Ticarət obyektləri;

– Məişət obyektləri;

– Sosial xidmət müəssisələri;

– Yerləşdirmə vasitələri;

– Mədəniyyət obyektləri (teatr, kinoteatr, muzeylər və s.)

– Uşaq meydançaları;


– Yerüstü və yeraltı piyada keçidləri;

– Nəqliyyat vasitələri (avtobuslar, minik avtomobilləri, dəmir yolu, hava nəqliyyatı və s.)

– Yanacaqdoldurma məntəqələri və digər təhlükəli obyektlər;

– Çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerləri.

Bu qadağaları pozan şəxslərə qarşı müxtəlif cərimələr tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsinə əsasən, tütün çəkməyə görə cərimələr aşağıdakı kimidir:

– Siqaret çəkməyə görə: 30 manat;

– Tütün tullantılarının ətraf mühitə atılmasına görə: 50 manat;

– Hava nəqliyyatında siqaret çəkməyə görə: 100 manat;

– Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə: 40 manat;

– Şəhərdaxili, şəhərlərarası avtobuslarda və taksilərdə siqaret çəkməyə görə: 40-50 manat;

– Dəniz və çay nəqliyyatında siqaret çəkməyə görə: 40 manat.

Bundan əlavə, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bu yerlərdə tütün çəkmək qadağan edildiyini göstərən lövhələrin olması da qanunla tələb edilir.

Son xəbərlər

Dünya bu gün bu fotolarla yadda qaldı

Ana olduqdan 9 ay sonra öldü

"İncə fikirlər" layihəsinin növbəti qonağı bədii qiraətçi Bəhiyyə xanım Nağıyevadır - FOTO

Azad edilmiş ərazilərdə Qarabağ Milli Parkı yaradılır - Sərəncam

"Şahinlərin Görüşü-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib

Ermənistanın Aİİ-dən çıxması Rusiyadan pul köçürmələrini yarıdan çox azalda bilər

Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib

Kiyevə dron hücumları zamanı daha bir Azərbaycan vətəndaşı yaralanıb

Erkən diaqnozla gələcəyə ümid… - Fotolar

Pilləkəndən yıxılıb öldü

Meyxanaçı vəfat etdi

“Çox axmaqca bir seçim idi, səsim tamamilə dəyişdi” - Selena Qomezdən etiraf

Oktyabrın 20-si Zəngilan şəhəri günüdür - FOTOLAR

Sabah rayonlara yağış yağacaq

Zabit, gizir, miçman və MAXE-nin məsuliyyəti artırılır

Ərinin qətlini sifariş edən qadınla bağlı qərar verildi

Azərbaycan neftinin qiyməti 2 %-ə yaxın artıb

Azərbaycanda "Uşaq Hüquqları Aylığı" elan edilib

Zəngilanın azad edilməsindən 6 il ötür

UEFA Çempionlar Liqası: "Sabah" bu gün Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək

Kim Çen İn komaya düşüb? - Bacısı yerinə keçə bilər

“Heç kimin inancımı sorğulamağa haqqı yoxdur”

Türkmənistan mələyi - FOTO

Pakistanın Baş Qərargah rəisi Tehrana gedir

Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” olaraq dəyişdirməyi təklif etdi

Ağ Evin bir müddət mətbuat katibi olmayacaq

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031