Xəbərlər
13.10.2024, 19:53
Elimizin dəyərli oğlu - FOTO
Sazbənd Mürsəl kişi Laçın rayonunun Mirik kəndində doğulub.Qədim tarixi abidələri əl telefonunda çəkərək öz YouTube kanalında paylaşır.Son dərəcə vətənpərvər insan olan Mürsəl ixtisasca bənnadır.
Eyni zamanda sazbənddir.Aşıqlar onu yaxşı tanıyır.Tut ağacından saz düzəldir.Səliqəli əl qabiliyyəti var.Laçınlı dostumuz Hamlet Abbasov Sazbənd Mürsəl kişini mənimlə tanış etdi.Son dərəcə mehriban, qayğıkeş və qonaqpərvər eloğlumuzun qonağı oldum.
Onu da qeyd edim ki, Sazbənd Mürsəl poeziya vurğunudur.Sözə sənətə, şeirə yüksək qiymət verir.
Yeri gəlmişkən düzəltdiyi sazlardan birini sinəsinə sıxaraq telləri inildədir. Həzin musiqi sədasının müşayəti ilə bir neçə şeir söyləyirəm.
Hamlet müəllim də ruhlanaraq ustad şairimiz Şücaətdən bir gözəl şeir söyləyir.Söhbətimiz o qədər şirin olur ki, toran qovuşur.Sazbənd Mürsəl necə geniş qəlb sahibidir, ilahi.Bizi bol bıhrəli süfrəyə dəvət edir.
Mürsəl Yaşa oğlu 1992- cu ildən Laçın rayonunun Mirik kəndindən didərgin düşərək Bakının Xəzər rayonunun Qala kəndində məskunlaşıb.Quru torpaq sahəsində ev eşik tikib.Bağ- bağlar salıb.
Bir tərəfdən yurd nisgili, bir tərəfdən quru torpaqda çox əziyyətlər, iztirablar çəkib.
Laçın rayonundan köçkün düşərkən öz kəndindən ən əziz və qiymətli olan böyük bir mamırlı qara daş gətirib.Həyətində hovuz tikib və mamırlı daşa və dekorativ ağaclara, itburnu kollarına baxmaqla doğma kəndinin xiffətini çəkməmək üçün 30 il təskinlik tapıb. Bağı cənnətə çevirib. Özünə ev tikib, şərait yaradıb.Tikinti hələ də davam edib.Səhhətində problem yaşayıb Həkimlərin və öz iradəsi sayəsində ölümün pəncəsindən xilas olub.. Özü özünə sanki həkim olub.Həm türkıcarə müalicə olunub, həm də həkimlərin resepti əsasında müalicə olunub.Təcili yardım çağıranda həkimlər gec gələndə çox vaxt özü özünə sistem vurub, venaya sistem vurmaq hər kəsə asan gəlməsin .Şükürlər olsun ki, sağalıb
.Bu insanın əlləri həqiqətən də qızıldır.Həm bınnadır, həm sazbınddir, həm foto müxbir olmaqla yurdumuzun tarixi abidələrini çəkərək paylaşır. Həm də Mirik kəndində yaşayarkən saç ustası olaraq
bərbər sənətinə də yiyəlınibdir.Silahdannistifadə etməyi əla bacarır.Sərrast atıcıdır.Quşu necə deyərlər gözündən vurmağı bacarır.
Erməni quldurları və havadarları Laçını işğal edərkən sərrast atıcı olmaqla səngərlərdə keşik çəkib.Laçına Bakıdan kömək gəlmədiyinə görə silahsız camaat pərən- pərən düşüb Sazbənd Mürsəl Qala kəndində məskunlaşıb
Vətəninə qayıtmaq arzusuyla yaşayıb.
Çox çətinliklərlə üzləşə də, nəhayət ki arzusuna çatıb.
44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması bu ailənin də sonsuz sevincinə səbəb olub.Kəndini, doğma yurdunu ziyarət edib..Ata baba yurdunu işğalçı erməni quldurları dağıtsa da o torpağa 30 ildən sonra gələrkən diz çökərək göz yaşlarını cilovlaya bilməyib.Kəndini, min bir ətirli çiçəkli dağları, ormanları kəklikli yamacları , göz yaşı kimi təmiz, bum buz saf bulaqları seyr edib, çeşmələrin gözündən doyunca ovuclayaraq sudan içdikcə gözlərinə işıq gəlib.
Sazbənd Mürsəl kişi ilə inşallah Mirik və Minkənd səfərimizi planlaşdırırıq.
Minkənd məktəbi şəhid Bayram Məhəmməd oğlu Məmmədovun adını daşıyır.Sazbənd Mürsəl biləndə ki, " Bayramsız Laçın , Laçınsız Bayram " adlı kitabımı şəhid Bayrama həsr etmişəm, çox sevinir və məndən o kitabdan istəyir.Yenidən o kitabdan çap etdirmək haqqında fikirləşirəm.Çünki bu kitabda Laçının Qarağolü haqqında ,Laçın şəhidləri , eləcə də Laçının hörmətli elm adamları haqqında geniş məlumat verilmişdir.
Onu da qeyd edim ki, Sazbənd Mürsəl " Həkəri" qəzetinin foto müxbiridir.Qəzetimizin növbəti sayında, eləcə də Facebook səhifəmdə Mürsəl müəllimin qədim yurd yerlərimizdən, tarixi abidələrimizdən lentə aldığı əsrarəngiz gözəllikləri istəkli oxucularımıza paylaşmaqla hər kəsi vətən torpağını sevməyə çağırıram.O müqəddəs torpaqlarda şəhidlərimizin, qazilərimizin qanı axıdılıb. .O torpaqların azadlığı və ərazi bütövlüyü uğrunda şəhidlərimiz canlarını fəda ediblər.
Sazbənd Mürsəl şəhidlərimizin anım günlərində iştirak edir, Vidiolar çəkərək tarixiləşdirir, öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir.
Onu da qeyd edim ki, " Laçınım " mahnısının bənzərsiz ifaçısı, gözəl xanəndəmiz Məhəbbət Kazımovun adını yaşatmaq üçün oğluna Məhəbbət adını qoymuşdur.
Sazbənd Mürsələ , övladlarına cansağlığı arzulayır və onun saysız- hesabsız vidioları ilə sizi tanış edəcəyik.
Rauf İLYASOGLU,
" Həkəri" qəzetinin baş redaktoru,
araşdırmaçı jurnalist ,
şair- publisist.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay