Ailənin tək oğlu, Şəhid qardaşı cəbhə bölgəsinə göndərilməsin - TƏKLİF
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törədib.

Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, 2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb.

Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub.

Azərbaycan ordusu bir neçə gün bundan qabaq da şəhid verib. Düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid olub.

Qeyd edək ki, Seymur Ələsgərov ailənin tək oğul övladı olub.

Ailənin tək oğlanların cəbhənin ön hissəsinə göndərilmənəsi məsələsi bu günə qədər bir neçə dəfə gündəmə gətirilib. Məsələ Milli Məclisin iclaslarında da müzakirəyə çıxarılıb. Lakin yekun nəticə hasil olmayıb.

Ümumiyyətlə, ictimaiyyət ailənin tək oğul övladının əsgərlik vaxtı cəbhə bölgəsinə
göndərilməməsinin tərəfdarıdır.

Tək oğul övladları əsgər getməməlidir, yoxsa, ön cəbhəyə göndərilməməlidir?

Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov məsələyə fərqli yanaşıb. Tək oğlan uşaqlarının əsgər getməsini vacib sayıb:
"Oğlan uşaqlarının əsgər getməsi hərbi işlə bağlı məsələdir. Əvvəllər ailələrdə bir neçə oğlan uşağı olurdu. İndi isə dəb başqa cürdü. Gənc ailələrimizin əksəriyyətinə baxın. Bir oğlan bir qız... Əgər belədirsə, tək oğlan uşaqları əsgərliyə aparılmamalıdır?! Gərək o zaman hərb sahəsi boş qala...
Hesab edirəm ki, təkliyindən, cütlüyündən asılı olmayaraq, hər bir kişi cinsindən olan vətəndaşımız hərbi borcunu yerinə yetirməlidir. O ki qaldı tək oğlan uşaqlarının ön cəbhəyə göndərilib-göndərilməməsinə, ailədə övladın bir, ya da iki, üç olması eyni şeydir. Övlad övladdır. Tək, ya da cüt övladın itkisi valideyn üçün ağırdır. Düşünürəm ki, hər birimiz vətənimizi qorumaq, müdafiə etmək üçün hərbi xidmət dövrünü keçməliyik. Hara göndərilsək, orada da Vətənə borcumuzu verməliyik”.

Ehtiyatda olan polkovnik, hərbi jurnalist Üzeyir Cəfərovun sözlərinə görə, ailənin tək uşaqları hərbi xidmətə getsə belə, ön cəbhəyə göndərilməməlidir:
"Düzünü desəm, tək oğlan uşaqlarının hərbi xidmətə getməməsi ilə bağlı məsələni dəfələrlə gündəmə gətirmişik. Təəssüf ki, məsələyə ciddi yanaşma yoxdur. Dəfələrlə demişəm ki, Azərbaycanda kifayət qədər çağırışçı resursu var. Tək oğlanları, şəhid olan oğulun qardaşını yenidən ön xəttə göndərmək əsla doğru deyil. Bu məsələlərdə bir qədər diqqətli olmalıyıq. Övladlarımızı qorumalıyıq. Çünki o oğulların hər biri Azərbaycanın gələcəyidir. Bir saatdan sonra Nazirlər Kabinetində Müdafiə, təhlükəsizlik və səfərbərlik şöbəsində qəbulda olacağıq. Martın 12-də isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyevlə görüşəcəyik. Bu məsələni yenidən gündəmə gətirəcəyik. Rusiya qanununu əsas gətirərək Konstitusiyanın 25-ci maddəsində hamının bərabər olduğunu deyirlər. Ancaq ailələrimizi də düşünməliyik. Əgər ailənin tək oğlan uşağı həyatını itirirsə, biz qazanmırıq. Əksinə həm dövlət, həm də Vətən itirir. Ona görə də bu məsələnin tənzimlənməsinə çalışmalıyıq. Onsuz da, Azərbaycan gələcək üçün müqaviləli peşəkar ordu sistemini seçib. Peşəkar müqaviləli ordu sistemində çağırışçlara ehtiyac qalmayacaq. Biz isə indidən bu məsələni yoluna qoymaq istəmirik. Onun tərəfdarıyam ki, tək oğlan uşaqları ön cəbhəyə göndərilməsin. İstər Dövlət Sərhəd Xidməti, istərsə də Müdafiə Nazirliyi olsun, fərq etməz, övladlarımızı qorumalıyıq”.

Son xəbərlər

Putin onların suallarını cavablayacaq

100 yaşa qədər yaşamağın sirri bu İMİŞ

SEPAH: Sutka ərzində Hörmüzdən 24 gəmi keçib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının tarixi və gündəliyi açıqlanıb

Avropanın sərtləşdirdiyi miqrant siyasəti – Aİ təhlükəsizliyi ilə dəyərləri gündəlikdə - ŞƏRH

Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN

Sənubər Səhər : Xeyr və şər təlatümü

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

NK-dan yeni qərar: Mustafayev sədr seçildi

Azərbaycanda yeni iş modeli müzakirə olunur: Gündə cəmi 6 saat...

Tarkan pulsuz konsert verəcək

Prezident seçkilərində namizəd olmayacağını açıqladı

Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq

Türkiyədə gənc reper vəfat etdi - Fotolar

III Kəlağayı Festivalı Sumqayıtda keçirildi

SOCAR ABŞ şirkəti ilə "yaşıl enerji" keçidində əməkdaşlıq edə bilər

SÖZÜN ƏTRİNİ DAŞIYAN ŞAİR - FOTO

Azərbaycan lideri İtaliya Prezidentini təbrik edib

Şəfəq Qəsəbəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Münasibətilə Tədbir Keçirilib

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Keniya Ali Məhkəməsinin nümayəndə heyəti Qarabağa səfər edib

Qabiliyyət imtahanlarına qeydiyyat başa çatır

Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

BİZİM TƏQVİM:2 iyunda baş vermiş tarixi hadisələr

Bakıda 20 istiqamətdə tıxac müşahidə olunur

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi Qazaxıstanı məğlub edib

SEPAH ABŞ və İsrailə məxsus gəmini vurduğunu açıqlayıb

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930