"Kapital Bank" kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib
Məlum olduğu kimi son dövrlər dələduzluq faktlarının sayı sürətlə artmaqdadır. Əhalinin kibertəhlükəsizlik mövuzusunda maarifləndirilməsi yönündə banklar, eləcə də Azərbaycan Banklar Assosiasiyası və Daxili İşlər Nazirliyi tərəfindən bir çox maarifləndirmə tədbirləri həyata keçirilsə də kiberdələduzların qurbanı olan insanların sayı olduqca çoxdur.

"Turaztv" "Unikal" -a istinadən xəbər verir ki bu barədə "Kapital Bank" məlumat yayıb.

"Təəssüf ki, bu mövzuda adı hallanan banklardan biri də 5 milyondan çox müştərisi olan ölkənin birinci bankı Kapital Bank-dır. Müştərilərin çoxluğunu və ölkə əhalisinin böyük əksəriyyətində banka məxsus kartların olduğunu fürsət bilən dələduzlar müxtəlif yollarla müştəriləri aldatmağa və vəsaitlərini mənimsəməyə çalışırlar.

Qeyd edək ki, şəxsi məlumatların müştəri tərəfindən ötürüldüyü çox az hallarda oğurlanmış vəsaitin bərpası mümkün olur. Bu səbəbdən də bank müştərilərini kibertəhdidlərə qarşı diqqətli olmağa çağırır. Məlumat üçün bildirək ki, 2024-cü ildə Kapital Banka müraciət edən 141 616 unikal müştərinin 198 734 əməliyyatı dələduzluq əməliyyatı olduğu üçün bloklanıb. Bu, 2023-cü illə müqayisədə 2 dəfə çox müştəridə dələduzluq halının qarşısının alınması deməkdir. Belə ki, 2023-cü ildə bu say 72 000 nəfər olub. Ötən il bank tərəfindən 105 web-sayt, 1000-ə yaxın sosial şəbəkə hesabının dələduzluq fəaliyyətinin qarşısı alınıb.

Kapital Bank üçün müştərilərinin təhlükəsizliyi əsas prioritetlərdən biridir. Bunun üçün bankda ISO27001 standartı üzrə 54 nəzarət mexanizmi var. Həmçinin kibertəhlükəsizlik insidentlərinin operativ həlli üçün 7/24 monitorinq mexanizmi qurulub. Bununla da bank əməkdaşları 24 saat ərzində kibertəhdidləri izləyir, təhlükəli məqamlarda müdaxilə edirlər. Bu, müştəri məlumatlarının müstəqil olaraq qorunmasını və operativ şəkildə cavab verilməsini təmin edir. Eləcə də mobil tətbiqin təhlükəsizliyi üçün DevSecOps modeli tətbiq edilir.

Bütün bunlara baxmayaraq kimerdələduzluqla mübarizədə banklar və müştərilər birlikdə addımlamalıdırlar. Bu səbəbdən Kapital bank olaraq bir daha müştərilərimizdən diqqətli olmalarını şəxsi məlumatlarını, istifadə etdikləri kart məlumatlarını üçüncü şəxslərə verməməyi, kart məlumatlarını daxil etdikləri platformaların təhlükəsziliyinə əmin olmalarını, kartın üzərində olan 3 rəqəmli kodu, sms vasitəsilə gələn 3D qoruma kodunu, şəxsiyyət vəsiqəsinin fin kodunu heç kimlə bölüşməməyi, Kapital Bank adına hazırlanan və göndərilən qeyri-peşəkar videolara və reklam mətnlərinə inanmamağı xahiş edirik", - məlumatda bildirilib.

Son xəbərlər

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930