DİN: Kibercinayətkarlar yeni üsullarla oğurluqlara başlayıb
Kibercinayətkarlar yeni üsullarla oğurluqlara başlayıb.

Turaztv.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib.

“Necə təşkil olunur? Saxta sosial şəbəkə səhifə və profillərin storilərində forex vasitəsilə yüksək məbləğlərdə — 10000, 20000, 40000, 50000 min manat uduş əldə etdiklərinə görə hansısa naməlum şəxslərə təşəkkür mətnləri yazılır.

Guya həmin şəxs ona pul qazanmağa yardım edib. Bunu görən bir başqa vətəndaş dərhal həmin şəxsdən kömək istəyir, ona da qazanmaq üçün fürsət yaradılmasını xahiş edir. Beləliklə, naməlum adam israrlı xahişlərdən sonra ondan şəxsi bank kart məlumatlarını alır, ilkin yatırım üçün kartda bəlli bir vəsaitin olacağı təqdirdə ona kömək edəcəyini vəd edir.

İlkin olaraq xırda məbləğlər köçürüldükdən sonra daha böyük məbləğlər tələb olunur. Xırda məbləğləri könüllü olaraq köçürən vətəndaşımıza bildirilir ki, pul azdır, faiz ödənişləri artıb, sizi oyuna daxil edə bilmirik, əlavə vəsait köçürülməlidir. Vətəndaşımız həmin hesaba pulun köçürülməsi üçün naməlum şəxsə bank kartı məlumatlarını, göndərilən məxfi şifrəni verdikdən sonra kartında olan bütün vəsaiti oğurlanır.

Bir daha vətəndaşlarımıza çağırış edirik, sosial şəbəkə səhifələrində cəlbedici qazanc təklifləri ilə bağlı paylaşımlara həssas yanaşın, heç bir halda şəxsi məlumatları naməlum şəxslərə verməyin, verməyin, verməyin. Təhlükə var, SƏN də tələyə düşə bilərsən, Diqqətli ol!”, - deyə qeyd olunub.

Son xəbərlər

Tramp bu ölkəyə uçuşlara icazə verdi

22 İYUL – MİLİI MƏTBUAT GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK

Daşdəmir TAĞIYEV : MİLLİ YADDAŞIN BƏDİİ SALNAMƏSİ - FOTO

Bəzi ərazilərdə işıq kəsiləcək

Azərbaycan Milli Mətbuatı 151 yaşını qeyd edir

NASA Marsa nüvə enerjisi ilə işləyən kosmik aparat göndərməyi planlaşdırır

"Tarixin bu günü – 22 iyul" - FOTO

Risk düşünüldüyündən daha yüksəkdir - bunu yeməyin

Telefonunuzdan bunları dərhal silin - Bu mesajlar problem yaradır

Kolbasa, meyvə şirələri və kola - Bunlar hansı orqanların DÜŞMƏNİDİR?

Doğulmamış körpələrini itirdilər

Bakıda hoteldən və avtomobildən oğurluq edən iki nəfər saxlanıldı

Gürcüstanda zəlzələ baş verib

Məşhur aktrisa evsiz qaldı - "6 aydır ki..."

“Halef” davam edəcək?

Eda Ece xəstəxanalıq oldu

SEVİNC YUNUSLU : Söndür bu cəhənnəmi,odu üfür,közün sıx - FOTO

DƏRDİN ŞEİR DİLİ - FOTO

NOVRUZ ASLANOV ZİYALILIĞI

Qaranlıqdan işıqlığa gedən yol: 22 İyul – Milli Mətbuat Günü

Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar

Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub

Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Rusiya "Naftoqaz"ın qaz hasilatı obyektlərinə silsilə zərbələr endirib

Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq

Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031