Məxfi plan: ABŞ Ermənistan və Azərbaycana qarşı hərbi təxribatlara hazırlıq görür - ŞƏRH

ABŞ Ermənistanı Cənubi Qafqazda forpostu, yeni koloniyası elan etməyə çalışır və bu istiqamətdə aktiv fəaliyyətə keçib. Bu dövlət bir tərəfdən regionda sülhün bərqərar olmasından dəm vurur, digər tərəfdən də Ermənistanı silahlandırır, hətta onunla birgə hərbi təlimlər keçirir.

Kəlbəcərdə baş vermiş son atışmanın arxasında da, şübhəsiz, ABŞ-nin Ermənistanı təhrik etməsi durur. Hər vəchlə bölgədə gərginlik yaradan, Yaxın Şərqi fəlakətə sürükləyən və qana bulayan ABŞ indi də Cənubi Qafqazda bu çirkin planını reallaşdırmağa çalışır. Ermənistanda “Eagle Partner 2024” adlı Ermənistan-ABŞ birgə təlimləri də bunun tərkib hissəsidir. Hərbi təlimlərin ssenarisi yalandan başqa cür təqdim edilsə də, bu, dağlıq ərazilərdə hücum və diversiya əməliyyatlarına hazırlıq məqsədi daşıyır. Yəni Ermənistan ordusu hazırlanır ki, Azərbaycan ilə həmsərhəd regionlarda bu kimi əməliyyatlar keçirilsin.
Məxfi plan: ABŞ Ermənistan və Azərbaycana qarşı hərbi təxribatlara hazırlıq görür - ŞƏRH

Təlimlərə gəldikdə, iyulun 24-ə qədər davam edəcək proses sayca ikincidir. Şübhəsiz ki, təlim adı altında bölgədə çirkin bir oyun oynanılır və növbəti dəfə Ermənistandan istifadə olunur. Ay­dındır ki, Vaşinqtonun Ermənistanla yaxınlaşmasının və bu ölkə ilə birgə hərbi təlim­lər keçirməsinin məqsədi İrəvanı Rusiyadan uzaqlaşdırmaqdır. Vaşinqton çalışır ki, Nikol Paşinyan hökuməti qısa müddət ərzində Kol­lektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etsin. Paşinyan buna hazırdır, ancaq bu­nun qarşılığında Ağ evdən təhlükəsizlik təminatı almaq istəyir. Vaşinqton Ermənistana bu təminatı verə bilmir.

Bir faktı da qeyd etmək yerinə düşər ki, son vaxtlar okeanın o tayından diplo­matların, missionerlərin İrəvana səfərləri bir-birini əvəzləyir. İyulun əvvəlində sena­tor Rocer Uikerin başçılıq etdiyi nümayəndə heyəti, onun ardınca USAID rəhbəri Saman­ta Pauer Ermənistanda olublar. Bir neçə gün bundan əvvəl isə ABŞ Dövlət katibinin müavini Uzra Zeya İrəvanda görünüb. Rəsmi məlumata əsasən, İrəvanda hökumət rəsmiləri ilə görüşlərində “erməni-amerikan əməkdaşlığının gücləndirilməsi, Ermənista­nın demokratiya, qanunun aliliyi, korrupsiya ilə mübarizə və məhkəmə islahatları sahələ­rində nailiyyətlərinin təbliği” kimi məsələlə­ri müzakirə edib.

Baş nazir Nikol Paşinyan Uzra Zeya ilə görüşündə Bakı və İrəvan arasında sülh danışıqları prosesini müzakirə edib. “Tərəflər Ermənistan və Azərbaycan arasında sülh prosesini müzakirə ediblər. ABŞ Dövlət katibinin müavini vurğulayıb ki, ABŞ iki ölkə arasında həqiqi sülhün bərqərar olmasına və regionda təhlükəsizlik və sabitli­yin təmin olunmasına töhfə verməkdə davam edəcək”, - məlumatda deyilir.

