Azərbaycanda karantin qaydaları belə pozuldu - Fotolar

Koronavirus pandemiyası yayılandan sonra virusa qarşı qabaqlayıcı tədbirlər görən dövlətlərdən biri də Azərbaycan oldu. Məhz bunun nəticəsində də ölkədə virusa yoluxanların sayı az oldu. Doğrudur, bir sıra ölkələrdəki kimi sərt qaydalar tətbiq olunmadı, bununla bərabər atılan addımlar müsbət nəticə verir.

Karantin qaydalarını pozanlarla bağlı cəza tədbirləri də ya qısamüddətli həbs, ya da pul cəriməsi ilə məhdudlaşır. Bu qaydaları pozan İsmayıllı rayonunun icra başçısı Nahid Bağırov isə prezident tərəfindən töhmət almaqla cəzalandırılmış oldu.

Amma son günlər bir sıra hallarda karantin qaydalarının kütləvi pozulması faktları da baş verməkdədir. “Yeni Sabah” bildirir ki, belə faktlardan biri bu gün Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən Azərpoçtun filialının qarşısında baş verib.

Təqdim etdiyimiz fotolardan da görünür ki, insanlar kütləvi halda poçt binasının qarşısına toplaşıb. Onların bəziləri adi tibbi maskalardan belə istifadə etməyib. Hətta Nazirlər Kabinetinin müvafiq qərarında nəzərdə tutulmuş 2 metrlik məsafə belə gözlənilmir.

Bu şəraiti yaratmağa məsul olan hüquq-mühafizə orqanlarının əməkdaşları isə heç bir müdaxilə etmir. Halbuki poçtun binasının yaxınlığıda avtomobilləri yoxlamaq üçün polislər və Daxili Qoşunların əsgərlərinin nəzarət etdiyi post qurulub.

Bütün dünyanın düzənin dəyişən pandemiyaya qarşı həm vətəndaşların, həm də aidiyyatlı qurumların bu biganəliyi təəssüf doğurur.

Azərbaycanda karantin qaydaları belə pozuldu - Fotolar
Azərbaycanda karantin qaydaları belə pozuldu - Fotolar
Azərbaycanda karantin qaydaları belə pozuldu - Fotolar

Son xəbərlər

Magistraturaya qəbul üzrə ixtisaslaşma seçimi başlanır

"Diplom yetərli deyil": Universitet müəllimləri ilə bağlı sərt təklif

Fransada bu şəxslərə sosial media qadağası olacaq

İyulun 22-si ilə bağlı VACİB XƏBƏRDARLIQ

Nabranda 17 yaşlı qız dənizdə batdı

Tramp bu ölkəyə uçuşlara icazə verdi

22 İYUL – MİLİI MƏTBUAT GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK

Daşdəmir TAĞIYEV : MİLLİ YADDAŞIN BƏDİİ SALNAMƏSİ - FOTO

Bəzi ərazilərdə işıq kəsiləcək

Azərbaycan Milli Mətbuatı 151 yaşını qeyd edir

NASA Marsa nüvə enerjisi ilə işləyən kosmik aparat göndərməyi planlaşdırır

"Tarixin bu günü – 22 iyul" - FOTO

Risk düşünüldüyündən daha yüksəkdir - bunu yeməyin

Telefonunuzdan bunları dərhal silin - Bu mesajlar problem yaradır

Kolbasa, meyvə şirələri və kola - Bunlar hansı orqanların DÜŞMƏNİDİR?

Doğulmamış körpələrini itirdilər

Bakıda hoteldən və avtomobildən oğurluq edən iki nəfər saxlanıldı

Gürcüstanda zəlzələ baş verib

Məşhur aktrisa evsiz qaldı - "6 aydır ki..."

“Halef” davam edəcək?

Eda Ece xəstəxanalıq oldu

SEVİNC YUNUSLU : Söndür bu cəhənnəmi,odu üfür,közün sıx - FOTO

DƏRDİN ŞEİR DİLİ - FOTO

NOVRUZ ASLANOV ZİYALILIĞI

Qaranlıqdan işıqlığa gedən yol: 22 İyul – Milli Mətbuat Günü

Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar

Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub

Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031