ELŞƏN TƏHMƏZOV :  Əzablar çoxalır sevəndə insan - FOTO

Elşən Təhməzov 2001-ci ildə Qubada dünyaya gəlmişdir. Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil almışdır. "Müasir Azərbaycan ədəbiyyatı antologiyası 1-ci cild" kitabının müəllifidir. 60-dan çox məqalənin müəllifi olan gənc yazarın əsərləri, şeirləri saytlarda, qəzetlərdə yayımlanmışdır.


AYRILIQ

Əzablar çoxalır sevəndə insan,
Ömür kədərlidir, həyat zülmdür.
Deyirlər: “Ayrılıq ölüm deyil ki”
Ayrılıq – ölümdən
betər ölümdür.

Nə yatmaq, nə yemək,
nə gəzmək olur,
Yatdığın yuxuda ümid arzusu.
Yediyin yemək də
keçmir boğazdan,
Gözlərin hər yerdə gəzir o qızı.

Fikirlər ürpərir xəyal quranda,
Tənhalıq qəlbinin yelkənləridir.
Çölün bir məzarın sükutu kimi,
İçinsə fırtına, alov kimidir.

Gör necə yanmışam
sənin oduna,
Bir baxsan sovrulan
mənim külümdür.
Deyirlər: “Ayrılıq ölüm deyil ki”
Ayrılıq – ölümdən
betər ölümdür.


ATMADI MƏNİ


Yenə ötənləri saldım yadıma,
Bir damla göz yaşım
atmadı məni.
Kədərlə, sevinclə qaldım
baş-başa,
Kədərim sevincə satmadı məni.

Sənli xatirələr, sevimli anlar,
Səninlə yaşanan
gözəl zamanlar,
Mənə sevinc verib
kədər alanlar,
Bir daha kədərə qatmadı məni.

Sən axı bu eşqi əziz sayırdın,
Günəşdən od alıb
şəfəq yayırdın,
Məni məndən alıb
məndən ayırdın,
O gündən bu sevgi
dadmadı məni.


GÖZLƏRİNDƏ BİR SEVGİ VAR


Gözlərində bir sevgi var,
Olmazmı dilin də deyə ?
Bu məhəbbət çiçəyi bəs,
Solmazmı bu səssizliyə ?

Nələr kəsdi yolumuzu ?
Qəm örtdü sağ solumuzu,
Bu gedişlə yolumuzun
Sonu çıxar mənsizliyə.

Ayırdılar səni məndən,
Arzularım pərən-pərən,
Ümidim yox gələn gündən,
Mən gedirəm sənsizliyə.


TƏNHALIĞIN ELEGİYASI

Sıxır ürəyimi tənhalıq yenə,
Pəncərə ruhuma səpilir yağış.
Bezdim bu yolların,
bu küçələrin,
Əlindən getməmiş,
uçub, qaçmamış,
Bir ölüm haqlayar, bir
ölüm məni.
Yığıla dünyanın bütün sevinci,
Gəlib qabağımda dura,
nə fayda?!
Mənəm xoşbəxtlikdə
sondan birinci.
Baxım aynalara, qalıb o tayda.
Güzgülər əlimdə
paralanmamış,
Bircə görə bilim, səni bu tayda.
Sarılır fikirlər ümid qoluna
O qol quruyacaq elə deyilmi?
Üzümün hirsinə, qırışlarına,
Bu acı həftələr batan deyilmi?
Darıxır ayağım, ayaqqabım da
O yollar, cığırlar, skamyalar da
Onlar da pas atıb,
alaq almamış,
Tərpənim, bir gedim,
bir görüm yəni.

ELŞƏN TƏHMƏZOV :  Əzablar çoxalır sevəndə insan - FOTO
ELŞƏN TƏHMƏZOV :  Əzablar çoxalır sevəndə insan - FOTO

Son xəbərlər

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH

Bakıda iki bağça fəaliyyətə başladı

"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar

Ağır qəzadan xəsarət almadan qurtuldular - Foto

“Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930