İtaliya mətbuatı İlham Əliyevin səfərindən yazdı - Fotolar

İtaliyanın aparıcı mətbu orqanları Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə işgüzar səfərini geniş işıqlandırıb.

“Agenzia Nova”, “Giornale Diplomatico”, “Agenpress”, “Il Sole 24 Ore”, “Askanews”, “Italpress”, “il Giornale”, “La Presse”, “Agenzia Vista”, “Quotidiano Nazionale”, “Tutt Oggi”, “Borsa Italiana” və digər kütləvi informasiya vasitələrində yayılan məlumatlarda Prezident İlham Əliyevin Romanın “Quirinale” Sarayında İtaliya Prezidenti Sercio Mattarella ilə görüşdüyü bildirilib. Diqqətə çatdırılıb ki, görüşdə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı və çoxşaxəli əməkdaşlığı ehtiva etdiyi vurğulanıb.

Bildirilir ki, İtaliya Avropada Azərbaycanın əsas ticarət tərəfdaşıdır, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. TAP layihəsinin Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynadığı qeyd olunur. Humanitar və mədəni əlaqələrin, eyni zamanda, İtaliya -Azərbaycan Universitetinin fəaliyyətinin əhəmiyyəti bildirilib.

Noyabrda Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un çox əhəmiyyətli tədbir olduğu və İtaliyanın beynəlxalq tədbirdə yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağı diqqətə çatdırılır.

Məlumatlarda Prezident İlham Əliyevin həmin gün Romanın “Chigi” Sarayında İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüş keçirdiyi bildirilib. Vurğulanıb ki, görüşdə İtaliya-Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyindəki məsələlərə dair ətraflı müzakirələr aparılıb, iki ölkə arasında yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin bütün sahələr üzrə inkişaf perspektivlərinə dair müzakirələr olub.

Yazılarda qeyd olunur ki, Prezident İlham Əliyevlə Ciorcia Meloninin görüşündə İtaliyanın və Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayan TAP boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması barədə fikir mübadiləsi aparılıb. ADA Universiteti ilə İtaliyanın beş universiteti arasında birgə layihə çərçivəsində yaradılan İtaliya-Azərbaycan Universitetinin xüsusi önəm daşıdığı qeyd olunub.

Diqqətə çatdırılıb ki, Ciorcia Meloni COP29-un uğurla keçirilməsi üçün İtaliyanın Azərbaycana bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.

Yazılarda, həmçinin qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev Romada İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşüb, SOCAR ilə “Eni” arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
İtaliya mətbuatı İlham Əliyevin səfərindən yazdı - Fotolar
İtaliya mətbuatı İlham Əliyevin səfərindən yazdı - Fotolar
İtaliya mətbuatı İlham Əliyevin səfərindən yazdı - Fotolar
İtaliya mətbuatı İlham Əliyevin səfərindən yazdı - Fotolar

Son xəbərlər

Rubio Avropanı “yuxudan oyanmağa” çağırıb

Qaradağda vətəndaş qəbulu keçirilib - Fotolar

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü

“Artıq darıxıram, amma doğru addım atdım” - Messi

Azərbaycanda yeni cəzaçəkmə müəssisələri tikilir

100 milyon təklif olundu, qəbul etmədi

Tramp Nobel almasa, nə olacaq?

Səs klonlama ilə "ana, pul göndər" dələduzluğu” - İKT fırıldaqları - ARAŞDIRMA

QƏLƏMİ İLƏ İNSANLARA İŞIQ SAÇAN QAZİ - FOTO

Moldovada su qıtlığı - Nazir xalqa çağırış etdi

Məhkumlar niyə iş tapa bilmir? - Ədliyyə naziri səbəbi açıqladı

Nicat Novruzoğlu : YARANMISAN - FOTO

Vətən qızı Brilyant Atəş : Şükürlər olsun - FOTO

Türkiyədə paraşütlə havaya qalxan Rusiya vətəndaşı qayalara çırpıldı (FOTO)

Berna Laçinə sosial mediadakı paylaşımına görə cinayət işi açıldı

Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU

Dünyada dizel böhranı: hansı təsirləri olacaq?

SƏSİNDƏN BİR ÖMÜR KEÇƏN SƏNƏTKAR

M.Ə.Sabirin Şamaxıdakı Ev-Muzeyində Ümumdünya Layiqli Əmək günü ilə əlaqədar maarifləndirici tədbir keçirildi - FOTOLAR

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib

Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib

İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib

Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib

Qubada iki avtomobil toqquşub, ölən var

Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb

Müşfiq Borçalı : Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

Rauf İLYASOĞLU : KİTABIN TOZUNU UDDUQCA

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031