Xəbərlər
27.02.2025, 00:13
Türkiyə kəşfiyyatı əməliyyat keçirdi - Reyhanlı terrorçusu saxlanıldı - FOTO
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Reyhanlıda 53 nəfərin həlak olmasına səbəb olan terror aktını törədənlərdən birini, Temir Dükancı ələ keçirib.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, sərhədyanı əməliyyatla saxlanılan terrorçu Türkiyəyə gətirilib.
O, terror hadisəsi günü bombanı avtomobilə özünün yerləşdirdiyini etiraf edib.
Dukancı “dövlətin birliyini, ərazi bütövlüyünü pozmaq” və “qəsdən adam öldürmə” ittihamları ilə həbs edilib. Qeyd edək ki, o, narıncı kateqoriyada axtarışda olan terrorçulardan biri olub.
Xatırladaq ki, 2013-cü ildə Türkiyənin Hatay şəhərinin Reyhanlı rayonunda 53 nəfərin ölümü ilə nəticələnən terror aktı törədilib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay