Xəbərlər
30.08.2024, 21:54
“Paris-2024”: Azərbaycan parataekvondoçusu finalda
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov “Paris-2024” Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, K44 kateqoriyası üzrə 70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bu mərhələdə özbəkistanlı Javokhir Alikulovla qarşılaşıb.
Rəqibinə 7:2 hesabı ilə qalib gələn dünya və Avropa çempionumuz adını finala yazdırıb.
Qeyd edək ki, Azərbaycan sentyabrın 8-dək davam edəcək yarışda 7 növ üzrə 18 idmançı ilə təmsil olunur. Milli komandanın heyətində ötən gün parataekvondoçu Sabir Zeynalov (58 kiloqram) bürünc medal qazanıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay