Cənubi Qafqazda yenidən gərginlik baş verərsə, Ermənistan hərbi güclərin ayaqları altında qalacaq - RƏY + FOTO
“Cənubi Qafqazda yenidən gərginlik baş verərsə, Ermənistan nəinki heç nə qazanmayacaq, hətta hərbi güclərin ayaqları altında qalacaq”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun fikrincə, Ermənistan regionda formalaşmış geosiyasi konfiqurasiyanın dağılmasına və Cənubi Qafqazın yeni gərginlik məkanına çevrilməsinə xidmət edən addımlar atır:

“Belə ki, Avropa İttifaqının Ermənistandakı missiyasının statusunun parlamentdə ratifikasiya olunması ABŞ hərbçilərinin də gəlməsinə imkan yaradacaq və Cənubi Qafqazı nüfuz rəqabəti məkanına çevirəcək. Ermənistan parlamentinin bu addımı aprelin 5-də Brüsseldə Paşinyanla Blinken və Ursula fon der Lyayen arasında keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşünə hazırlıqla bağlıdır. Bu görüş zamanı hətta Ermənistanın təhlükəsizliyinə zəmanət adlı sənədin qəbul olunacağı da bildirilir. Təbii ki, Qərbin bu hərəkətləri Cənubi Qafqazda baş verən prosesləri birtərəfli həll etmək niyyəti daşıyır. Bu isə Azərbaycanın maraqlarına ziddir. Çünki bütün bu proseslər sərhədlərimizdə baş verir”.

Deputat bildirib ki, Azərbaycan Ermənistana sülh və əməkdaşlıq təklif etdiyi halda İrəvan regionda ABŞ və Aİ-nın hərbi bazasını yaratmağa çalışır:

“Burda sual olunur ki, ABŞ və Ai-nin hərbçiləri Ermənistana kimdən qorumaq üçün zəmanət vermək istəyir. Təbii ki, Azərbaycan müharibənin başa çatdığını və Ermənistanın ərazilərində gözü olmadığını açıq şəkildə bəyan edib. Qərbə isə Cənubi Qafqazda sülhün və əməkdaşlığın yaranması maraqlı deyil və ona görə də Ermənistanı silahlandırır. Qərbin bu addımları Cənubi Qafqazı yenidən müharibə meydanına çevirmək niyyətindən irəli gəlir”.
Cənubi Qafqazda yenidən gərginlik baş verərsə, Ermənistan hərbi güclərin ayaqları altında qalacaq - RƏY + FOTO

A.Badamov vurğulayıb ki, Qərbin hərbi bazasının Ermənistanda yerləşdirlməsi Rusiya və İranın maraqlarına da ziddir. Çünki uzun illərdir ki, Rusiya Ermənistanda 102-ci hərbi bazasını saxlayır və sərhədlərini qoruyur:

“ABŞ-nin hərbi bazasının Ermənistanda yerləşməsi Rusiyanın 102-ci bazası ilə Qərbin üz-üzə gəlməsinə gətirib çıxaracaq. Beləliklə, Rusiya hərbçiləri ilə Qərbin hərbçiləri arasında Ermənistanda toqquşmanın baş verməsi qaçılmaz olacaq. İran-ABŞ münasibətlərində də uzun illərdir ki, gərginlik yaşanır. O cümlədən ABŞ-nin müəllifliyi ilə Qərbin İrana sanksiyalar təbiq olunmuşdur. ABŞ-nin İranda da öz maraqları var. ABŞ maraqlarını həyata keçirmək üçün Ermənistan ərazisini hərbi plasdarm kimi istifadə edəcək. Bu baxımdan ABŞ-nin Ermənistanda hərbi bazasının yaradılması İranın təhlükəsizliyinə böyük zərbədir”.

“Ermənistanın ABŞ hərbçilərini gətirmək planı İran, Rusiya və Qərb arasında müharibənin alovlanacağı yeni bir ocağı əmələ gətirəcək. Baş verən proseslər hətta Üçüncü Dünya müharibəsinin Cənubi Qafqazdan başlayacağı ilə bağlı proqnozların verilməsinə zəmin yaradır. Ermənilərin tarixi ölkələrarası gərginliklər yaratmaqla zəng olub. Onlar həmişə gərginlik yaratmaqla özlərinə qazanc əldə etməyə öyrəşiblər. Amma zaman dəyişilib, bu gün Cənubi Qafqazda yenidən gərginlik baş verərsə, Ermənistan nəinki heç nə qazanmayacaq, hətta hərbi güclərin ayaqları altında qalacaq”, - millət vəkili qeyd edib.

Son xəbərlər

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Azərbaycanda 5 sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu - FOTO

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31