Maestro Niyazi – 40 il xatirələrdə
Avqustun 2-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Hehru adına Beynəlxalq Mükafat Laureatı Niyazinin vəfatının 40-cı ildönümünə həsr olunmuş “Maestro Niyazi – 40 il xatirələrdə” adlı tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova, böyük elmi işçisi Əzirə Abdullayeva, jurnalist-tədqiqatçı, Əməkdar mədəniyyət işçisi Əlisəftər Hüseynov, Fransada yaşayan azərbaycanlı pianoçu, Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru, Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva, Milli alətlərin bərpası və təkmilləşdirilməsi elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi Fəzilə Nəbiyeva, Niyazinin qohumu Sahib Qədimov Maestronun Azərbaycan musiqi mədəniyyətinin zənginləşməsi və təbliği yolunda göstərdiyi əvəzsiz xidmətlərdən danışıblar. Tədbirdə Niyazi haqqında görkəmli musiqi xadimlərinin xatirələri səsləndirilib və videoxatirələr nümayiş edilib. Bütün çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.

Tədbirin bədii hissəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin artistləri, respublika və beynəlxalq müsabiqələr laureatı Toğrul Abdullayev (skripka), beynəlxalq müsabiqə laureatı Aydan Rüstəmzadə (violonçel), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi, beynəlxalq müsabiqə laureatı Ülkər Məmmədova (fortepiano), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, beynəlxalq müsabiqə laureatı Güllübəyim Məmmədova (vokal), magistrant Ülkər Məmmədova (fortepiano), musiqişünas və vokalçı Sevinc İbrahimovanın ifalarında Niyazinin xatirəsinə həsr olunmuş musiqi proqramı təqdim olunub, Maestronun idarə etdiyi konsertlərdən videokadrlar nümayiş olunub.
Maestro Niyazi – 40 il xatirələrdə
Maestro Niyazi – 40 il xatirələrdə
Maestro Niyazi – 40 il xatirələrdə
Maestro Niyazi – 40 il xatirələrdə

Son xəbərlər

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib

Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb

Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib

Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib

C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək

Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər

Atambayevin oğlu 4 il müddətinə həbs edildi

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb

Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı

Antibiotik qəbul edərkən çox şəkər yemək bağırsaqlara zərəri artıra bilər

Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir

Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir

BELA ZƏNGİBASARLI : QOŞULUB PAYIZIN KÜLƏKLƏRİNƏ - FOTO

İlham Əliyev "Avaza" Kompleksinə gəlib

İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq

Rubio Avropanı “yuxudan oyanmağa” çağırıb

Qaradağda vətəndaş qəbulu keçirilib - Fotolar

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü

“Artıq darıxıram, amma doğru addım atdım” - Messi

Azərbaycanda yeni cəzaçəkmə müəssisələri tikilir

100 milyon təklif olundu, qəbul etmədi

Tramp Nobel almasa, nə olacaq?

Səs klonlama ilə "ana, pul göndər" dələduzluğu” - İKT fırıldaqları - ARAŞDIRMA

QƏLƏMİ İLƏ İNSANLARA İŞIQ SAÇAN QAZİ - FOTO

Moldovada su qıtlığı - Nazir xalqa çağırış etdi

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031