
Xəbərlər
10.03.2020, 13:17
Arvadı ilə mübahisə edən kişi özünü asdı

Bakının Sabunçu rayonunda intihar hadisəsi qeydə alınıb.
Bu barədə hüquq-mühafizə orqanları məlumat verib.
Martın 9-da, saat 23:30 radələrində Pirşağı kəndində 54 yaşlı Polad Əliyev evinin həyətindəki ağacdan özünü asıb.
İlkin məlumatlara görə, intihardan az əvvəl P.Əliyevlə həyat yoldaşı arasında naməlum səbəbdən münaqişə baş verib.
İstintaq Sabunçu Rayon Prokurorluğu tərəfindən aparılır.(oxu.az)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











