
Xəbərlər
4.04.2025, 23:28
BELA ZƏNGİBASARLI : SİZ EY YAXŞI ADAMLAR - FOTO
SİZ EY YAXŞI ADAMLAR
Az da olsa varsınız,
Könüllərə yarsınız.
Namussunuz, arsınız,
Siz ey, yaxşı adamlar!
Hər bir dərdə çarəsiz,
Qalmayasız çarəsiz.
Var olun yüz kərə siz,
Siz ey yaxşı adamlar!
Nəfəsində gül ətri,
Tanrının gözəl çətri.
Şeir misralı sətri,
Siz ey yaxşı adamlar!
Mərhəməti ürəkdə,
Hər arzuda, diləkdə.
Olursunuz kömək də,
Siz ey yaxşı adamlar!
Xoşdur üzündə nurun,
Qəlblərdə heykəl qurun.
Dünya durduqca durun,
Siz ey yaxşı adamlar!
Tanrı qorusun sizi,
Təmiz ürəyinizi.
Versin diləyinizi,
Siz ey yaxşı adamlar!
Könüllərə yarsınız.
Namussunuz, arsınız,
Siz ey, yaxşı adamlar!
Hər bir dərdə çarəsiz,
Qalmayasız çarəsiz.
Var olun yüz kərə siz,
Siz ey yaxşı adamlar!
Nəfəsində gül ətri,
Tanrının gözəl çətri.
Şeir misralı sətri,
Siz ey yaxşı adamlar!
Mərhəməti ürəkdə,
Hər arzuda, diləkdə.
Olursunuz kömək də,
Siz ey yaxşı adamlar!
Xoşdur üzündə nurun,
Qəlblərdə heykəl qurun.
Dünya durduqca durun,
Siz ey yaxşı adamlar!
Tanrı qorusun sizi,
Təmiz ürəyinizi.
Versin diləyinizi,
Siz ey yaxşı adamlar!
04.04.2025
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












