Xəbərlər
20.11.2024, 23:21
Fransada solçular yenidən Makronu hakimiyyətdən kənarlaşdırma prosedurunu başladıblar
Solçu blokun ən böyük partiyası “İtaətsiz Fransa” Emmanuel Makronun hakimiyyətdən kənarlaşdırılması prosedurunu başlatmaq üçün yenidən müraciət edib.
"Turaztv.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Müraciət Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) Bürosu tərəfindən təsdiqlənib.
Qeyd olunur ki, deputatlar müvafiq qətnaməni noyabrın 28-də təqdim etməyi planlaşdırırlar.
Xatırladaq ki, bu partiyanın nümayəndələri payızın əvvəlində oxşar təklif irəli sürmüşdülər, lakin sonradan bu təklif rədd edilmişdi. Təşəbbüs ölkə konstitusiyasının 68-ci maddəsinə uyğun olaraq prezidentin hakimiyyətdən kənarlaşdırılması prosedurunu nəzərdə tutur.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay