İşdən çıxarılan başçının topdağıtmaz mülkləri...


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq Hüseyn oğlu İbrahimovu vəzifəsindən azad edib.

T.İbrahimovun vəzifədən azad olunması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Xüsusən də Ağdaş sakinləri onun vəzifədən azad edilməsinə sevindiklərini gizlətməyiblər.

T.Hüseynovun Ağdaşdakı fəaliyyəti ilə bağlı qısa bir araşdırma aparılıb. Məlum olub ki, o, vəzifədə işlədiyi müddətdə xeyli obyekt və mülklər əldə edib.

Rayon sakinlərinin mətbuata ünvanladıqları şikayət məktublarından belə məlum olur ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan T.Hüseynov əksər kəndlərdə torpaq sahələrinə əl qoyub. Kəndlərin örüş yerlərini zəbt edərək qanunsuz olaraq əkin işləri apartdırıb.

T.Hüseynovun vəzifədə işlədiyi dövrdə əldə etdiyi obyektlərin siyahısı ilə belədir:

- Ağdaşın Dəhnə kəndində 2000 başlıq camış ferması və 200 hektar torpaq sahəsi, həmin kənddə 10 hektar meyvə bağı;

- Şor Dəhnə kəndində 31 hektar meyvə bağı;

- Şəmsabad kəndində 200 hektar yonca sahəsi;

- Tofiqi kəndində 250 hetar arpa sahəsi, balıq vətəgələri;

- Mürsəl kəndində 200 hektar çəltik sahəsi;

- Türyançayın Ağdaş ərazisindən keçən hissəsində 4 yerdə daş-qum-çınqıl karxanası;

- Zeynəddin kəndində hər həftənin 6-cı günləri işləyən mal bazarı;

- Rayonun mərkəzində 2 yerdə böyük tikinti materialları ticarət mərkəzi, 80 ədəd yük maşını;

- Ağdaş şəhərində 2 yerdə möhtəşəm villa;

- Bakı şəhərində 21 yerdə villa və mənzillər;

- Qəbələ rayonunda 3 villa, 1 şadlıq evi, 3 restoran, 1 yanacaqdoldurma məntəqəsi, 2 istirahət güşəsi, 100 hektarlıq fındıq bağları,

- Londonda övladlarının adına sənədləşdirilmiş mülklər;

- Türkiyədə otel, villa və mənzillər...

T.Hüseynovun icra başçısı olduğu müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fermerlərə də gün verib, işıq vermədiyi deyilir. Sabiq icra başçısının onlara aylıq haqq qoyduğu iddia edilir.

Onun biznesini isə bələdiyyələr, idarə müdirləri və icra nümayəndələrinin idarə etdiyi bildirilir.

Qeyd edək ki, Tofiq İbrahimov 2004-2010-cu il illərdə Qəbələ, 2010-2012-ci illərdə isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Bakupost

Son xəbərlər

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib

Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb

Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib

Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib

C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək

Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər

Atambayevin oğlu 4 il müddətinə həbs edildi

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb

Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı

Antibiotik qəbul edərkən çox şəkər yemək bağırsaqlara zərəri artıra bilər

Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir

Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir

BELA ZƏNGİBASARLI : QOŞULUB PAYIZIN KÜLƏKLƏRİNƏ - FOTO

İlham Əliyev "Avaza" Kompleksinə gəlib

İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq

Rubio Avropanı “yuxudan oyanmağa” çağırıb

Qaradağda vətəndaş qəbulu keçirilib - Fotolar

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü

“Artıq darıxıram, amma doğru addım atdım” - Messi

Azərbaycanda yeni cəzaçəkmə müəssisələri tikilir

100 milyon təklif olundu, qəbul etmədi

Tramp Nobel almasa, nə olacaq?

Səs klonlama ilə "ana, pul göndər" dələduzluğu” - İKT fırıldaqları - ARAŞDIRMA

QƏLƏMİ İLƏ İNSANLARA İŞIQ SAÇAN QAZİ - FOTO

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031