Xəbərlər
10.08.2024, 01:36
Beşinci medalımız Dominqesdən gəldi
Azərbaycan Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti medalını qazanıb.
Turaztv.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, ölkəmizi təmsil edən boksçu Alfonso Dominqes finalda özbəkistanlı Lazizbek Mullojonovla qarşılaşıb.
92 kq çəki dərəcəsində yarışan təmsilçimiz həlledici görüşdə rəqibinə 0:5 hesabı ilə məğlub olaraq gümüş medal qazanıb.
Qeyd edək ki, indiyədək Paris-2024-də cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) bürünc medala sahib çıxıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay