Bullinqi necə müəyyən edək? - Valideynlərin diqqətinə!
Son günlər məktəb yaşlı uşaqların intiharları ilə bağlı sosial şəbəkələrdə və KİV-də məlumatlar yayılır. Hətta bir neçə gün öncə təhsil müəssisində 5-ci sinif şagirdinə məktəb yoldaşları tərəfindən təhlükəli oyuna çağırış edən müəmmalı kağız parçasınn verildiyi məlum olub.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, həmin məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev buna oxşar kağızların daha 25 məktəbliyə verildiyini bildirib.

Bu isə onlayn oyuna çoxsaylı oyunçu təşviq etmək məqsədi daşıyıb.

Əlavə edək ki, bu tip hadisələr dünyada da geniş vüsət alıb.

Məlumdur ki, indiki dövrdə məktəblilərin internet resurslarına əlçatımlılığı çox rahatdır.

Lakin “hörümçək toru”nun informativ üzü ilə yanaşı neqativ tərəfləri də çoxdur.
Bullinqi necə müəyyən edək? - Valideynlərin diqqətinə!

Bu isə, zaman-zaman məktəb yaşlı uşaqlarda xoş olmayan sonla nəticələnir.

Məsələnin bir digər tərəfi isə budur ki, sosial şəbəkələrdə mənfi örnəklərə şahid olan azyaşlılar demək olar ki, hər gün təhsil müəssisələrində birbaşa kontaktda olurlar.

Bu isə azyaşlılarda istər onlayn, istərsə də, bilavasitə bullinqin tətbiqinə yol açır.
Bullinqi necə müəyyən edək? - Valideynlərin diqqətinə!

Bullinq və ya qısnama kimi də bilinən bu vərdişlər şəxsə qarşı ya fiziki, ya da psixoloji davranışlar sərgiləyərək onun şəxsi inkişafına, özünəinamına zərər vurmaqdır.

Dövrümüzdə oğlanlar daha çox fiziki, qızlar isə psixoloji zorakılığa məruz qalırlar.

Məktəblərdə qısnama edənlər adətən daha böyük, güclü və ya populyar hesab edilən uşaqlar olur.

Kiberzorakılıq tez-tez sosial media, SMS/mətn və ya ani mesaj, e-poçt və ya uşaqların qarşılıqlı əlaqədə olduğu hər hansı onlayn platformada baş verir. Valideynlər həmişə övladlarının bu platformalarda etdiklərini izləmədikləri üçün uşaqlarının nədən təsirləndiyini də anlamaqda çətinlik çəkə bilirlər.
Bullinqi necə müəyyən edək? - Valideynlərin diqqətinə!

Lakin bu tip qısnamalar zamanı uşaqlar depressiya və narahatlıq da daxil olmaqla, emosional və psixi sağlamlıq problemləri ilə üzləşə bilər.

BMT-nin Uşaq Fondunun (UNİCEF) bullinq və övladlarımızı ondan necə qorumaqla bağlı psixoloji tövsiyələrini təqdim edirik:

Uşağınızın şəxsi və ya onlayn təhlükəsizliyini təmin etmək üçün ilk addım onun problemlə bağlı savadlılığını artırmaqdır. Onlar zorakılığın nə olduğunu bildikdən sonra, bunun onlara və ya başqasına tətbiq edilməsindən asılı olmayaraq qısnamanı daha asan müəyyən edə biləcəklər.

Uşaqlarınızla açıq və tez-tez ünsiyyətdə olun.

Uşaqlarınızla zorakılıq haqqında nə qədər çox danışsanız, onlar bunu gördükləri və ya yaşadıqları təqdirdə sizinlə o qədər rahat paylaşacaqlar.

Onların məktəbdə keçirdikləri vaxt və onlayn fəaliyyətləri barədə soruşun, təkcə dərsləri və fəaliyyətləri haqqında yox, həm də onların hissləri ilə maraqlanın.

Uşağınızın müsbət rol modeli olmasına kömək edin.

