Ankarada Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü qeyd olunub - FOTO
Türkiyədə Ankara Ticarət Odasının (ATO) ev sahibliyi ilə Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü münasibətilə “Qafqaz İslam Ordusu və Ənvər Paşa” adlı toplantı keçirilib.


“Report”un Ankara Bürosu xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyi, Türk Dünyası Parlamentariləri Fondu (TDPV), Türkiyə-Azərbaycan Dostluq və Həmrəylik Fondunun (TADİV) təşkilatçılığı ilə keçirilən tədbirdə öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Azərbaycanın Türkiyədəki səfirliyinə yeni hərbi attaşe təyin olunan general-mayor Zaur Zeynalovun da iştirak etdiyi tədbirdə
Qafqaz İslam Ordusu haqqında qısametrajlı film nümayiş olunub.
Ankarada Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü qeyd olunub - FOTO

Türk Dünyası Parlamentariləri Fondunun rəhbəri Abdulla Çalışkan Bakının bolşevik və daşnaklardan azad edilməsini Osmanlı ordusunun Birinci Dünya Müharibəsi illərində qazandığı üç böyük qələbədən biri adlandırıb.

“Qafqaz İslam Ordusunun keçdiyi şərəfli yol haqlı olaraq Çanaqqala və Kut əl-Əmər döyüşləri iştirakçılarının şücaətləri ilə eyni səviyyədədir”, - Çalışkan bildirib.

TADİV sədri, Türkiyə Prezident Adminstrasiyasının Təhlükəsizlik Şurasının üzvü, professor Aygün Attar isə deyib ki, Qafqaz İslam Odusu təkcə Bakını işğaldan qurtarmayıb, eyni zamanda Güney Azərbaycanda təbrizliləri, Şimali Qafqazda Dağıstan türklərini qırğından xilas edib.

Türkiyənin milli müdafiə nazirinin müavini, əslən azərbaycanlı Şüay Alpay 1920-ci ildə bolşeviklərə qarşı Gəncə üsyanında fəallıq göstərən babasından bəhs edib.
Ankarada Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü qeyd olunub - FOTO

Sonda iştirakçılar “Qafqaz İslam Ordusu” rəsm sərgisi ilə tanış olublar.
Ankarada Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü qeyd olunub - FOTO
Ankarada Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü qeyd olunub - FOTO
Ankarada Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü qeyd olunub - FOTO



Son xəbərlər

İşdən sonra telefona cavab vermirlər, görüşlərdən imtina edirlər – Z nəslinin 6 qaydası

Azərbaycanın bu ərazisində yeni şəhər yaradıla bilər - “İkinci paytaxt”

İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Şok edən tibbi etiraf: Həkimlər xərçəng diaqnozunu xəstələrdən niyə gizlədirdi?

İllər sonra geri dönür

“... DÜNYANIN YÜKÜNÜ ÇƏKƏNDİ ŞAİR”

Birol Akgün Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib

XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib

Azərbaycan neftinin qiyməti 127 dolları ötüb

Bakının erməni-bolşevik işğalından azad olunmasından 108 il ötür

Azərbaycanda Bilik Günüdür

Bəzi ərazilərdə işıq kəsiləcək

ƏZİZƏ AĞAHÜSEYNQIZI : MƏKTƏB YOLLARI - FOTO

Makronunun xanımına kişi deyən jurnalist məhkəməni qazandı

İspaniyada uğurlu nəticə qazanan Azərbaycan gimnastları Vətənə qayıdıblar - FOTOLAR

Bu gündən Bakıdakı xətlərə rekord sayda avtobus buraxılacaq

Bu gün Bilik Günüdür

Çağla Boz ev dustağı olacaq

QIZBƏS QƏBƏLƏ : OXU,ELNARƏ - ANA MUĞAMI - FOTO

Elxas Comərd : DANIŞIR - FOTO

Məşhur amerikalı modelyer vəfat etdi

Bakının işğaldan azad edilməsindən 108 il ötür

Məlahət Behbudqızı : Sən olan yeri - FOTO

Türkiyədə daha bir əməliyyat keçirildi - 1600-dən çox adam saxlanıldı

Zabitə Alıyevanın toyudur - Fotolar

BƏXTİYAR ƏMİRASLANOV – MƏZARSIZ QƏHRƏMANIN ŞƏRƏFLİ ÖMÜR YOLU

Hacıməmməd Məmmədov : Tərifdən uca duran insan - Sərkar Mərdanov-73

Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930