Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılmalıdır?
Nişan mərasimində nişanlanan qıza hədiyyə verilən qızıl-zinət əşyaları toy baş tutmadığı halda, bağışlama müqaviləsi kimi deyil, əsassız varlanma kimi qiymətləndirilir.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmənin konkret iş üzrə qəbul etdiyi qərarında göstərilib.

İşin hallarından görünür ki, 2022-ci il iyunun 1-də cavabdeh ilə iddiaçının oğlu arasında nişan mərasimi keçirilib, toy mərasimi və nikahın bağlanması həmin il 25 iyun tarixinə planlaşdırılıb. İddiaçı tərəfindən cavabdehə toy hədiyyəsi kimi qızıl-zinət əşyaları verilib, lakin nikah baş tutmayıb, münasibətlər pozulub. Bundan sonra oğlan tərəfindən qıza nişanlanma mərasimində verilmiş qızıl-zinət əşyalarının geri tələb edilməsi ilə bağlı məhkəməyə müraciət edilib.
Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılmalıdır?

Aşağı instansiya məhkəmələri qızıl-zinət əşyalarının iddiaçı tərəfindən cavabdehə toy hədiyyəsi kimi bağışlandığını qətnaməsində qeyd etsə də, toyun baş tutmaması halını nəzərə almayıb. Ona görə qızıl-zinət əşyalarının cavabdehdə qalmasına qərar verilib. Lakin iş üzrə yekun məhkəmə instansiyası olaraq Ali Məhkəmə hesab edib ki, hazırkı iddianın hüquqi əsasını Mülki Məcəllənin 673-cü maddəsi təşkil etmir. Belə ki, nişan mərasimində nişanlanan oğlan və ya onun valideynləri tərəfindən nişanlanan qıza verilən hədiyyələr, o cümlədən qızıl-zinət əşyaları gələcəkdə rəsmi nikahın baş tutacağı ümidi ilə verilir. Gələcəkdə rəsmi nikah baş tutmazsa, əldə etmə sonradan aradan qalxmış əsasa söykənmiş olur.
Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılmalıdır?

Hazırkı iş üzrə iddia tələbi rəsmi nikahın baş tutmaması, yəni nişanlanmanın rəsmi nikahın bağlanması ilə nəticələnməməsi ilə əlaqədar nişanlanma mərasimində verilmiş qızıl-zinət əşyalarının tələbi ilə əlaqədardır. Ali Məhkəmə qeyd edib ki, iddianın hüquqi əsası kimi qızıl-zinət əşyaları əldə etmə ilə əlaqədar varlanmanın sonralar aradan qalxmış əsasa söykənməsi, əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsi ilə əlaqədar Mülki Məcəllənin 1091 və 1092-ci maddələri nəzərdən keçirilə bilər.

Nəzərə almaq lazımdır ki, bağışlamadan imtina üçün əsasların olmaması bağışlanmış əşya hesabına varlanmanın sonradan aradan qalxmış əsasa söykənməsi əsası ilə hədiyyənin geri tələb edilməsini istisna etmir. Buna görə də məhkəmə iddiaçının şikayətini təmin edib və qızıl-zinət əşyalarının cavabdehdən alınması barədə qərar qəbul olunub.

Son xəbərlər

Zelenski Trampın xüsusi elçilərinin Kiyevə səfərinin vaxtını açıqlayıb

Milli Məclisin növbəti iclası mayın 12-də keçiriləcək, 8 məsələ müzakirə olunacaq

Allahşükür Paşazadə İstanbulda Avrasiya İqtisadi Zirvə toplantısında iştirak edəcək

Şamaxıda “Ulu Öndər Heydər Əliyev və dövlət qadın siyasəti” adlı konfrans - Fotolar

Bolqarıstanda yeni hökumət formalaşıb, Rumen Radev Baş nazir seçilib

Məhkəmə "TikTok"erin ev dustaqlığı qərarını qüvvədə saxladı

"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri 9 Mayda işləməyəcək

“Xınalıq” restoranında ofisiant qəfil öldü

Qatarla Dərnəgüldən Xırdalana 60 qəpiyə, Sumqayıta isə 1 manata gedə bilərsiniz - Fotolar

Prezident İlham Əliyev: Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur

Azərbaycan Kuboku: 30 finalı ümumilikdə 300 minə yaxın tamaşaçı izləyib

Formula 1 Azərbaycan Qran-Prisinin könüllü proqramına rekord sayda müraciət olub

Nikahın etibarlı hesab olunması ilə bağlı vahid təcrübə müəyyən edilib

Mayın 17-i 9 illik təhsil səviyyəsi üzrə 6 imtahan keçiriləcək

Kubanın XİN başçısı: ABŞ ilə danışıqlarda irəliləyiş yoxdur

Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb

UEFA Konfrans Liqası: Finalçılar bəlli olub

KİV: ABŞ ordusu İranın Qəşm limanına və Bəndər Abbasa zərbələr endirib

“Aston Villa” finalda “Frayburq”a rəqib olur - Avropa Liqası

Onlara Prezident mükafatı verildi - Adlar

Trampla təkbətək görüşdü

KİV: İranın cənubunda iki PUA zərərsizləşdirilib

İran müharibə bitərsə, Hörmüzdə naviqasiya azadlığını təmin etməyə hazır olduğunu bildirib

Komanda yoldaşı ilə dalaşıb huşunu itirdi

ABŞ Hörmüz boğazında "Azadlıq Layihəsi" əməliyyatını bərpa etmək istəyir

Azərbaycanlı alim vəfat etdi

Akif İslamzadə infarkt keçirdi - Xəstəxanadadır

Məşhur müğənni komaya düşdü

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031