Unutmayın ki, zorbalığın üç tərəfi var: qurban, əməli törədən və ətrafdakılar. Uşaqlar zorakılığın qurbanı olmasalar belə, həmyaşıdlarına qarşı əhatəli, hörmətli və mehriban olmaqla zorakılığın qarşısını ala bilərlər. Əgər zorakılığın şahidi olsalar, qurbanın yanında qala, dəstək təklif edə/zorakılıq davranışlarını sorğulaya bilərlər.

Uşağınızın özünə inamını formalaşdırmağa kömək edin.

Uşağınızı cəmiyyətinizdə sevdiyi fəaliyyətlərə qoşulmağa təşviq edin. Bu, həm də ortaq maraqları olan dostlar qrupuna inam yaratmağa kömək edəcək.

Nümunə olun.

Uşağınıza başqa uşaqlara və böyüklərə qarşı necə mehriban və hörmətlə davranacağını ilk olaraq siz göstərin ki, onlar da ətrafdakı insanlara eynilə yanaşsın. Uşaqlar valideynlərini hər zaman nümunə kimi görürlər.

Onların onlayn təcrübəsinin bir hissəsi olun.

Uşağınızın istifadə etdiyi platformalarla tanış olun, uşağınıza onlayn və oflayn dünyanın necə bir yer olduğunu izah edin və onları üzləşəcəkləri müxtəlif risklər barədə xəbərdar edin. Uşağınızın emosional vəziyyətinə diqqət yetirin, çünki bəzi uşaqlar narahatlıqlarını şifahi şəkildə ifadə edə bilmir.

Diqqət edilməli olan əlamətlər aşağıdakılar daxildir:

-Səbəbsiz qançırlar, cızıqlar, qırıq sümüklər və sağalma yaraları kimi fiziki izlər.

-Məktəbə getmək və ya məktəb tədbirlərinə qoşulmaq qorxusu.

-Narahat, əsəbi və ya çox sayıq olmaq.

-Məktəbdə və ya məktəbdən kənarda dostların az olması.

-Dostları qəfil itirmək və ya sosial vəziyyətlərdən qaçmaq.

-Geyim, elektronika və ya digər şəxsi əşyaların itirilməsi və ya məhv olması.

-Tez-tez səbəbsiz yerə xərclərinin artması.

-Akademik performansda boşluqlar.

- Daimi olaraq həmyaşıdları ilə deyil, yetkinlərlə vaxt keçirmək istəyi.

Hazırladı:Telli Minbir

Son xəbərlər

10 dəfə Həccə gedən Xalq artistindən məktəbli geyimi açıqlaması

Tələbələr Təhsil Nazirliyinin binasını yandırdılar

Tramp administrasiyasına - Sərt xəbərdarlıq

Baş nazir ev işlərindən şikayətləndi

ABŞ Hörmüzdə İran gəmisini batırdı

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Anasından Nəvainin narkotiklə tutulması ilə bağlı açıqlama

İlon Mask "Starlink"i istəyən ukraynalılara cavab verdi

Bu ərazilərdə işıq olmayacaq

İranda qadın komandir öldürüldü

BELA HÜSEYNOVA : TƏBRİK EDİRƏM, YAQUB BƏY! - FOTOLAR

Kartdan karta köçürülmələrdə komissiya tutulacaq

Zəhəri ilə insanlara təhlükə yaradan 5 canlı - Kiçik görünüşə aldanmayın

14 yaşlı qız dəm qazından boğuldu - FOTO

Xalq artisti evə buraxılıb - Vəziyyəti ağırdır

Oğlumla bir gün əvvəl danışdıq, dedi ki... - Nəsimi Musayevin atası

Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı

Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib

İstanbulda məktəblərdə 1 günlük tətil elan edildi

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - YENİLƏNİB

Azərbaycanda 9-dan 6-ya iş rejimi ləğv olunur?

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

MƏNƏVİ TƏRBİYƏ NƏDİR? ONA ƏMƏL OLUNURMU?

“Nursema” qayıdır?

“Qızımın toyuna görə təqaüdə çıxa bilmirəm”

Emoməli Rəhmon Azərbaycanda səfərdədir

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031