
Xəbərlər
1.09.2024, 00:19
YARADICILIĞINDA ÖZ DƏSTİ-XƏTTİ OLAN ŞAİR...
YARADICILIĞINDA ÖZ DƏSTİ-XƏTTİ OLAN ŞAİR...
Əslən Bərdə rayonundan olan, Milli Elmlər Akademiyasında işləyən, "Üzbəüz" qəzetinin ilk təsisçisi, gözəl jurnalist Mircəfər Seyidov, "Azərbaycan Gəncləri" Nəşriyyatında təşkil etdiyi "Jurnalistika Sənətkarlığı" məktəbində tez-tez işlətdiyi gözəl bir ifadə vardı. - "Hər yaradıcı insanın öz yazı üslubu, fikirin çatdıra bilmə dəsti-xətti var".
Hətda, klassiklərdən üzübəri tanınmış şair və yazıçılarlardan da sitatlar gətirib, dediyinin təsdiqini bizə əyani şəkildə anladardı.
Onun fikirinə qüvvət, "Ağsu Yazarlar" Ədəbi Birliyi yarandığı ilk gündən tanıdığım, birliyin fəaliyyətində bütün qüvvəsi ilə yaxından iştirak edən, öz üslub və dəsti-xətti üzvlərindən biri olan şair Rasim Hüseynzadənin, birlikdə təşəbbüsə uyğun yaradıcılıq günündə, şeirləri üzərində aparılan təhlillər və bir şəxsiyyət kimi haqqında söylənən fikirlərə məndə bu kiçicik yazımla qoşulmaq istəyirəm.
Rasim müəllimin yaradıcılığında mövzu rəngarəngliyinin süjet xətdində bir ana xətt var, nəsihət. Bilmirəm, öz ömrünün çoxunu pedoqoji fəaliyyətə sərf etdiyindənmi, yoxsa, böyük bir pedaqoji kollektivə rəhbərlik etdiyindən istənilən şeirində tərbiyəvi elementlər, özü istəməsə də belə, bu hal onun yazılarında özünü büruzə verir.
Rasim müəllim yaş nöqteyi-nəzərdən də, yaşlı nəsil nümayəndəsidir. Böyük bir kənd məktəbinin direktorudur. Özünün söylədiyinə görə yaradıcılığla lap gənc yaşlarından məşğuldur. Rayonun "Birlik" qəzetində və eləcədə respublikada fəaliyyət göstərən digər qəzet və jurnallarda tez-tez şeirləri dərc olunarmış.
Həmdə o vaxtlar "Birlik" qəzetinin nəzdində yaradılıb fəaliyyət göstərən, rəhmətlik Camulla Mürşüdün rəhbərlik etdiyi "Üfüq" Ədəbi Məclisin iclaslarında mütəmadi iştirak edərmiş.
Bu məqamı ona görə vurğuladım ki, yaradıcı insanlar üçün fəaliyyət göstərən bu kimi qrumların olması olduqca vacib və əhəmiyyətli idi. Bu gün də, bu kimi ənənəni davam etdirən, həmin məktəbin gənc yaşlarından üzvü olmuş, gözəl alim, şair, ictimai xadim Raqif Nazimoğlunun təşəbbüsü və təşkilatçılığı ilə yaradılan, Ədliyyə Nazirliyində qeydiyyatdan keçən "Ağsu Yazarları" Ədəbi Birliyinin bu gün istər gənc yazarların, istərsə də yaşlı nəsil yaradıcı insanların yaradıcılığında bu qrumun əhəmiyyəti çox böyükdü.
Bu kimi yaradıcılığ məktəbi keçmiş Rasim Hüseynzadə yaradıcılığına, onun, - "MƏNƏ SAĞLIĞIMDA EDİN HÖRMƏTİ" şeiri ilə yaradıcılığına bacardığım qədər işığ tutmağa çalışacam. Yuxarıda qeyd etdiyim kimi, Rasim Hüseynzadə yaradıcılığı sırf nəsihət üzərində köklənib. Bir çox şairlərimiz bu mövzuya müxtəlif rakursdan baxıb, yanaşıb. Rasim müəllim də özünəməxsus formada bunu belə deyir, -
Dinləyin sözümü ay övladlarım,
Mənə sağlığımda edin hörməti.
Sonradan peşiman olmamaq üçün,
Mənə sağlığımda edin hörməti.
Mənə sağlığımda edin hörməti.
Sonradan peşiman olmamaq üçün,
Mənə sağlığımda edin hörməti.
Şair övladlarına xitabən müraciət edir ki, mənə sağlığımda hörmət qoyub, qiymət verin.
Axı mən sizə uşaq olandan bəri nəvaziş göstərib, qayğınızı çəkib, - "can bala" - demişəm. Mənə indi hörmət qoyun ki, dünyamı dəyişəndə şüvən
salıb, -"ata vay" - deməyin.
Siz uşaq olanda, söz qanmayanda
,, Can bala " demişəm hər çağıranda.
,,Ata vay " deməyin ölən zamanda,
Mənə sağlığımda edin hörməti.
Siz uşaq olanda, söz qanmayanda
,, Can bala " demişəm hər çağıranda.
,,Ata vay " deməyin ölən zamanda,
Mənə sağlığımda edin hörməti.
Bu, hər bir valideyninin öz övladından istədiyi səmimi istəkdir.
Mən sizdən nə dövlət, nə var istərəm,
Nə qışda çiçəkli bahar istərəm.
Nə də bər- bəzəkli məzar istərəm,
Mənə sağlığımda edin hörməti.
Nə qışda çiçəkli bahar istərəm.
Nə də bər- bəzəkli məzar istərəm,
Mənə sağlığımda edin hörməti.
Hər bir insanın övladından istədiyi, dilədiyi xoş niyətdir ki, Rasim müəllim bunu poetik dillə çatdırır.
Ayağım tutmasa, eləyin kömək,
Verin zamanında həm çay, həm çörək.
Can çıxdı, yersizdir vay- şivən etmək,
Mənə sağlığımda edin hörməti.
Verin zamanında həm çay, həm çörək.
Can çıxdı, yersizdir vay- şivən etmək,
Mənə sağlığımda edin hörməti.
Bu, bir şair dili ilə bütün övladlara çatdırılan ata-ana nəsihətidi. Rasim müəllim öz düşüncələrinin çalarlarında hamımıza məlum sözlə bunları dilə gətirib cilallayır.
Xəstə yatağında yatdığım zaman,
Gələcək dəyməyə, qohum, yad- yanan.
Ehsanda verməyin ananas, banan,
Mənə sağlığımda edin hörməti.
Gələcək dəyməyə, qohum, yad- yanan.
Ehsanda verməyin ananas, banan,
Mənə sağlığımda edin hörməti.
İllərdi ehsan süfrələrində olan israfçılıq barədə aparılan mübarizə metodunun deyərdim ki, ən təsirli formasıdır bu bənd. Doğurdan da son zamanlar bu kimi israfçılıq müəyyən səviyyələrdə ciddi mövzusu olub, qınaqa tuş gəlir, lağ predmetinə də çevrilib.
Məzarım üstündə töküb göz yaşı,
Cırıb sinənizi, yolmayın başı.
Qoymayın süfrəyə qaralı aşı,
Mənə sağlığımda edin hörməti.
Cırıb sinənizi, yolmayın başı.
Qoymayın süfrəyə qaralı aşı,
Mənə sağlığımda edin hörməti.
İnsana sağlığında edilən hörmət, o dünyasın dəyişəndən sonra ediləcək, ağılasığmaz hörmətdən əhəmiyyətli və vacibdir.
Rasimin sözünü adi saymayın,
Atam öldü deyib, qəmgin olmayın.
Qəbrimin üstünə daş da qoymayın,
Mənə sağlığımda edin hörməti.
