“Ora-burasını açıb efirə çıxan bir müğənnini...” - Şeyxdən Elgizin açıqlamasına SƏRT REAKSİYA
Tanınmış teleaparıcı Elgiz Əkbərin son açıqlaması gündəm olub. Belə ki, “biz özümüzdən sonra yeni Elgizlər, Xoşqədəmlər, Zaurlar yetişdirməliyik ki, bizdən sonra meydan onların olsun” – deyən aparıcının fikirləri birmənalı qarşılanmayıb.

"Turaztv.az" "Ölkə.az"-a istinadən xəbər verir ki, Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov yerli telekanalları sərt şəkildə tənqid edib:

“Bu xalqın bütün dəyərlərini planlı şəkildə, gözümüzün qabağında pis vəziyyətə qoyan məhz yerli telekanallardır. Məscidin qapısı açıqdır, itin də abırı yoxdur. Tariximiz, mədəniyyətimiz, dəyərlərimiz təbliğ olunmur.

Bütün aparıcılarımız eynidir, kiməsə pis və ya yaxşı demək olmur, çünki onları bir-birindən fərqləndirən heç nə yoxdur.

Ay camaat, min dəfə demişik, bu verilişlərə baxmayın, sizi aldadırlar! Sizin səviyyəniz, dünyagörüşünüz yoxdur, efirlərə çıxanların əndamına, buduna, baldırına fikir verməyin, sənətlərinə fikir verin. Sənəti olmayan, ora-burasını açıb efirə çıxan bir müğənnini görəndə dərhal dananızı, qoyununuzu satırsınız ki, uşağınızın toyuna onu çağırasınız. Niyə?! Elə buna görə də övladlarınız 6 ay sonra boşanırlar.

Bu millət nə vaxt ağıllanacaq?! Nə vaxt pisi yaxşıdan ayıracaq, dəyərlərinə sahib çıxacaq?

Hər şeyi biz danışmalıyıq? Mən bu yaşımda qapı-qapı gəzib sizin ailənizə rəhbərlik edə bilmərəm axı...”

Sənətçi xalqın dəyərlərinə uyğun olmayan proqramların boykot edilməsini tələb edib:

“Xalq özü bu verilişləri, aparıcıları, müğənniləri boykot etməlidir, televiziyasından, qapı-bacasından, səhnəsindən, şadlıq evlərindən qovmalıdır!

Bu gün biz dəyərlərimizi məhv etmişik. Yerindən duran sinəsini, baldırını açıb gözünü dartdıranlar, dodağına dolğu edənlər, burnunu düzəltdirənlər, sinəsini zeytun yağı ilə masaj etdirib parıldaya-parıldaya efirlərə çıxırlar, camaat da ağzını ayırıb onlara baxır. Çünki “kəntoşdurlar”, görməyiblər.

Mən bütün günahı xalqda görürəm. Xalq öz əxlaqını, mənəviyyatını müdafiı edə bilmirsə, bu cür həşəratlar əcəb edib at oynadırlar.

Mən Elgizi uzun illərdir tanıyıram və onda heç bir günah görmürəm. Əgər mal satılırsa, tələbat varsa, əcəb edib satırlar. Əgər xalq bu verilişlərə baxırsa, onlar da bunu yaradırlar. Ortada onların verilişlərinə alternativ başqa veriliş yoxdur, tariximizdən, mədəniyyətimizdən, etnoqrafiyamızdan danışan veriliş hazırlanmır.

Hansı kanalı çevirsən, eyni tipli verilişlər, eyni qonaqlardır.

Millət bunu xoşlayırsa, onu da göstərirlər. Elə bu millətə əcəb edirlər! Sabah da mən veriliş açıb ancaq lüt bədənlər göstərsəm, inanın ki, 1 həftə sonra camaat onları toy məclislərinə dəvət edəcək.

Bu gün reytinq adlı bir tələ var, mən kimdən soruşmuşamsa, bunun necə ölçüldüyü ilə bağlı dəqiq cavab ala bilməmişəm. Bu, yalandır, qurmadır. Kanallar yalandan deyir ki, əxlaqsızlığı təbliğ edən, milləti aşağılayan verilişlər guya reytinq verir, o reytinqdən də biz reklam tuturuq. Külü qoyum o reytinqi verənlərin də, həmin kanalda özünü reklam etdirənlərin də başına! Sizin vicdanınız, insafınız yoxdur!”(yenisabah.az)

Son xəbərlər

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH

Bakıda iki bağça fəaliyyətə başladı

"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar

Ağır qəzadan xəsarət almadan qurtuldular - Foto

“Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”

70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930