Xəbərlər
6.01.2025, 00:18
Konqresdəki respublikaçılar borc tavanını artırmaq niyyətindədirlər
ABŞ-də Respublikaçılar Partiyasının Nümayəndələr Palatasındakı nümayəndələri dünya bazarlarında çaxnaşmalara yol verməmək üçün yazda dövlət borcunun tavanının artırılmasına can atmaq niyyətindədirlər.
"Turaztv.az" “Report”-a istinadən xəbər verir ki, bunu Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib.
Onun sözlərinə görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası öz xərclərində milli borcun tavanına çatmaq niyyətində deyil:
“Hər kəs yadda saxlamalıdır ki, biz dövlət xərclərini azaltmaq istəyən komandayıq və bunu kardinal şəkildə edəcəyik. DOGE (Hökumət Effektivliyinin Təkmilləşdirilməsi Departamenti - Qeyd) bu istiqamətdə səylər göstərəcək, lakin qiymətli kağızlar bazarlarını və qlobal iqtisadiyyatı qorxutmamaq üçün borc tavanını kağız üzərində qaldırmaq lazımdır”.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay