Deputatlığa namizəd Novruzəli Aslanov İsmayıllıda seçicilərlə növbəti görüşlərini keçirib -Fotolar
Turaztv.az xəbər verir ölkəmizdə 1 sentyabr 2024-cü il tarixində keçiriləcək VII çağırış Milli Məclisə seçkilərdə deputatlığa namizədliyi 89 saylı Seçki Dairəsindən qeydə alınmış Novruzəli Aslanov (Novruz Aslan) təbliğat planına uyğun olaraq İsmayıllı rayonunda seçicilərlə görüşlərini davam etdirir.
Atributinfo.az xəbər verir ki, seçki kampaniyasının səkkizinci günündə Novruz Aslan öz komandası ilə birlikdə İsmayıllının daha dörd kəndinin sakinləri ilə görüşüb. Günün birinci yarısında seçicilərlə görüş Diyallı və Talıstan kəndlərində baş tutub. Qeyd edək ki, Talıstan kəndində deputatlığa namizəd seçicilərlə görüşdən öncə Vətən müharibəsində canlarını fəda etmiş iki şəhidimizin məzarlarını ziyarət etmiş və onların ailələrinə baş çəkmişdir.

Keçirilən görüşlərdə Novruz Aslan parlamentdəki fəaliyyəti və hazırkı platforması barədə seçiciləri ətraflı məlumatlandırıb. Daha sonra səmimi şəraitdə keçən görüşlərdə kənd sakinlərini qayğılandıran məsələlər müzakirə olunub. Novruz Aslan bu məsələləri qeydə alaraq onların həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.
Günün ikinci yarısında deputatlığa namizəd öz komandası ilə birlikdə İsmayıllının Gülyan və Xanagah kəndlərində sakinlərlə görüşüb. Novruz Aslan görüşə gələnlərə növbəti illər üçün fəaliyyət planlarından bəhs edib. Həmçinin deputatlığa namizəd ölkəmizdə vətəndaşların rifah yüksəlişinin təmin olunması məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlərdən, qlobal əhəmiyyətli layihələrdən danışıb. Xanagah kəndində keçirilən görüşdə iştirak edən Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu və yazıçı-jurnalist Xeyrulla Dəniz çıxış edərək Novruz Aslanın İsmayıllı üçün gördüyü işlərdən, rayon sakinlərinin problemlərinin həlli istiqamətində atılan addımlardan danışıblar. Daha sonra kənd sakinlərini qayğılandıran məsələlər səmimi şəraitdə müzakirə olunub. Novruz Aslan səsləndirilən təklif və arzuları qeydə alıb və mövcud problemlərin həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.
Qeyd edək təbliğat kampaniyasının səkkizinci günündə keçirilmiş görüşlərdə 400 nəfərə yaxın sakin iştirak edib. Beləliklə, deputatlığa namizəd Novruzəli Aslanov özünün seçki-təşviqat komandasının üzvləri ilə birgə İsmayıllı rayonunda səkkiz gün ərzində keçirdiyi 30 görüşdə ümumilikdə 2900 nəfər seçici ilə görüşüb.
Keçirilən görüşlərdə iştirak edən kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Deputatlığa namizəd Novruzəli Aslanov İsmayıllıda seçicilərlə növbəti görüşlərini keçirib -Fotolar
Deputatlığa namizəd Novruzəli Aslanov İsmayıllıda seçicilərlə növbəti görüşlərini keçirib -Fotolar
Deputatlığa namizəd Novruzəli Aslanov İsmayıllıda seçicilərlə növbəti görüşlərini keçirib -Fotolar
Deputatlığa namizəd Novruzəli Aslanov İsmayıllıda seçicilərlə növbəti görüşlərini keçirib -Fotolar
Deputatlığa namizəd Novruzəli Aslanov İsmayıllıda seçicilərlə növbəti görüşlərini keçirib -Fotolar
Deputatlığa namizəd Novruzəli Aslanov İsmayıllıda seçicilərlə növbəti görüşlərini keçirib -Fotolar
Deputatlığa namizəd Novruzəli Aslanov İsmayıllıda seçicilərlə növbəti görüşlərini keçirib -Fotolar
Deputatlığa namizəd Novruzəli Aslanov İsmayıllıda seçicilərlə növbəti görüşlərini keçirib -Fotolar
Deputatlığa namizəd Novruzəli Aslanov İsmayıllıda seçicilərlə növbəti görüşlərini keçirib -Fotolar

Son xəbərlər

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Rusiyada ayı giləmeyvə toplayan iki kişini parçalayıb

Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar

Türk oğlu türk- NİCAT ƏRTÜRK

"O kəndə "Kərki" deməsək, müharibə qaçılmaz olacaq" - Paşinyan

“Ararat” və “Milan”dan məğlubiyyət - AL-də gecənin nəticələri

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Trampın sağ əli xərçəngə qalib gəldi

ÜRƏYİNDƏ LAÇINI GƏZDIRƏN, YAŞADAN QADIN - FOTOLAR

ALTI İLİN SƏSSİZ ŞAHİDİ — MƏNİM JURNALİSTİKA YOLUM

Gələn il əhalinin nominal gəlirləri 107,5 milyard manat proqnozlaşdırılır

İmişlidə zəlzələ oldu

"Çirkin" bu tarixdə başlayır

Bir ömür boyu uzanan yardım əli — Firuzə xanım

Sentyabrın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatının X konfransı keçirilib - FOTOLAR

Azərbaycanlı həkimin uğuru - FOTOLAR

Tələbələri təhdid edən oğlan universitetdən qovuldu

Əli Nağıyev Qazaxıstana səfər edib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930