Atam öldü deyib, qəmgin olmayın.
Qəbrimin üstünə daş da qoymayın,
Mənə sağlığımda edin hörməti.
Bəli, bu həqiqi olan, dini nöqteyi-nəzərdən də, bunun vacib amillərdən biri sayıldığını mən də eşitmişəm. Elə ona görə də, gözəl poetik dillə, mənalarla yüklənmiş fikirlərlə bir insan istəyinin əyani arzusudur ki, şair Rasim Hüseynzadə bunu ruhuna uyğun çatdırıb.
Rasim müəllimin bütün şeirlərində öyüd, nəsihət, qınaq hər misrasında özün büruzə verir. Rasim müəllimin digər bir, - "BEŞ GÜNLÜK Dünya" - şeirində də bu hiss çox lokanik özün göstərir.
Hamımızın zarafatla, - "beş günlük dünyadı" - deyib, israr etdiyimiz həyat yanaşmamızda, kişi kimi yaşamağı da unutmamalıyıq. Rasim müəllim elə bunu nəzərdə tutub deyir : -
,,Beş günlük dünya " da yaşa kişitək ,
Çalışma ev yıxıb, pul qazanasan.
Hər zaman kömək et kasub- kusuba,
Onda el gözündə tez ucalarsan.
Çalışma ev yıxıb, pul qazanasan.
Hər zaman kömək et kasub- kusuba,
Onda el gözündə tez ucalarsan.
Amma son zamanlar məhz insanlar tərəfindən korlanan cəmiyyətin "vara hərisliyi" olduqca çoxalıb. Bəlkə də, elə bu üzdən Rasim müəllim bu kimi neqativ hala poetik don geyindirib.
İnsanın dünyadan aparacağı,
Bir yaxşılıq olur, bir də ki, pislik.
Etdiyin yaxşılıq səni ucaldar,
Amma, tez alçaldır vara hərislik.
Bir yaxşılıq olur, bir də ki, pislik.
Etdiyin yaxşılıq səni ucaldar,
Amma, tez alçaldır vara hərislik.
İnsan, Tanrının ona bəxş etdiyi gözəl nemət olan insani xüsusiyyətləri nəfsinə qurban verib, həm özün hörmətdən salır, həmdə cəmiyyəti korlayır.
Səxavət göstərib gözləmə əvəz,
Allah yetirəcək onun əvəzin.
Mələklər ölçəndə əməllərini.
Ağır gələcəkdir savab tərəzin.
Allah yetirəcək onun əvəzin.
Mələklər ölçəndə əməllərini.
Ağır gələcəkdir savab tərəzin.
Amma, bunu hamı anlasa da, elə bil buna heç kim əməl etməyə həvəs göstərmir.
[c
olor=#A54A7B]Heç kəsi incidib qəlbinə dəymə,
Hər kəsin mənliyi , ləyaqəti var.
Unutma, hamını Allah yaradıb,
Yaxşı- pislərinə nəzarəti var.
Hər kəsin mənliyi , ləyaqəti var.
Unutma, hamını Allah yaradıb,
Yaxşı- pislərinə nəzarəti var.
Allahın hər şeyi görüb, bilməsi doğruluğunu duyğuları ilə yazan şair çox doğru söyləyir.
Rasim, doğru yolun yolçusu olub,
Allahın hökmünə itaət elə.
Dostluğun dəyərin bilənə dost de,
Qanmazı Allaha əmanət elə.
Allahın hökmünə itaət elə.
Dostluğun dəyərin bilənə dost de,
Qanmazı Allaha əmanət elə.
Bilmirəm nədəndi. Yaradıcılıqları izləyən biri kimi görmüşəm ki, gözəl nəsihətnamələr yazanlar yaxşı təmsillər yazırlar. Yada əksinə. Bu personajların oxşarlığındandımı, yaxınlığındandımı bunu həmişə belə görüb, müşahidə etmişəm. Rasim Hüseynzadə yaradıcılığında da bu belədi. Onun demək olar ki, bütün təmsillər mükəmməl və lokanikdir.
