Allahşükür Paşazadə Yaxın Şərqdə və Ukraynadakı müharibələrlə bağlı çağırış edib
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Yaxın Şərqdə və Ukraynadakı müharibələrlə bağlı çağırış edib.

"Turaztv.az" "Report"-a istinadən xəbər verir ki, QMİ sədri bununla bağlı Portuqaliyanın Kaşkai şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının "Sülhdə birlik — etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması" mövzusunda 10-cu Yubiley Qlobal Forumunda çıxışı zamanı bildirib.

O, Yaxın Şərqdə və Ukraynada problemlərin beynəlxalq qanun və BMT qətnamələrinə uyğun həll olunmasının tərəfdarı olduğunu söyləyib.

QMİ sədri günahsız insan qırğınına səbəb olan bu qanlı toqquşmaların dayandırılmasına, silahların susmasına, maddi-mənəvi irsin, dini məkanların məhvinə, saysız-hesabsız miqrant faciələrinə son qoyulmasına çağırıb.

A.Paşazadə vurğulayıb ki, bütün mövcud problemlərin fövqündə duran sülhün bərqərarı, planetimizin qorunması məramı ilə BMT Sivilizasiyalar Alyansı, BMT İqlim Dəyişikliklərinə dair qlobal COP tədbirləri çərçivəsində sülh naminə dini liderlərin iştirakı ilə real əməkdaşlıq müstəvisinin təşkili yönündə səylər təqdir olunmalıdır.

Şeyxülislam 200 ölkənin yekdil qərarı ilə BMT İqlim dəyişmələri üzrə COP29 tədbirinə ev sahibliyi etmək şərəfinə layiq görülmüş multikultural Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və suverenliyini məhz BMT-nin Nizamnaməsinə və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq bərpa etdiyini xatırladıb. Bildirib ki, bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərimizdə şəhər və kəndləri bərpa edir, vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi irs nümunələrimizi, multikultural ənənələrimizə sadiq qalaraq bütün dinlərə məxsus abidələri - məscid və məbədləri yenidən bərpa və inşa edir, yandırılmış və minalanmış torpaqlarımızı təmizləyərək genişmiqyaslı yenidənqurma işləri aparır.

A.Paşazadə qeyd edib ki, kultursidə məruz qalmış ərazilərimizdə dini-mənəvi irsin bərpa və qorunması yönündə gördüyümüz işlərə BMT Sivilizasiyalar Alyansının dəstəyini bu illər ərzində hər zaman hiss etmişik və buna görə hədsiz minnətdarıq.

Son xəbərlər

“Hizbullah” İsrailin şimalına 100 raket və PUA buraxıb

UEFA Superkubokunda onlar qarşılaşacaqlar

Fransa polisi PSJ azarkeşlərinə qarşı gözyaşardıcı qazdan istifadə edib

“Uzak Şehir”in aktyorları sevgilidir? - Fotolar

Atlaz Rzayi : Turan doğuluş adı, Turan dirilik adı - FOTO

"Qarabağ"ın futbolçusuna görə 80 min avroluq qalmaqal

AZAL Gəncə - Sankt-Peterburq uçuşlarını bərpa etdi

KİV: Tramp Vensin öz varisi olacağına əmin deyil

Sən şirinsevənsən - FOTO

Medvedev: Zaporojye Atom Elektrik Stansiyasının dağıdılması halında simmetrik zərbə endirilə bilər

HƏSƏNXAN ƏSƏDOV : Gətirsin sənə - FOTO

Zöhrə Qaraqızı : BİR DƏFƏ ÜZÜMƏ GÜLMƏDİN, DÜNYA! - FOTO

Masazırda 8 saat işıq olmayacaq

Konqoda Ebola virusu sürətlə yayılır

PSJ ardıcıl 2-ci dəfə Çempionlar Liqasının qalibi olub

Duzsuz qida erkən ölüm riski yaradır? - ARAŞDIRMA

MƏNƏ YETİM DEMƏYİN SİZ.

Sosial mediada “ideal həyat” depressiya yaradırmı? - ARAŞDIRMA

Mirzə Ələkbər Sabirin doğum günüdür - FOTO

ŞƏHLA YAŞAR (QƏMBƏROVA): MƏNIM DƏCƏL MƏHƏMMƏDIM!!! - FOTO

İsrail Livandan atılan raketləri zərərsizləşdirdiyini açıqlayıb

XİN rəhbəri: Moldova Rusiya səfirinin ölkədən çıxarılmasını nəzərdən keçirmir

12 dəfə dopinq testindən keçdi

"Həyatımın elə dönəmi idi ki, çökmüşdüm" - Aynişan

İtaliyada toy edəcəklər

"Liverpul"un baş məşqçisi Arne Slot istefaya göndərilib

Ukrayna Rusiyanın 16 vətəndaşına və 31 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib

Azərbaycandakı müharibə əlillərinin rəsmi sayı açıqlanıb

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031