Azərbaycan mədəniyyətinə və sənətşünaslıq elminə ağır itki üz verib. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyev martın 16-da, ömrünün 77-ci ilində vəfat edib.

Turaztv.az xəbər verir bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Ziyadxan Alxan oğlu Əliyev 1 iyul 1948-ci ildə Şamaxı şəhərində anadan olub. 1974-cü ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini fərqlənmə diplomu ilə bitirib. 1976–1982-ci illərdə İ.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun Sənətşünaslıq fakültəsində təhsil alıb.

Ziyadxan Əliyev 1980–1993-cü illərdə Azərbaycan Milli İncəsənət Muzeyində elmi işçi, Qərbi Avropa və rus incəsənəti şöbəsinin müdiri vəzifələrində çalışıb. Həmin illərdə onun tədqiqatları sayəsində indiyə kimi elmə naməlum qalmış fransız barbizonçusu Jül Düprenin, rus impressionisti Konstantin Korovinin, holland rəssamı Frans Xalsın, flamand rəssamı Piter Klassın, məşhur Azərbaycan rəssamı Qənbər Qarabağinin və görkəmli memar Zivər bəy Əhmədbəyovun rəngkarlıq və qrafik əsərlərinin dəqiq atribusiya nəticəsində müəllifliyi müəyyən olunub.

Ziyadxan Əliyev “Səttar Bəhlulzadənin yaradıcılığında romantizm” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. O, uzun müddət Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində incəsənət tarixi fənnini tədris edib. Azərbaycan Rəssamlıq Akademiyasında İncəsənət tarixi kafedrasının professoru idi.

Ziyadxan Əliyev təsviri sənətin bütün sahələri, o cümlədən rəngkarlıq, miniatür sənəti, dekorativ-tətbiqi sənət, memarlıq haqqında olan onlarla kitabın, kataloq mətnlərinin, yüzlərlə məqalənin müəllifidir. Onun “Naməlum Səttar”, “Sənətin Məcnunu”, “Səttar Bəhlulzadə yaradıcılığında sənətkarlıq məsələləri”, “Mir Möhsün Nəvvabın rənglər aləmi”, “Bəhruz bəy Kəngərli yaradıcılığının bədii xüsusiyyətləri”, “Bəhruz bəy Kəngərli taleyi”, “Azərbaycanın Xalq rəssamı Davud Kazımov”, “Cəmil Müfidzadə. Cizgilərə hopan ömür”, “Arif Hüseynov. Cizgilərin hikməti”, “Görüş Nurəddinoğlu. Plastikanın poetik çalarları”, “Səməd Vurğun təsviri sənətdə”, “Sabir təsviri sənətdə”, “Nəsimi dünyası rənglərin işığında”, “Azərbaycan ekslibrisi”, “XX əsr Azərbaycan heykəltaraşlığının inkişaf mərhələsi”, “Azərbaycan rəqs geyimləri” və s. kitabları, “Bir əsərin tarixçəsi” silsiləsindən tədqiqat səciyyəli yazıları Azərbaycan təsviri sənət tarixinə və sənətşünaslıq elminə dəyərli töhfələrdir. Görkəmli alim həmçinin üç cilddə “Azərbaycan incəsənəti ensiklopediyası”nın həmmüəllifidir.

Sənətşünas-alim dövlət başçısının müvafiq sərəncamı ilə 2006-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

Son xəbərlər

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31