UNFCCC-nin texniki missiyası COP29-a hazırlıq prosesini qiymətləndirmək üçün Azərbaycanda səfərdədir - FOTO
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) texniki missiyası bu ilin noyabr ayının 11-22-də Bakıda keçiriləcək COP29 iqlim konfransına hazırlıq prosesinin gedişatını qiymətləndirmək məqsədilə sentyabrın 6-dan 9-dək ölkəmizdə səfərdədir.

Turaztv.az APA-ya istinadən xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat ofisindən məlumat verilib.

Səfərin ilk günü missiyanın rəhbəri UNFCCC Konfrans İşləri şöbəsinin direktoru Wasim Mir COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova ilə görüşüb. Görüşdə tərəflər mötəbər tədbirə hazırlıq çərçivəsində bir sıra intensiv əməliyyat proseslərinin statusu, tədbir məkanının müxtəlif məqsədlər üzrə ərazi bölgüsü və digər təşkilati məsələləri müzakirə ediblər. Eyni zamanda, BMT-nin Təhlükəsizlik departamentinin nümayəndəsi Kevin O’Hanlon COP29 ƏŞ-nin müvafiq nüməyəndələri ilə görüşərək konfransın təhlükəsizlik məsələlərinin təmin edilməsi istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparıb. Daha sonra missiya üzvləri geniş tərkibdə tədbirin keçiriləcəyi məkan Bakı Stadionuna baş çəkiblər. Burada onlar tamamlanmış və inşası davam edən tikinti və əməliyyat prosesləri ilə əyani tanış olublar.

Səfərinin ik günündə nümayəndə heyəti həmçinin COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən beynəlxalq iqlim konfransına hazırlıq prosesi və tədbir planlarına dair Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri üçün təşkil olunmuş brifinqə də qatılıblar.

Qeyd edək ki, üç günlük səfər çərçivəsində hazırlıq prosesinin bütün istiqamətlərinin əhatə olunması üçün müvafiq missiya nümayəndələrinin tədbir məkanında COP29 Azərbaycan ƏŞ-nin aidiyyati struktur rəhbərləri və müxtəlif dövlət qurumları ilə görüşləri davam etdiriləcək. Bununla yanaşı, konfransa qatılacaq çoxsaylı nümayəndələr üçün şəhərdə yaradılan qonaqlama, qidalanma və nəqliyyat imkanlarının dəyərləndirilməsi məqsədilə müxtəlif məkanlarının ziyarət edilməsi də planlaşdırılıb. Belə ki, texniki missiya nümayəndələrinin paytaxtdaki otel və rezidensiyalara baş çəkərək yaradılan şərait və imkanların müvafiq tələblərə cavab verməsinin müəyyənləşdirilməsi, qidalanma sahəsində mövcud imkanlar və keytrinq xidmətləri ilə də tanış olmaları planlaşdırılıb.
UNFCCC-nin texniki missiyası COP29-a hazırlıq prosesini qiymətləndirmək üçün Azərbaycanda səfərdədir - FOTO
UNFCCC-nin texniki missiyası COP29-a hazırlıq prosesini qiymətləndirmək üçün Azərbaycanda səfərdədir - FOTO
UNFCCC-nin texniki missiyası COP29-a hazırlıq prosesini qiymətləndirmək üçün Azərbaycanda səfərdədir - FOTO
UNFCCC-nin texniki missiyası COP29-a hazırlıq prosesini qiymətləndirmək üçün Azərbaycanda səfərdədir - FOTO

Son xəbərlər

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31