
Xəbərlər
16.02.2025, 19:50
MƏHƏMMƏD NƏRİMANOĞLU : Gedirəm Haqq açan izimə sarı...FOTO
Gedirəm Haqq açan izimə sarı...
Ürəyimdə qubar, qəlbimdə atəş,
Ayrılıb gedirəm özümə sarı.
Dikildi gözlərim bihudə, hədər,
Boş yerə səbirə, dözümə sarı.
Gündə milyon kərə ölürəm vallah,
Qoltuq ağaclarım əlimdə silah!
Sürünür, yol gedir xəyalım, Allah,
Sönmüş ocağıma, közümə sarı.
Qaralıbdı, qanım yenə qalxıbdı,
Bulud gəlib - başda şimşək çaxıbdı.
Həsrət məni yaralıyıb, yıxıbdı,
Bükülb əyildim dizimə sarı.
Yarımcanam, yarı canam, bilirəm,
Dərd-sərimi ancaq sənnən bölürəm,
Demədim kimsəyə, bacım, ölürəm,
Açıb dəsmalını gözümə sarı...
Məhəmməd, nəfsimə mən qul olmadım,
Bir kimsədən pay ummadım, almadım.
Titrəyən qəddimlə mən addım-addım,
Gedirəm Haqq açan izimə sarı...
Ayrılıb gedirəm özümə sarı.
Dikildi gözlərim bihudə, hədər,
Boş yerə səbirə, dözümə sarı.
Gündə milyon kərə ölürəm vallah,
Qoltuq ağaclarım əlimdə silah!
Sürünür, yol gedir xəyalım, Allah,
Sönmüş ocağıma, közümə sarı.
Qaralıbdı, qanım yenə qalxıbdı,
Bulud gəlib - başda şimşək çaxıbdı.
Həsrət məni yaralıyıb, yıxıbdı,
Bükülb əyildim dizimə sarı.
Yarımcanam, yarı canam, bilirəm,
Dərd-sərimi ancaq sənnən bölürəm,
Demədim kimsəyə, bacım, ölürəm,
Açıb dəsmalını gözümə sarı...
Məhəmməd, nəfsimə mən qul olmadım,
Bir kimsədən pay ummadım, almadım.
Titrəyən qəddimlə mən addım-addım,
Gedirəm Haqq açan izimə sarı...

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














