- Şəhidlərimizi tanıyaq və tanıdaq - “ƏSRİMİZİN ƏLAĞA ŞIXLİNSKİSİ”- FOTOLAR

- Şəhidlərimizi tanıyaq və tanıdaq -
“ƏSRİMİZİN ƏLAĞA ŞIXLİNSKİSİ”

Vaxtilə Ulu Öndər Heydər Əliyev “Kobra” ləqəbli sərkərdə Xeyrulla İbrahimovu belə adlandırmışdı...
... Əsgər və zabitlərimiz bu günü 30 il idi ki, gözləyirdilər. Tökülən nahaq qanların, işğal altında qalan torpaqların həsrəti qisas hissini günbəgün alovlandırmışdı...
Nə olacaqsa, qoy olsun, təki Vətən sağ olsun! – deyirdilər.
Bəli, onlar həmin oğullar idilər ki:
- Torpaqlarımızı işğaldan-əsarətdən, özümüzü tənələrdən qurtaracağıq! – deyib döyüşə atılmışdılar. Nə xoş bizə ki, bir xalq kimi uşaqdan-böyüyə, əsgərdən-zabitə bir əqidə, bir amal uğrunda Ali Baş Komandanın və Milli Ordumuzun ətrafında birləşmişdik...
Belə oğullardan biri də "Kobra" ləqəbli sərkərdə, artilleriyaçı-zabit Xeyrulla Mais oğlu İbrahimovdur.
Yaddaşlarda yaşayan oğul

Şəhidlik! Ən müqəddəs və ən uca zirvə. Şəhidlik - ata-babalarımızdan bizə miras qalan torpağı qorumaq, onun başı üstünü qara buludlar alanda ölümünü göz önünə alıb döyüşə atılmaq deməkdir. Mərd, igid oğulları olan xalq isə heç vaxt yada, namərdə baş əymir, daim qələbələr qazanır. Bu yolda şəhid olanlar, igidliyi, qəhrəmanlığı ilə seçilənlər zaman keçdikcə əfsanəyə çevrilir, nəsildən-nəslə ötürülür.
- Şəhidlərimizi tanıyaq və tanıdaq - “ƏSRİMİZİN ƏLAĞA ŞIXLİNSKİSİ”- FOTOLAR

Vətənin müdafiəsi uğrunda canından, qanından keçən belə qəhrəmanlarımızı, yurdumuzun bütövlüyü üçün canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, xatirələrini əziz tutmaq, onların adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır. Vətənə olan sonsuz sevgi sayəsində Şəhidlik adlı zirvəni fəth edən, 30 illik həsrətdən sonra doğma Qarabağımızı, Şuşamızı bizə geri qaytaran oğullarımızın xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək həyat amalımız olmalıdır.
Xeyrulla İbrahimov da belə Vətən övladlarından biri kimi yaddaşlarda yaşayır...
Gəlin onun ömürnaməsinə diqqət yetirək.
- Şəhidlərimizi tanıyaq və tanıdaq - “ƏSRİMİZİN ƏLAĞA ŞIXLİNSKİSİ”- FOTOLAR

Xeyrulla İbrahimov 1971-ci il aprelin 19-da Bakı şəhərində Mais və Xalidə İbrahimovların ailəsində anadan olub. 1978–1985-ci illərdə Xətai rayonunda 116 nömrəli tam orta məktəbdə, 1985–1988-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 1988–1992-ci illərdə isə Xmelnitski Ali Artilleriya Komandanlıq Məktəbində "Artilleriya" ixtisası üzrə ali hərbi təhsil alıb.
O, 1998-ci ildən Pərvanə İbrahimova ilə ailəli idi. Həyat yoldaşı 5 iyun 2020-ci ildə xərçəng xəstəliyindən vəfat edib. Ləman adında bir qızı və Anar adında bir oğlu yadigar qalıb.
Birinci Qarabağ müharibəsi
- Şəhidlərimizi tanıyaq və tanıdaq - “ƏSRİMİZİN ƏLAĞA ŞIXLİNSKİSİ”- FOTOLAR

