Pakistanda COP29-la bağlı seminar təşkil olunub
Pakistanın paytaxtı İslamabadın Regionşünaslıq İnstitutunda “Transsərhəd dayanıqlılığının gücləndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi” adlı seminar təşkil olunub.

Turaztv.az AZƏRTAC -a istinadən xəbər verir ki, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, bu ölkənin iqlim dəyişikliyi üzrə sabiq naziri, xanım senator Şerri Rəhman, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Pakistandakı nümayəndəsi Samuel Rizk və digərləri tədbirdə çıxış ediblər.

Səfir Xəzər Fərhadov çıxışında COP-29-un təşkilində qlobal həmrəyliyin vacibliyini vurğulayaraq qeyd edib ki, bu, ilin ən mühüm beynəlxalq tədbiri olacaq.

Senator Şerri Rəhman bildirib ki, əgər iqlim dəyişikliyinin mənfi təsirlərini aradan qaldırmaq üçün dərhal hərəkətə keçilməsə, biz “çatışmazlıq və qıtlıq dünyası”nda yaşayacağıq.

Samuel Rizk isə çıxışında su qıtlığı probleminə toxunaraq onu qlobal çağırış kimi xarakterizə edib.

Təkmilləşdirilmiş Qidalanmaya dair Qlobal Alyansın Pakistan üzrə direktoru xanım Fərəh Naz Cənubi Asiyanın üzləşdiyi kənd təsərrüfatı problemlərindən danışıb. O vurğulayıb ki, iqlim dəyişikliyi əsrin sonuna qədər regionda məhsul istehsalını 10-40 faiz aralığında azaldacaq. Bu isə ərzaq təhlükəsizliyinə ciddi zərbə vuracaq.

İslamabad Regionşünaslıq İnstitutunun prezidenti Cövhər Səlim isə qlobal təhlükə, xüsusilə iqlim dəyişikliyi ilə mübarizədə birgə əməkdaşlığın zəruriliyini vurğulayıb.
Pakistanda COP29-la bağlı seminar təşkil olunub

Son xəbərlər

Günün qoroskopu: ağır hisslərin dalğası çəkilir

Prezidentin qızları və gəlini moda həftəsinə qatıldılar - FOTOLAR

Fransız “Rafale” qırıcıları Baltik hava məkanını pozan iki Rusiya təyyarəsinin qarşısını alıb

“Mançester Yunayted” “Liverpul”u məğlub edib, “Tottenhem” vacib qələbə qazanıb

Makron arvadının İrəvana gəlməməsinin səbəbini açıqladı

Tramp İranın təklifini rədd etdi - “Elə şeylər var ki...”

Xalq artisti Bakını tərk edəcək

KƏLBƏCƏRİN İÇ SƏSİ,QOBUSTANIN NƏFƏSİ: Əlövsət Saldaş poeziyasında insan və yaddaş - FOTOLAR

MƏMMƏD QƏDİR : Qocalar evinə atmayın məni - FOTO

Aİ-nin siyasi rəhbərliyi İrəvandadır

"Kayıp zaman"da rol alacaq - FOTO

Kanye Uest konserti üçün stadion tikəcək

Yelkən idmanı üzrə “Prezident Kuboku 2026” başa çatdı - Fotolar

Azərbaycanlı tələbə faciəvi şəkildə öldü - FOTO

“Zirə”dən çətin qələbə

Makron Ermənistana səfər etdi

Türkiyədə ağır qəza - Xeyli sayda ölən və yaralanan var

Nəsrin Cavadzadənin toyudur

Prezidentin qızları Beynəlxalq Xalça Festivalında - Fotolar

Rezidentura imtahanı keçirildi

Elektromobillərin qlobal satışları 2026-cı ilin I rübündə azalıb

Amerikalı üzgüçü Uolş dünya rekordunu yenilədi

Məşhurlar "Bakı Marafonu 2026"da - FOTOLAR

Həftənin ilk günü hava necə olacaq?

Melatonin və maqneziumun yuxu üçün təsirsiz olduğunu göstərib -Araşdırma

Sənubər Səhər : Halımızın savaşı

Azərbaycanın bəzi rayonlarında yağış yağır – FAKTİKİ HAVA

İmtahana ayaqqabısının altında telefon keçirtmək istədi

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031