Qəhvə və çay ürək sağlamlığına müsbət təsir göstərir - ARAŞDIRMA
Dünyanın ən məşhur içkiləri olan qəhvə və çayın sağlamlığımız üçün zərərli olduğuna dair bir çox iddialar səsləndirilib. Ancaq yeni bir araşdırma bu içkilərin ürək sağlamlığına müsbət təsir göstərə biləcəyini göstərib. Çin və İsveç alimlərinin Biobank məlumatlarını tədqiq edikləri araşdırma, qəhvə və çayda olan kofeinin ürək sağlamlığı üçün faydalı olduğunu ortaya qoyub.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya görə, müntəzəm olaraq qəhvə və çay qəbul edən insanlarda hipertoniya, insult, şəkərli diabet və koroner ürək xəstəliyi kimi kardiometabolik pozğunluqların inkişaf riski əhəmiyyətli dərəcədə azalır. Konkret olaraq, gündə üç fincan qəhvə və ya beş fincan çay içən iştirakçılar bu xəstəliklərin iki və ya daha çoxunun inkişaf riskini 40 faizdən çox azaldıblar. Tədqiqata qatılan 300 mindən çox insanın sağlamlıq məlumatları orta hesabla 11 il izlənilib. Bu müddət ərzində həm qəhvə, həm də çay içən iştirakçılar ürək-damar sağlamlığında heç bir istehlak etməyənlərə nisbətən daha yaxşı nəticələr əldə ediblər. Bu içkilər ürək-damar sağlamlığının qorunmasında mühüm rol oynaya bilər. Bundan əlavə, kofein istehlak edənlər qan testlərində aşağı xolesterol əlamətləri və yaxşılaşdırılmış insulin müqaviməti göstəriblər.

Çinin “Soochow” Universitetindən epidemioloq Xujia Lunun rəhbərlik etdiyi qrup bununla bağlı mühüm nəticəyə gəlib. Qeyd olunub ki, bu araşdırma qəhvə və çayın ürək-damar sağlamlığının qorunmasında mühüm rol oynaya biləcəyini göstərir. Bununla belə, bu tapıntıların əlavə araşdırmalarla təsdiqlənməsinə ehtiyac olduğu da bildirilib.

Tədqiqat “The Journal of Clinical Endocrinology & Metabolism” jurnalında dərc olunub.

Son xəbərlər

İran XİN: Region ölkələri ilə düşmənçilik siyasəti aparmırıq

ABŞ viza girovunu 20 min dollara qədər artırıb

Raqif Nazimoğlu : Süni intellekt oğruları - FOTO

Əraqçi Asim Munir və Hakan Fidanla regiondakı vəziyyəti müzakirə edib

“9 ildir ki, Bakıda, ata evimdə yaşayıram” - Sevil Əliyeva

“Onunla ilk görüşə çamadanla getdim”

Azyaşlı futbolçu faciəvi şəkildə öldü - YENİLƏNİB

Bir inci saflığı varsa da suda...

Novruzəli Aslanov: “Çolpon-Ata görüşü Türk dünyasında inteqrasiyanın dərinləşməsi mövzusunda mühüm siyasi mesajlar verdi”

Nüsrət Quliyev-65

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin əsas sütunlarından biridir

Tofiq Musayev UFC-də ikinci qələbəsini qazanıb

Alimlərdən qan təzyiqi ilə mübarizədə yeni üsul

Azərbaycan güləşçisi dünya çempionatının finalında

“Kabus körpü” yenidən üzə çıxdı

Sabiq nazir vəfat etdi

Lerikdə yenə zəlzələ oldu - YENİLƏNİB

“Nilay” “Kızılcık Şerbeti”ndən gedir

Can Kolukısa vəfat etdi

Azərbaycanda nağdsız ödənişlər artdı

Uşağın doğulduğu ay onun inkişafına təsir edir? - Alimlərdən diqqətçəkən araşdırma

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

Di Kaprio üçün - Mühafizəçiyə rüşvət təklif etdi

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

Milli kimliyin və dövlət suverenliyinin atributu: Azərbaycan dili və əlifbamız

Tubu İMANOVA : Pərakəndə fikirlərim - FOTO

Vaqif Əsədovun rəis qızı vəzifəsindən azad olundu

Nəriman Əliməmməd oğlu Həsənzadə

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31