Nəriman Zeynalzadə - 70. "Yaşa, a Nəriman, zaman deyir il..."
Nəriman Zeynalzadə - 70. "Yaşa, a Nəriman, zaman deyir il..."

Bu gün - 25 iyul tanınmış şair Nəriman Zeynalzadənin 70 yaşı tamam olur. Nəriman Zeynalzadə 1954-cü ildə Naxçıvan MR Şərur rayonunun Yaycı kəndində doğulub. 1969-cu ildən yerli və respublika mətbuatında məqalə, şeir və publisist yazıları ilə çıxış edir.
"Araz-1" "Araz-2","Qoy tanısın dünya səni" , "Avrasiya şairləri" və s. almanaxlarda şeirləri dərc edilib. "Daş Yaycım", "Ələsgər həkim", "Sən bu şəhərdə doğulmamısan", "Bu Vətən mənə dar gəlir", "Dərələyz mahalının Yaycı kəndi" kitablarının müəllifidir. Naxçıvan Dövlət Pedaqoji Universitetini bitirib. "Ovqat.com" və Turaztv.az Nəriman Zeynalzadəni 70 yaşının tamam olması münasibətiylə təbrik edir, şairə yeni yaradıcılıq uğurları arzulayır.


GÖZÜNÜN YAŞINA GƏLDİM

Deyirəm döz ürəyimə,
Kar etmir söz ürəyimə,
Tökübdür köz ürəyimə,
Gözünün yaşına gəldim.

Gümanın yığıb gedibdir,
Ümidin qırıb gedibdir,
Gözünü sıxıb gedibdir,
Gözünün yaşına gəldim.

Sızlayır eşqin yarası,
Yaş tökür gözün qorası,
Gedibdir gözün qarası,
Gözünün yaşına gəldim.

Sevginin sınıb qanadı,
Bağrımın başı qanadı,
Dedilər o qız anadı,
Gözünün yaşına gəldim.
01.01.2024


TANIMADI KÜL DƏ MƏNİ

Qəfil gələn sel apardı,
Axtarmadı el də məni.
Nə bir yaxın, nə də ki dost,
Külək tapdı çöldə məni.

Bir bulaqdan içib getdim,
Üst- başımı çırpıb getdim,
Gül yanından keçib getdim,
Heç saymadı gül də məni.

Sığınmışam öz yurduma,
Ocağıma, köz- oduma,
Özüm yandım oz oduma,
Tanımadı kül də məni.


QOCALIQ

Nə vardısa artıq qalıb dünəndə,
Xəyalları ötənlərə dönəndə,
Qoşa gəzən cavanları görəndə,
Baxıb-baxıb köks ötürür qocalıq.

Bir zamanlar yar dediyi yarısı,
Gözəl-göyçək gəlinlərin sarısı,
Canı candan ayrı düşən qarıs,
Köçüb gedib, can itirir qocalıq.

Dünya ondan, o dünyadan öc alıb,
Zaman-zaman həyat ondan bac alıb,
Bu günündən sabahına borc alıb
Saya-saya gün ötürür qocalıq.

Ağac kimi quruyubdur budağı,
Düşür yerə söz tutmayır dodağı,
Çağırsan da eşitməyir qulağı,
Bu dünyadan əl götürür qocalıq.

Təsbehini dənə-dənə çevirir,
Səhər-axşam, dönə-dönə çevirir,
Üzün tutub gündönənə çevirir,
Günəş kimi qürub edir qocalıq.

Nərman deyər aman yandım, oy yandım,
Haçan yatdım, haçan durdum, oyandım,
Gəlib ömrün çəliyinə dayandım,
Nöqtə qoyub yol bitirir qocalıq.


HƏLƏ GÖRƏCƏYİM BÜTÖV VƏTƏN VAR

Qoçağıq, igidik, dəliyik, Vətən,
Düşmənin bağrını dəlirik, Vətən,
Yolumuz Turandır, gəlirik, Vətən,
Hələ görəcəyim bütöv Vətən var.

Azərbaycanımın cənub tayını,
Bağrıma basıram o gül ananı,
Təbriz paytaxt olan o bir anını,
Hələ görəcəyim bütöv Vətən var.

Ruhumun, şerimin ən özəl bəndi,
Yatmış arzuların içi dərbəndi,
İrəvan, Borçalı, Kərkük, Dərbəndi,
Hələ görəcəyim bütöv Vətən var.

İçimdən keçənlər güman deyil ki,
Fars bölən, rus bölən zaman deyil ki,
Yaşa a Nəriman, zaman deyir ki,
Hələ görəcəyim bütöv Vətən var.

Nəriman Zeynalzadə - 70. "Yaşa, a Nəriman, zaman deyir il..."

Son xəbərlər

Yəməndə avtomobildə baş verən partlayış nəticəsində jurnalist həlak olub

Bu gün Aşuradır

Vəkil qızının ölümündə xəstəxananı ittiham etdi

Mourinyunun "Real Madrid" planı bəlli oldu

Moldova ilə birləşmə haqqında qanun layihəsini təsdiqlədilər

Vahid Çəmənlinin 70 illik yubileyi və yeni işıq üzü görmüş " SƏNSİZ KEÇƏN ÖMÜR" KİTABININ təqdimatı keçiriləcək

"Sosial həyatım da olub, telefon da istifadə etmişəm" - Ölkə birincisi

Premyer Liqanın ən bahalı transferi ola bilər

“Bu səhvim məni 700 baldan ayırdı” - Ölkə birincisi

Yurdun səsi Göygöldən dünyaya səsləndi - FOTOLAR

Şəhid övladları yüksək bal topladı

Kaliforniyada 5.6 maqnitudalı zəlzələ baş verdi

Günün səbəbkarlarını - Tanıyaq!+Fotolar

Mask COVID-19-un yaradılmasında onları günahlandırdı

"İran çox böyük güzəştlərə gedir" - Tramp

Bu gün altı mindən çox müəllim sertifikasiya imtahanı verib

“Yeraltı”dan ayrıldı

7 ildir münasibətdə olan məşhur cütlük evlənir - FOTOLAR

Modellikdən sonra filmə çəkilir...

Əli Əsədov Numan Kurtulmuşla görüşüb

"Azərikard" kart hesablarındakı problemlə bağlı açıqlama yayıb

Kubada Venesuela variantına hazırlıq – "Azadlıq adası"nın "halına yanan gərək" - ŞƏRH

Bakıda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb

Tramp: İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə, danışıqlar dərhal dayandırılacaq

Pakistanın Azərbaycandakı səfirliyi iki gün işləməyəcək

Pakistan XİN: ABŞ-İran texniki danışıqları gələn həftə bərpa olunacaq

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Gələn həftə direktorların işə qəbulu üzrə elektron qeydiyyatı başlayacaq

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930