X.İbrahimov 1992-1993-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində Haubitsalı Artilleriya Divizionunun Qərargah rəisi — Divizion Komandirinin müavini, 1993-cü ildə isə 5 ay Hacı Zeynalabdin qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə Zenit Artilleriya Divizionunun Komandiri vəzifələrində xidmət edib.
Birinci Qarabağ müharibəsi başlayanda da Xeyrulla dözməmişdi. Belə ki, o, 1992–1994-cü illərdə həmin müharibə zamanı Laçının, Tərtərin, Cəbrayılın, Füzulinin, Qubadlının və Zəngilanın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib, 1994-cü ildə Füzulinin Aşağı Seyidəhmədli istiqamətində gedən döyüşlərdə yaralanıb.
- Şəhidlərimizi tanıyaq və tanıdaq - “ƏSRİMİZİN ƏLAĞA ŞIXLİNSKİSİ”- FOTOLAR

1993-cü il noyabrın 1-dən 1993-cü il yanvarın 18-nə qədər Hərbi Hava Qüvvələrinin (HHQ) və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHM) sərəncamında olan Xeyrulla İbrahimov 1994-1997-ci illərdə Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə Artilleriya Divizionunun Komandiri, 1997-1998-ci illərdə həmin hərbi hissədə Haubitsalı Artilleriya Divizionunun Komandiri olub. 1994-cü il iyunun 24-də "Baş leytenant" hərbi rütbəsi, 1997-ci il iyunun 30-da isə "Kapitan" hərbi rütbəsi verilib.
1998-1999-cu illərdə Abşeron rayonunda yerləşən 4-cü Ordu Korpusunda Artilleriya rəisi, 1999-2000-ci illərdə Silahlı Qüvvələrimizin Hərbi Akademiyasının dinləyici olub. 2000-ci il iyunun 30-da ona "mayor" hərbi rütbəsi verilib.
O, 2000-2003-cü illərdə Ağcabədidəki "N" saylı hərbi hissədə Komandir müavini, 2003-2004-cü illərdə həmin hərbi hissədə Komandirin MTT üzrə müavini — MTT bölmə rəisi olub. 2004-cü il iyunun 30-da X.İbrahimova "polkovnik-leytenant" hərbi rütbəsi verilib.
- Şəhidlərimizi tanıyaq və tanıdaq - “ƏSRİMİZİN ƏLAĞA ŞIXLİNSKİSİ”- FOTOLAR

24 iyun 2003-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamına əsasən Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə bu mahir artilleriyaçımız "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.
Növbəti 7 il ərzində Xeyrulla İbrahimov hərbi hissələrin komandiri vəzifəsində xidmət edib. Belə ki, xidmət yolu Goranboydan, Naxçıvandan keçib.
Könüllü olaraq 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılıb. 20 il davam edən qüsursuz xidməti ərzində "Kobra" ləqəbini qazanıb.
İkinci Qarabağ müharibəsi
2020-ci il sentyabrın 27-də səhər saat 6 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədildi və cəbhəboyu zonada yerləşən ordumuzun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutuldu, nəticədə ölənlər və yaralananlar oldu. Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verildi. Könüllü olaraq Müdafiə Nazirliyinə müraciət edən ehtiyatda olan polkovik-leytenant Xeyrulla İbrahimovun müraciətinə dərhal baxıldı və o, 4-cü Ordu Korpusunun Artilleriya rəisi vəzifəsində müharibəyə yollandı.
- Şəhidlərimizi tanıyaq və tanıdaq - “ƏSRİMİZİN ƏLAĞA ŞIXLİNSKİSİ”- FOTOLAR

Polkovnik-leytenant Xeyrulla İbrahimov 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altındakı ərazilərimizin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün başlanan İkinci Qarabağ müharibəsində X.İbrahimovun xidmətləri müstəsnalıq təşkil edir. Belə ki, o, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşdı, Ermənistan ordusunun canlı qüvvələrinin və döyüş məntəqələrinin məhvi zamanı fərqləndi. "Kobra" ləqəbli cəsur zabitimizin öldürülməsi üçün ermənilər pul ödənişi belə təyin etmişdilər...
Xeyrulla İbrahimov oktyabrın 26-da Hadrutun azad edilməsi zamanı şəhid oldu. II Şəhidlər Xiyabanında dəfn olundu.
- Şəhidlərimizi tanıyaq və tanıdaq - “ƏSRİMİZİN ƏLAĞA ŞIXLİNSKİSİ”- FOTOLAR

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Xeyrulla İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı, "Azərbaycan Bayrağı" ordeni, "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edildi.
Ömrünü şəhidlik zirvəsinə dəyişdi
Bəli, bu bir Azərbaycanın hərbi zabitinin keçdiyi şərəfli döyüş yolunu, yaşadığı şərəfli həyat yolunu təcəssüm etdirən tarixi faktlardır. O zabit ki vaxtilə Ulu Öndər Heydər Əliyevə görüşü zamanı O, Xeyrulla İbrahimovun kürəyinə əlini qoyub “"Sən gələcəyin Əliağa Şixlinskisisən" demişdi”. Bu qiymət, bu dəyər dünyamiqyaslı siyasətçi, böyük rəhbər Heydər Əliyev tərəfindən ona verilmişdi.
- Şəhidlərimizi tanıyaq və tanıdaq - “ƏSRİMİZİN ƏLAĞA ŞIXLİNSKİSİ”- FOTOLAR

Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu ismayıllılı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Onlar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu bu yurdun Basqal qəsəbəsindən də yan keçməyib. Xeyrulla da bu torpağın ləyaqətli övladlarından idi, valideynlərinin və özünün etimadını doğrultmaq üçün adını qəhrəmanlar çərgəsinə yazdırdı, ömrünü şəhidlik zirvəsinə dəyişdi. Dəyişdi ki, Vətən sağ olsun, torpaqlarımız işğaldan azad edilsin. Basqallı, ümumiyyətlə, ismayıllı gənclərdə bu, hər zaman olub və bundan sonra da belə olacaq!
- Şəhidlərimizi tanıyaq və tanıdaq - “ƏSRİMİZİN ƏLAĞA ŞIXLİNSKİSİ”- FOTOLAR

Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq.
Daşdəmir ƏJDƏROĞLU
- Şəhidlərimizi tanıyaq və tanıdaq - “ƏSRİMİZİN ƏLAĞA ŞIXLİNSKİSİ”- FOTOLAR
- Şəhidlərimizi tanıyaq və tanıdaq - “ƏSRİMİZİN ƏLAĞA ŞIXLİNSKİSİ”- FOTOLAR
- Şəhidlərimizi tanıyaq və tanıdaq - “ƏSRİMİZİN ƏLAĞA ŞIXLİNSKİSİ”- FOTOLAR
- Şəhidlərimizi tanıyaq və tanıdaq - “ƏSRİMİZİN ƏLAĞA ŞIXLİNSKİSİ”- FOTOLAR
- Şəhidlərimizi tanıyaq və tanıdaq - “ƏSRİMİZİN ƏLAĞA ŞIXLİNSKİSİ”- FOTOLAR
- Şəhidlərimizi tanıyaq və tanıdaq - “ƏSRİMİZİN ƏLAĞA ŞIXLİNSKİSİ”- FOTOLAR
- Şəhidlərimizi tanıyaq və tanıdaq - “ƏSRİMİZİN ƏLAĞA ŞIXLİNSKİSİ”- FOTOLAR
- Şəhidlərimizi tanıyaq və tanıdaq - “ƏSRİMİZİN ƏLAĞA ŞIXLİNSKİSİ”- FOTOLAR
- Şəhidlərimizi tanıyaq və tanıdaq - “ƏSRİMİZİN ƏLAĞA ŞIXLİNSKİSİ”- FOTOLAR
- Şəhidlərimizi tanıyaq və tanıdaq - “ƏSRİMİZİN ƏLAĞA ŞIXLİNSKİSİ”- FOTOLAR
- Şəhidlərimizi tanıyaq və tanıdaq - “ƏSRİMİZİN ƏLAĞA ŞIXLİNSKİSİ”- FOTOLAR
- Şəhidlərimizi tanıyaq və tanıdaq - “ƏSRİMİZİN ƏLAĞA ŞIXLİNSKİSİ”- FOTOLAR
- Şəhidlərimizi tanıyaq və tanıdaq - “ƏSRİMİZİN ƏLAĞA ŞIXLİNSKİSİ”- FOTOLAR
- Şəhidlərimizi tanıyaq və tanıdaq - “ƏSRİMİZİN ƏLAĞA ŞIXLİNSKİSİ”- FOTOLAR

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930