Lakin keçirilən təlimlər sübut edir ki, əslində, heç də belə deyil. Onlar bu cür cümlələrlə gözdən pərdə asırlar. Əksi olsaydı, Ermənistanı növbəti müharibəyə hazırlamazdılar.
Məxfi plan: ABŞ Ermənistan və Azərbaycana qarşı hərbi təxribatlara hazırlıq görür - ŞƏRH

Ehtimallara gəldikdə, birincisi, Vaşinqton sülh danışıqlarında vasitəçilik statusunu itirib və bu səbəbdən də Ermənistanla münasibətləri daha da dərinləş­dirmək, ona təsirini artırmaqda israrlıdır. Bölgəyə səfərlərin intensivləşməsi, birgə təlimlər də bunun göstəricisidir.

İkincisi, Gürcüstanda planları pozulan ABŞ və Avropa İttifaqı Cənub Qafqazda özlərinin dayağı kimi Ermənis­tana “stavka” edirlər. Hesab etmək olar ki, bu, ən optimal versiyadır.

Üçüncüsü, Ermənistana dəstək ABŞ-də keçiriləcək seçkilərlə də bağlı ola bilər. Yəni erməni lobbisinin dəstəyini və maliyyəsini qazanmaq üçün hərəkətə keçilib. Hazırkı Prezident Cozef Bayden namizədliyini geri çəkdikdən sonra vəziyyət bir qədər mürəkkəbləşib. Respublikaçı namizəd Donald Tramp ən şanslı namizədə çevrilib və demokrat namizədin şansı azalıb. Belə bir durumda isə hazırkı demokrat rəhbərlik Ermənistanla bağlı müəyyən addımlar atır.

Maraqlısı budur ki, İran və Rusiya ABŞ-Ermənistan təlimlərinə reaksiya vermir, sadəcə, bəyanatlar verməklə işini məhdudlaşdırır. Hər ikisi keçirilən birgə hərbi təlimlərə susurlar. Eləcə də, Türkiyə də ciddi şəkildə narahat olmalıdır. ABŞ Suriya və İraqda yerləşən YPQ/PKK terrorçularına hər cür dəstək göstərərək onlardan Türkiyəyə qarşı istifadə etdiyi kimi, Ermənistandan da rəsmi Ankaraya qarşı istifadə edəcək. Bununla bağlı tarixi presedentlər də var. Məsələn, erməni daşnakların silahlandırılması və təlimlərinin Osmanlıya qarşı istifadə olunmasını yada salaq. Görünən də odur ki, Amerika bu oyunu yenidən oynayır.
Məxfi plan: ABŞ Ermənistan və Azərbaycana qarşı hərbi təxribatlara hazırlıq görür - ŞƏRH

Birləşmiş Ştatlar administrasiyası anlamalıdır ki, onun Cənubi Qafqazda­kı maraqları bölgənin əsas dövləti sayılan Azərbaycanla əməkdaşlığın gücləndirilmə­sini diktə edir. Azərbaycanın da iştirakçısı olduğu Orta dəhliz layihəsi Ağ evin maraq­larına cavab verir. Azərbaycanın Avropaya qaz, neft və alternativ enerji nəqli də ABŞ üçün əhəmiyyətlidir.

ABŞ Ermənistanla birgə hərbi təlimlərə, müdafiə sahəsində əməkdaşlığı genişləndirməyə son verməlidir. Azərbaycana sülhlə bağlı çağırışlar edən bir dövlət bu cür ziddiyyətli addımlar atmamalıdır.

Öz növbəsində, Ermənistan da anlamalıdır ki, bu proseslərdən məğlub çıxan yenə o olacaq. Ermənistan hakimiyyəti hələ də anlamaq istəmir ki, ikibaşlı siyasət yeritmək, kor-koranə əmr və tapşırıqlara əməl etməklə xalqını və bütövlükdə regionu növbəti gərginliyə sürükləyir. (Report)

Son xəbərlər

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Azərbaycanda 5 sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu - FOTO

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31