Neftçi gənclər bayramlarını nəsillərarası təntənəyə çevirdilər
2 Fevral – Azərbaycan Gəncləri Günü ilə bağlı Bakı Gənclər Evində keçirilən “Neftçi gənclər -enerji katalizatorlari” adlı tədbir nəsillərarası təntənəyə çevrildi.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Sabunçu və Suraxanı rayonlarında fəaliyyət göstərən “Surakhani Oil”, “Balakhani Operating Company LTD” və “Azgerneft” şirkətlərinin Həmkarlar İttifaqı komitələrinin gənc işçilər üçün keçirdiyi bayram tədbirində müxtəlif nəsillərin nümayəndələri çıxış edərək, hasilat sahəsində daim gənclərə məxsus həvələ, cəsarətlə çalışaraq işlədikləri torpağı öyrənib, onun qeydinə qalmalı olduqlarını vurğulayıblar.

“Mən təhsilimi bitirdikdən sonra karyerama dərhal Balaxanıda başladım. Geoloq vəzifəsindən, şirkətimizin mənə göstərdiyi etimad və dəstək nəticəsində, Geoloji Fondun rəhbəri vəzifəsinə qədər yüksəlmişəm”, - deyən “Balakhani Operating Company LTD”nin gənc əməkdaşı Gülbahar Məmmədova işində tətbiq etdiyi innovasiyalardan danışıb. O vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti həmyaşıdlarına Azərbaycanı daha böyük uğurlara aparmaq üçün geniş imkanlar yaradır.

Hasilat şirkətlərində işləyən gəncləri təbrik edən “Balakhani Operating Company LTD”nin prezidenti Rövşən Rzayev isə çalışdıqları şirkətlərin hesabına ikinci ali təhsil alan 50-yə yaxın gənci nümunə göstərərək bildirib ki, onların peşəkar inkişafına edilən yatırımlar özünü doğruldur. O, əlavə edib: “Sovet İttifaqı dağıldıqdan sonra dövlət müstəqilliyinin ilk illərində Azərbaycan böyük ictimai-siyasi çətinliklərdən keçdi. Belə dönəmlərdə gənclər arasında ümidsizlik, ziyanlı vərdişlərin əmələ gəlməsi təhlükəsi də olur. Amma biz çox şanslı idik ki, xalqın tələbi ilə respublika rəhbərliyinə qayıdan Ümummilli Lider Heydər Əliyev gənclər siyasətini dərhal prioritetə çevirdi, gənclərə aid bir-birinin ardınca miqyaslı dövlət proqramlarının həyata keçirilməsini tapşırdı. Onun bizə müraciətində söylədiyi “gənclər hər bir millətin həm bu günüdür, həm də sabahıdır, ümididir” sözləri hələ də mənim qulağımda səslənir. Prezident İlham Əliyev bu gün gənclər siyasətini daha böyük dövlət proqramları ilə davam etdirir. Bu proqramların təmin olunmasına neft sektoru mühüm töhfə verir”

Daha sonra “Azgerneft”, “Surakhani Oil”, “Balakhani Operating Company LTD” şirkətlərinin bir qrup gənc əməkdaşına çalışdıqları vəzifələrdə fərqləndiklərinə görə təltifnamə və hədiyyələr təqdim edilib.

Bayram tədbiri həmkarları tərəfindən “ən gənc ruhlu” adlandırılan, Prezident təqaüdçüsü, Əməkdar mühəndis Telman Cəfərovun 80 illik yubileyinin qeyd edilməsi ilə yekunlaşıb. Karyerasının ilk illərində işlədiyi məkanda ana dilində danışmağa belə imkanın yaradılmadığını xatırlayan Telman Cəfərov müstəqil və güclü Azərbaycan dövlətinin neft sektorunun milli insan kapitalının müasir təhsilli gənclər hesabına genişləndiyini vurğulayıb.

Neftçi gənclərin bayramında Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin müəllimi Habil Məmmədov və tələbələri “Dəşti təsnifi”, “Bayatı-Şiraz dəstgahı” və Azərbaycan xalq mahnılarından ibarət konsert proqramı ilə çıxış ediblər.

Neftçilərin tədbirində uzun müddət gənclər siyasəti ilə məşğul olmuş, hazırda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin deputatları Qaya Məmmədov, Vüqar Rəhimzadə, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev iştirak ediblər.
Neftçi gənclər bayramlarını nəsillərarası təntənəyə çevirdilər
Neftçi gənclər bayramlarını nəsillərarası təntənəyə çevirdilər
Neftçi gənclər bayramlarını nəsillərarası təntənəyə çevirdilər
Neftçi gənclər bayramlarını nəsillərarası təntənəyə çevirdilər
Neftçi gənclər bayramlarını nəsillərarası təntənəyə çevirdilər
Neftçi gənclər bayramlarını nəsillərarası təntənəyə çevirdilər

Son xəbərlər

Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib

İstanbulda məktəblərdə 1 günlük tətil elan edildi

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - YENİLƏNİB

Azərbaycanda 9-dan 6-ya iş rejimi ləğv olunur?

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

MƏNƏVİ TƏRBİYƏ NƏDİR? ONA ƏMƏL OLUNURMU?

“Nursema” qayıdır?

“Qızımın toyuna görə təqaüdə çıxa bilmirəm”

Xalq artisti evə buraxılıb - Vəziyyəti ağırdır

Emoməli Rəhmon Azərbaycanda səfərdədir

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub

Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib

Laos AQEM-ə üzv qəbul edilib

Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək

İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb

Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq

Sergey Lavrov Bakıda AQEM sammitində iştirak edəcək

“Azərbaycanda İslama münasibətin şübhə altına alınması təəssüf doğurur”

Tupak Şakurun qətlinə görə ilk hökm çıxarıldı - 30 il sonra

“Xalaqızı” vəfat etdi

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib

Elnur Əliyev: "18 yerli müəssisəyə transformasiya yol xəritəsi hazırlanıb"

İlham Əliyev: "Azərbaycan beynəlxalq miqyasda istifadə oluna biləcək şəhərsalma təcrübəsi yaradır"

Rumıniya PUA-lara görə iki F-16 qırıcısını havaya qaldırıb

UEFA Çempionlar Liqasında II turun növbəti matçları keçiriləcək

Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq

Anasının dəfninə getməyib “TikTok”da sərvət qazanmışdı - Səbəbini açıqladı

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031