
Xəbərlər
11.02.2025, 23:19
ELXAS COMƏRD : HƏYAT - FOTO
HƏYAT.
Həyat, bizə hər bir şeyi öyrədir,
Adam kimi yaşamaqdan savayı.
Nəfis verib çarpışdırıb, çərlədir,
Görürük ki, ömür gedib havayı.
Düşəmmirik təknəsinə həyatın,
Qismət edir hər bir şeyin boyatın,
Tapammırıq haqqımızla, rahatın,
Göstərirlər rusca bizə, "davay" ı.
Talayırlar, dağıdırlar, çapırlar,
Hər nə olur , "bizim" deyib qapırlar,
Yad ölkədə, gedib vətən tapırlar...,
Lap Londonu, Vaşinqton, Dubayı.
Şəhid verib, Qazi olluq - vətəndi,
Nə söyləyim, bunla dərdim bitəndi ?
Bu vətəndən, bizə çatan sitəmdi,
Buna görə biz edirik ah - vayı.
Adam kimi yaşamaqdan savayı.
Nəfis verib çarpışdırıb, çərlədir,
Görürük ki, ömür gedib havayı.
Düşəmmirik təknəsinə həyatın,
Qismət edir hər bir şeyin boyatın,
Tapammırıq haqqımızla, rahatın,
Göstərirlər rusca bizə, "davay" ı.
Talayırlar, dağıdırlar, çapırlar,
Hər nə olur , "bizim" deyib qapırlar,
Yad ölkədə, gedib vətən tapırlar...,
Lap Londonu, Vaşinqton, Dubayı.
Şəhid verib, Qazi olluq - vətəndi,
Nə söyləyim, bunla dərdim bitəndi ?
Bu vətəndən, bizə çatan sitəmdi,
Buna görə biz edirik ah - vayı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay