Azərbaycanda Qafqazda ilkə imza atdı: Növbəti 30 ildə hədəf budur
Bu gün Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) işinə başlayıb.

Açılış mərasimində COP-a sədrlik Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti Muxtar Babayevə təhvil verilib.

Bu tədbirin əhəmiyyəti nədən ibarətdir? COP29 ölkəmizə hansı üstünlükləri qazandıracaq?

Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, COP29 qlobal siyasətdə ən vacib mövzulardan biridir:

“Çünki dünyada artan bir nüvə silahı təhdidi var. Bu təhdid COP tədbirlərini daha aktual və vacib edir. Digər mühüm məsələ isə şübhəsiz, iqlim mövzusudur. Hər iki məsələ aktualdır və risk ehtiva edir. Bu problemlərdən qorunmaq və qarşısını almaq üçün COP29 tədbiri əvəzsizdir. Hazırkı vəziyyətdə bu mövzularla bağlı ortaq maraq yoxdur. Xüsusilə iqlim məsələləri iqtisadi maraqlarlə uzlaşmadığı üçün fərqli görüş bildirənlər var.
Azərbaycanda Qafqazda ilkə imza atdı: Növbəti 30 ildə hədəf budur

Fərhad Məmmədov

Azərbaycan bu gün bu iki ciddi məsələnin ortasındadır. Birincisi, tədbirin ölkəmizdə keçirilməsi çox vacibdir. Azərbaycan təşkilatçılıq baxımından sammitə çox yaxşı hazırlaşıb. İkincisi, COP29 Azərbaycana qlobal siyasətə qoşulma, bundan sonra daha aktiv olma imkanı yaradacaq. Bu, artıq qlobal siyasətdə böyük təcrübənin qazanılmasıdır. Kiçik ölkə olmağımıza rəğmən artıq daha ciddi aktor kimi görüləcəyik”.

Politoloq Züriyə Qarayeva deyib ki, noyabrın 11-22-də Bakı Olimpiya Stadionunda keçiriləcək sammit Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə məhz bizim ölkədə baş tutur:

“Bu sammit 29-cu konfrans olduğu üçün COP29 adlanır. Onun Azərbaycanda keçirilməsi siyasət, iqtisadiyyat, turizm, investisiya və regional liderlik də daxil olmaqla bir çox sahələrə töhfə verəcəyi gözlənilir.

Siyasi töhfələrini saymaqla bitirmək olmaz. Əvvəla, ölkəmizin BMT-yə təqdim etdiyi son “İqlim Planı”na görə, Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerjinin 30%-lik hədəfinə çatmaq yolunda olduğunu, həmçinin 2050-ci ilə qədər karbon emissiyalarını 40% azaltmağı hədəflədiyini bəyan edib. Azərbaycanın karbon emissiyalarının azaldılması hədəfi qlobal istiləşmənin qarşısını almaq üçün önəmli addımdır. Ölkəmizin COP29-a ev sahibliyi etməsi onun emissiyalar və bərpa olunan enerji ilə bağlı hədəflərinə nail olmaq, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini və iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq öhdəliklərini yerinə yetirmək əzmində olduğuna işarədir. Dünya birliyinin ölkəmizə etimadının göstəricisi olmaqla yanaşı, bundan sonrakı fəaliyyət planını da uğurla icra edəcəyinə ümidin təzahürüdür. Belə bir mötəbər tədbiri növbəti dəfə yüksək səviyyədə təşkil etmək Bakının dünyada günü-gündən güclənən nüfuzuna daha böyük reputasiya qatacaq”.
Azərbaycanda Qafqazda ilkə imza atdı: Növbəti 30 ildə hədəf budur

Züriyə Qarayeva

Politoloqun sözlərinə görə, COP29-un ölkəmizdə təşkili Azərbaycanın lobbiçilik fəaliyyətinin müsbət istiqamətdə irəlilədiyini göstərir:

“Yaşıl transformasiya”, “yaşıl iqtisadiyyat”, “bərpa olunan enerji” kimi məsələlərdə dünyada lokomotiv rolunu oynayan Avropa baxımından da Azərbaycan müsbət profilə sahib olacaq. Hətta artıq bu profili qazanıb deyə bilərik.

İqtisadi töhfələrinə baxdığımızda təşkilatın turizm gəlirləri xaricində bir çox müsbət irəliləyişlərə müjdəçi olduğunu söyləmək mümkündür. Azərbaycan dövlət gəlirlərinin böyük hissəsini neft və təbii qaz ixracından əldə etdiyinə görə, iqtisadiyyatını şaxələndirmək və bərpa olunan enerji sahəsində mərkəz kimi fəaliyyət göstərmək baxımından tədbirin əhəmiyyəti çox böyükdür.

İnvestisiya mövzusunda verdiyi töhfələrə nəzər saldıqda, beynəlxalq investorların Azərbaycanı yaşıl iqtisadiyyat kontekstində Qafqaz regionuna sərmayə yatıracağı ölkə kimi qəbul etmək olar. Yeni yaranan bərpa olunan enerji sənayesinə birbaşa xarici investorları cəlb etmək fürsətindən istifadə olunacaqdır”.

Siyasi şərhçi Əli Zülfüqaroğlu isə deyib ki, COP29 dünyamiqyaslı tədbirdir və Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi kifayət qədər önəmli hadisədir:

“İqlim problemləri dünyanın gələcəyini təhdid edən başlıca faktordur və bütün ölkələri əhatə edir. Su qıtlığı, quraqlıq, hava kirliliyi və s. bənzər amillər xəstəliklərin artması, məhsuldarlığın azalması kimi problemlərə yol açır. Əlbəttə, bir sıra alimlər hesab edirlər ki, iqlim problemlərinin yaranmasında insan faktoru da var. Ona görə də, xüsusilə sənaye ölkələri başda olmaqla dövlətlər arasında bu məsələnin aradan qaldırılmasına töhfə vermək üçün mütləq konsensus olmalıdır.
Azərbaycanda Qafqazda ilkə imza atdı: Növbəti 30 ildə hədəf budur

Əli Zülfüqaroğlu

Azərbaycan bir sıra qlobal məsələlərə ev sahibliyi etmiş ölkədir və tədbir də yüksək səviyyədə təşkil olunub. Sammitin Azərbaycanda təşkil olunması iqlim problemi kimi qlobal məsələyə öz töhfəsini verməklə yanaşı, Azərbaycanın dünyada tanınması və qlobal proseslərdə rolunun artmasına səbəb olacaq”.

Son xəbərlər

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH

Bakıda iki bağça fəaliyyətə başladı

"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar

Ağır qəzadan xəsarət almadan qurtuldular - Foto

“Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”

70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930