Məzarsiz Kərəmin 30 ildən çoxdur ki, yolunu gözləyənlərin gözlərinə tor gəldi

Həşimov Kərəm Əşrəf oğlu 1968-ci ildə Kəlbəcərin Dərəqışlaq kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətini başa vurmuş, Kəlbəcərdə könüllü dəstələr yaranan vaxtdan cəbhəyə getmişdir.
«Dikyurd», «Söyüdlü», «Taxtadüz» sərhəd keşikçi məntəqələrində düşmənə layiqli cavablar verən Kərəm Laçının düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə, Ağdərə-Kəlbəcər yolunun açılmasında iştirak etmiş və hünər göstərmişdir.
Son döyüşü 1993-cü il martın 28-də Ağdabanda oldu. Buna son döyüş də demək çətindir.
Çünki Kərəm o döyüşlərdən sonra onu haraylayanların səsinə səs verməyib. Nə itkin düşdüyü bilinir, nə də şəhid olduğu. Amma Ağdaban ermənilər tərəfindən yandırılanda Kərəm o döyüşlərdə olub və onun təkbaşına atışdığını görüblər.
Evli idi. Özündən sonra dünyaya gəlmiş körpəsi də atasız dünyasına vaxtından əvvəl əlvida deyib…


Dağların qoynunda binələnmiş Dərəqışlaq Göyçə ilə Kəlbəcər arasındakı Dikyurdun ətəklərində, iki dağın arasındadır. Kənd qədimliyi, ululuğu ilə tarixə yaddaşdır. Ermənilər bu kəndin də «gününü göy əskiyə düymüşdü». Yaylaq vaxtı dəfələrlə mal-qaranı aparmış, naxırçıları – çobanları gülləbarana tutmuşdu. Kəndin yeniyetmələri, əli silah tutanları yağıların amansız hücumlarının qarşısını almaq üçün sərhədlərə çəkildilər. Keşikçi məntəqələri yaradıb el-obanı qorumağa başladılar.
Kərəm də əsgərlikdən sonra könüllü dəstəyə yazılmışdı. İlk döyüş yolu Kəlbəcərin dədə-baba yolu olan Ağdərə-Kəlbəcər magistralının açılması uğrunda əməliyyatdan başlandı. Sərhəd boyu erməni hücumlarının qarşısının alınmasında fəal iştirak edirdi.
Döyüş texnikasına mükəmməl yiyələnmişdi. Narışdar, Alaqaya, Ağdaban kəndlərinin müdafiəsində cəsarətlə, hünərlə dayandığı üçün komandir onu iki günlüyə evə buraxmışdı. Vəngə hücum edən ermənilərə əlverişli şərait yaratmaqdan ötrü daşnak dəstələri Basarkeçər istiqamətindən də dayanmış keşikçilərimizi top-tüfəngə tutmuşdular. Qüvvələri dağıtmaq üçün hazırlanmış bu plan məkrli niyyətlər gülürdü: Kəlbəcəri müdafiə edən qüvvələr bütün istiqamətlərə paylansın, nəticədə güc zəifləsin, qüvvələr nisbəti ermənilərin xeyrinə olsun. Odur ki, bir tərəfdən güclü hücum gözlənilən zaman qəflətən başqa istiqamətdən sərhəd pozulur, beləliklə də qüvvələrimiz bir neçə yerə səpələnməyə məcbur olurdular.
Vəng döyüşlərindən qayıdan Kərəm Dikyurd məntəqəsinə, döyüşçü dostlarının yanına tələsəndə evdə qurbanlıq qoç kəsilmişdi. O gün mart (1993-cü il) ayının 25-i idi. Xəbər çıxdı ki, ermənilər Çapardan yenə Ağdabana hücum edib. Belə xəbərlər tez-tez eşidildiyindən vahimə hər yanı bürümüşdü. Səhər tezdən Ağdabana qayıtdı Kərəm. Elə o gedən oldu. Son döyüşü haqqında dostları xəbər gətirdi: «Kərəm kişi kimi döyüşdü və döyüş meydanından çıxdığını görən olmadı».
Bu da çoban Əşrəf kişinin məzarsız oğlunun alın yazısı. Bu yazını ona tale yazmışdı. Tale yazısına pozu yoxdur. Kaş Kərəm gəlib çıxa və Ülfətimizdən də bir soraq verə.
Ülfətlə Kərəm Ağdabanın ölüm, qan-qada qoxulu səhərinə özlərini birinci çatdırmışdı. Sonrakı taleləri məlum olmayan igid həmyerlilərimizin qəhrəmanlıq dolu ömür yolu vətənsevərlərimiz üçün layiqli örnəkdir.

Məhəmməd NƏRİMANOĞLU,
"YURD göynərtisi" kitabından

Son xəbərlər

Bu ərazilərdə işıq olmayacaq

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi - FOTOLAR

"Deha"dan sonra bu seriala çəkiləcək - FOTO

Sahibkar “Süni intellekt” adlı yeni siyasi partiya yaratdı

3 yaşlı uşaq traktorun qoşqusu altında qalaraq öldü

İtaliyadakı qıtlıq Merkeli şoka salıb

Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb – XƏBƏRDARLIQ

Sazın və Sözün Şirvan Zirvəsi

Payızda yaz yaşayırıq – Alimlərin xəbərdarlıq etdiyi GİZLİ TƏHLÜKƏ

Sevinc YUNUSLU : Bağışla ilahi məni, bu gecənin xətrinə… - FORO

Bu serialın heyətində dəyişiklik ediləcək

Çində güclü zəlzələ oldu

✍️ Tapdıq ƏLİBƏYLİ : BELƏ DƏ OLUR...

Etiraz aksiyalarını qadağan edəcəklər

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Abşeronda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib

Hindistanın xarici işlər naziri sabah Azərbaycana səfər edəcək

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Sutka 25 saat olacaq: nə vaxt baş verəcəyi HESABLANDI

15 il sonra eyni filmdə... - Fotolar

Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

“Sənə yetməyin bircə yolu var: Yanmaq!!!”

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Milli Məclis Fransada kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib, çağırış edib

"The New York Times": ABŞ və İsrail İrana yeni zərbələr endirməyi planlaşdırır

Azərbaycan nefti cüzi bahalaşıb

Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031