Rasim müəllimin "SƏRÇƏNİN PAXILLIĞI" təmsilini oxucuların ixtiyarına verməklə, onun haqqında deyəcəklərim hələlik burada tamamlayıb, şairimizə sağlam can sağlığı, uzun ömür, yaradıcılıq uğurları diləyərək yazıma nöqtə qoymaq istəyirəm.
Sərçə baxıb bülbülə,
Paxıllıq eləyirdi.
Daxilində özünü,
Dağıdırdı, didirdi.
×××××
Bülbül də mənim kimi,
Allah yaradan quşdu.
Amma ki, bəzəklidir,
Çiçəklərə o xoşdur.
×××××
Həm də gözəl səsi var,
Qonaraq çiçəklərə,
Nəxmə oxuyur hər gün,
Açılmış ləçəklərə.
×××××
Gərək mən də öyrənəm,
Gözəl nəğmə bu gündən .
Özümə bəzək vuram,
Göz oxşayan rənglərdən.
×××××
Seçilmərəm o zaman ,
Bəzəkli bülbüllərdən.
Qonub budaqlarına,
Həzz alaram güllərdən.
×××××
Bir gün sərçə özünü,
Boyalarla boyadı.
Budaqlara qonaraq,
Güllər ilə oynadı.
×××××
Birdən başladı yağış,
Getdi əlvan boyası.
Yarımçıq qaldı onun ,
Bülbül olmaq röyası.
×××××
Sən demə yandırıbmış,
Boya onun tükünü.
Yağış yağdı sərçənin,
Çöldə qoydu ətini.
×××××
Sərçə utandığından ,
Bilmədi hara girsin.
Ətcəbala bədənə,
Nə tapsın, nə geyinsin?!
×××××
Döyərək baş- gözünə,
Bilmədi nə eləsin.
Başına gələnləri,
Axı kimə söyləsin?
×××××
Dedi ay axmaq sənə,
Lazım idi çiçəklik?
Gül bülbülə aşiqdir,
Sərçəsən et sərçəlik.
Səmimiyyətə,
Paxıllıq eləyirdi.
Daxilində özünü,
Dağıdırdı, didirdi.
×××××
Bülbül də mənim kimi,
Allah yaradan quşdu.
Amma ki, bəzəklidir,
Çiçəklərə o xoşdur.
×××××
Həm də gözəl səsi var,
Qonaraq çiçəklərə,
Nəxmə oxuyur hər gün,
Açılmış ləçəklərə.
×××××
Gərək mən də öyrənəm,
Gözəl nəğmə bu gündən .
Özümə bəzək vuram,
Göz oxşayan rənglərdən.
×××××
Seçilmərəm o zaman ,
Bəzəkli bülbüllərdən.
Qonub budaqlarına,
Həzz alaram güllərdən.
×××××
Bir gün sərçə özünü,
Boyalarla boyadı.
Budaqlara qonaraq,
Güllər ilə oynadı.
×××××
Birdən başladı yağış,
Getdi əlvan boyası.
Yarımçıq qaldı onun ,
Bülbül olmaq röyası.
×××××
Sən demə yandırıbmış,
Boya onun tükünü.
Yağış yağdı sərçənin,
Çöldə qoydu ətini.
×××××
Sərçə utandığından ,
Bilmədi hara girsin.
Ətcəbala bədənə,
Nə tapsın, nə geyinsin?!
×××××
Döyərək baş- gözünə,
Bilmədi nə eləsin.
Başına gələnləri,
Axı kimə söyləsin?
×××××
Dedi ay axmaq sənə,
Lazım idi çiçəklik?
Gül bülbülə aşiqdir,
Sərçəsən et sərçəlik.
Səmimiyyətə,
Elxas Comərd.
"İti Qələm"Respublika Ədəbi Birliyinin və
" Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay
