Koronavirusa görə maliyyə yardımı kimlərə veriləcək? - VİDEO
Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-iqtisadi həyatına göstərdiyi təsirlər artıb. Yaranmış vəziyyətə Azərbaycan hökuməti çevik reaksiya verərək MDB və region ölkələri arasında ən böyük iqtisadi dəstək proqramını hazırlayıb. Ümumilikdə 10 proqramın maliyyə həcmi 2,5 milyard manatdır. Bu da ümumi daxili məhsulun 3 faizini təşkil edir.

Dövlət dəstəyinin göstərilməsi üçün 10 proqram hazırlanıb. Birinci və əhatəli olan proqram 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir. Qiymətləndirmələrə əsasən, baş verən neqativ proseslər 11 fəaliyyət istiqamətinə 100 faiz təsir edib. Bunlar ictimai iaşə, xidmət, turizm, hotellər və Mall-lar, əyləncə, nəqliyyat və digər sahələrdir. Bu sahələrdə fəaliyyət göstərən müəssisələrin əmək haqqı fondunun yarısı dövlət tərəfindən ödəniləcək. Daha 9 fəaliyyət istiqaməti isə əhəmiyyətli mənfi təsirə məruz qalıb. Burada da əmək haqqı fondunun bir hissəsinə dəstək tətbiq ediləcək.
Dövlət dəstəyindən karantin dövründə işçilərini ixtisar etməyən, iş yerlərini və əməkhaqlarını qoruyub saxlamış sahibkarlar yararlana biləcək. Bundan başqa işini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan, fəaliyyətini "ağardan” sahibkarlar dövlət dəstəyi proqramlarından daha çox faydalanacaqlar. İkinci böyük proqram 290 mindən çox mikro və fərdi sahibkarı əhatə edir. Burada söhbət fərdi şəkildə fəaliyyət göstərən sahibkarlardan gedir.

Dövlət koronavirus pandemiyasının ziyan vurdğu sahibkarların kredit ödənişlərinə də dəstək göstərəcək. Bu məqsədlə 2 proqram hazırlanıb. Bunlardan biri 1 milyard manat həcmində olan mövcud kredit portfelinə dəstək proqramıdır. 10 mart tarixindən əvvəl götürülən, vaxtlı-vaxtında indiyədək ödənilən kredit faizlərinin 10 faizi Sahibkarlığın İnkişafı Fondu hesabına ödəniləcək. Növbəti böyük proqram isə yeni verilən kreditlərə şamil edilir.

Pandemiyanın mənfi təsirləri altında olan sahibkarlıq subyeklərinə müxtəlif vergi güzəştləri, tətilləri və imtiyazları veriləcək. Koronavirus pandemiyasından sonrakı dövrdə tikinti sektoru iqtisadiyyatın yenidən sürətli inkişaf tempi üçün aparıcı sektorlarından biri olacaq. Bu baxımdan ipoteka kreditlərinə dəstək proqramı da nəzərdə tutulub.

Bundan başqa işsiz vətəndaşlara dəstəyi özündə əks etdirən sosial paket də hazırlanıb. Bu barədə qarşıdakı günlərdə daha ətraflı məlumat veriləcək.
Dəstək proqramları çərçivəsində elektrik enerjisindən güzəştli istifadə limitinin 100 kvt saat həcmində müddətli artırılması, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqının ödənilməsinə, həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək verilməsi nəzərdə tutulur. Qeyd edək ki, bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir və digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş gedir. /ATV

Son xəbərlər

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı - Mühüm qərar

Etibarın siması

Mütəxəssi: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

"Onsuz mən daha bədbəxt bir insana çevrilirəm" - Kerem Bürsin

Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı

BAĞIŞLA MƏNİ, ROMEO!

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Zeynal Nağdəliyevin oğlu səfir təyin olundu

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu - Fotolar

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...

BƏDƏLANIN ŞÖHRƏTLİ OĞLU

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Beyləqanda bir nəfər suda boğulub

Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq

Cəlilabadda maşın aşıb - Yaralılar var

Anomal istilər Avropada nə qədər insanın həyatına son qoyacaq?

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31