Fransa Emmanuel Makronun rəhbərliyi altında ölkədə siyasi plüralizmi və demokratik mexanizmləri kölgədə qoyan ciddi problemlərlə üzləşir. Belə ki, Paris məhkəməsi Marin Le Pen və “Milli Birlik” partiyasından olan daha səkkiz deputatı parlament köməkçiləri işində təqsirli bilib.

"Report"un məlumatına görə, bu qərar Makronun rəhbərlik etdiyi hökumətin siyasi opponentlərlə mübarizədə məhkəmə rıçaqlarından necə istifadə etdiyi ilə bağlı müzakirələrə səbəb olub.

Məhkəmənin qərarı ilə Le Pen dörd il müddətinə (iki il şərti və iki il elektron qolbaqla) azadlıqdan məhrum edilib. Bundan başqa məhkəmə Le Penə beş il müddətində dövlət orqanlarına seçilməyi qadağa qoyub. Məhkəmə qərara gəlib ki, hökm təcili yerinə yetirilməlidir. Hökm onun 2027-ci ildə prezidentliyə namizədliyini irəli sürməsinə mane ola biləcək seçilmək hüququnun itirilməsini nəzərdə tutur.

Bununla məhkəmə sistemi siyasi arbitr rolunu öz üzərinə götürür, kimin ən yüksək dövlət vəzifəsinə namizəd olmağına qərar verir.

Bir çox analitiklər qeyd edirlər ki, hakimiyyətin bu cür hərəkətləri demokratik institutlara inamı sarsıdır. Hətta Le Penin bəzi siyasi rəqibləri, o cümlədən baş nazir Fransua Bayru və ədliyyə naziri Gerald Darmanen də seçki prosesinə məhkəmə müdaxiləsindən narahat olduqlarını bildiriblər.

Marin Le Pen təqiblərə məruz qalmasına baxmayaraq, Fransanın ən məşhur siyasi fiqurlarından biri olaraq qalır. Sorğulara əsasən, 2027-ci il prezident seçkilərinin birinci turunda onun reytinqi 34-37% arasında ola bilər ki, bu da digər namizədlərdən xeyli yüksəkdir. Bu vəziyyət hazırkı hakimiyyəti açıq şəkildə narahat edir və onun seçkilərdə iştirakına qadağa qoyulması siyasi rəqibi süni şəkildə zəiflətmək cəhdi kimi görünür.


Fransa elektoratı son illərdə sağçılara dəstək nümayiş etdirir və bu, Avropa siyasətində daha geniş tendensiyanı əks etdirir. Le Penin yarışdan kənarda qalması onun tərəfdarları arasında etiraz əhval-ruhiyyəsinin daha da güclənməsinə səbəb ola bilər.

Le Penin seçkilərdə iştirakına qadağa qoyulması ikili təsir doğura bilər. Bu, bir tərəfdən Makronun əsas rəqibini müvəqqəti olaraq uzaqlaşdırır. Digər tərəfdən, belə bir addım anti-sistem əhval-ruhiyyəsinin güclənməsinə, Le Pen tərəfdarlarının səfərbər olması və siyasi mənzərənin radikallaşmasına səbəb ola bilər.

Bundan əlavə, “Milli Birlik” partiyasının ehtiyat namizədi, Le Penin elektoratını ələ keçirməyə qadir olan gənc və enerjili siyasətçi Cordan Bardella var. Məhkəmənin hökmü daha geniş rezonans doğuracağı təqdirdə, Bardella seçicilərini cəlb edərək güclü namizəd ola bilər.


Fransa demokratiyası ciddi sınaq qarşısındadır. Siyasi rəqibləri aradan qaldırmaq üçün məhkəmə mexanizmlərindən istifadə seçki prosesinin bütövlüyünü şübhə altına alır. Bu gün Fransanın qarşısında duran sual ondan ibarətdir ki, o, demokratiya və plüralizm prinsiplərinə sadiq qalacaqmı, yoxsa məhkəmə və inzibati alətlərdən seçkiləri manipulyasiya və müxalifəti zəiflətmək üçün istifadə olunacaqmı?

Fransa qarşıdakı illərdə kütləvi etirazlar da daxil olmaqla yeni problemlərlə üzləşə bilər. Marin Le Penin seçkilərdə iştirakına qadağa qoyması ölkənin gələcəyini müəyyən edəcək böyük siyasi oyunda ilk addım ola bilər.

Son xəbərlər

Ali Məhkəmədə yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi üzrə qərar qəbul edilib

İNSANLARA GÖRMƏK SEVINCI BƏXŞ EDƏN ZƏRIFƏ XANIM - FOTO

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib

Prezident Qvineyada "ASAN xidmət" modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş"i təsdiq edib

Prezident bir qrup sahibkarı təltif edib

"Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir" - Deputat

Uzunömürlü insanların övladlarında ürək-damar xəstəlikləri riski niyə azdır? - Elmi araşdırma

Çiyələk və alça bu il baha ola bilər - Səbəb

Qazaxıstanda süni intellekt insultdan ölüm hallarını azaldır

5 mindən çox şagird intizam tədbirinə cəlb olunub

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinin tarixi açıqlanıb

“Maykl”dan 217 milyon dollarlıq - Kassa rekordu

"QOŞMA" ƏDƏBİ MƏCLİSİ HÜSEYN SÖZLÜ İLƏ - FOTOLAR

Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür

Kral III Çarlz Ağ Evdə Donald Trampla görüşüb

Tapdıq Əlibəyli - 65 ONUN BÖYÜK ÜRƏYİ - FOTO

DOSTA ÜRƏYİNİ QIYA BİLƏCƏK QƏDƏR ÜRƏK SAHİBLİ ŞAİR - FOTOLAR

OXUCUNU POETİK SÖZÜN CAZİBƏSİNƏ SALAN ŞAİR - FOTO

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 103 il ötür

Minifutbol üzrə Azərbaycan millisi dünya reytinqində birinci pilləyə yüksəlib

Ağ Ev: Şənbə günü baş verən hadisə Trampa qarşı sui-qəsd cəhdi olub

“Elvin Azərbaycan futbolunun aparıcı oyunçularındandır” - Rəşad Sadıqov

Türkiyədə azərbaycanlı qadının meyiti tapıldı

Şakiranın konsertindən əvvəl bədbəxt hadisə

Azərbaycanda “TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi başlayıb - FOTO

Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib

Bakıda daha bir ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930