"Virtual məktəb" şagirdlərə bu imkanları da yaratdı

Təhsil Nazirliyinin hazırlandığı elektron dərsliklər və əlavə video dərslər “Virtual məktəb” portalına inteqrasiya edilib.

Nazirlikdən Lent.az -a bildirilib ki, portalın funksionallığı genişləndirilərək qeyd olunan imkanlarla bərabər görüntülü və audio dərslərin keçirilməsi, teledərslərin izlənilməsi, tədris cədvəlinin tutulması, şagird və müəllim qruplarının təşkili, sənədlərin üzərində birgə iş, həftəlik tapşırıqların həll edilməsi, o cümlədən şagird və müəllimlər arasında yazışma imkanları təqdim edilib.

Elektron dərsliklərdən faydalanmaq üçün platforma istifadəçiləri “Teams” bölməsindən fənn kanalını seçməlidirlər. Mobil tətbiq istifadəçiləri əlavə olaraq More/Daha çox/Больше xidmətindən istifadə edə bilərlər.

Əlavə video dərsləri izləmək və yaxud test tapşırıqlarını yerinə yetirmək üçün isə “Teams > General” bölməsində müvafiq olaraq “Video resurslar” və ya “Testlər” altbölmələrinə daxil olmaq lazımdır. Mobil tətbiq istifadəçiləri də əlavə olaraq More/Daha çox/Больше xidmətindən istifadə edə bilərlər.

Qeyd edək ki, hazırda digər tədris məzmunlu resursların da portala inteqrasiyası üzərində işlər aparılır. Şagirdlər karantin müddətində bu resurslardan faydalanmaqla yanaşı, məktəblərdə tədris prosesi başladıqdan sonra da öz şəxsi səhifələrinə daxil olaraq, mövcud imkanlardan yararlana biləcəklər. Eyni zamanda portalda qeydiyyatdan keçmiş müəllimlər bu resursları sinif otağında dərslərində tətbiq edə biləcəklər.

Nəzərinizə çatdıraq ki, aprelin 2-dən Təhsil Nazirliyi "Virtual məktəb" layihəsinə start verib. Aprelin 21-dək ölkənin 65 şəhər və rayonundan 370 min şagird və 20 min müəllim "Virtual məktəb" portalında qeydiyyatdan keçib. Layihənin məqsədi Təhsil Nazirliyinin yayımladığı teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirməkdir.

Son xəbərlər

Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar

Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub

Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Rusiya "Naftoqaz"ın qaz hasilatı obyektlərinə silsilə zərbələr endirib

Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq

Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb

Hindistan Rusiya diplomatını XİN-ə çağırıb

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

“Bu yaranı sağaltmaq asan olmayacaq” - Messidən duyğusal paylaşım

PÜSTƏ RƏVAN : D Ü N Y A - FOTO

Arayik Arutyunyan istefa verdi

NOVRUZ ASLANOV ZİYALILIĞI

75 illik ömrün işığı – Tamella xanım Əliyeva

İrana zərbələr nə qədər davam edəcək? - FOTO

Vüsalə Ağ şəhərdəki evi ilə bağlı həqiqəti açıqladı - FOTO

Gökçenin qızı olacaq

DƏRDİN ŞEİR DİLİ - FOTO

Səhərlər yaşanan baş ağrısı bu təhlükəli xəstəliklərin əlaməti ola bilər

Maqnit qasırğası yaxınlaşır - təhlükəli tarixlər AÇIQLANDI

3 yaşlı uşaq atasının idarə etdiyi texnikanın altında qalaraq vəfat etdi

Məşhur reper həbs olundu

Rəşad Dağlının oğlu yarışda birinci oldu

İlham Əliyev Berlində mühüm görüşdə - Fotolar

Dəmir və polad çubuqların idxalına yeni gömrük yığımı müəyyənləşdirilib

Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb

Prezident İlham Əliyevə yüksək etimad dövlət-xalq birliyinin göstəricisidir ŞƏRH

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031