Xəbərlər
24.06.2024, 22:10
Azərbaycanlı şahmatçı İngiltərə çempionu olub
Azərbaycanlı şahmatçı Elmira Mirzəyeva İngiltərə Açıq çempionatının qalibi olub.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, 43 yaşlı qrossmeyster İsveçrə sistemi ilə keçirilən turnirin sonuncu - VII turunda qələbə qazanaraq lider Katarjina Toma ilə xallarının sayını bərabərləşdirib.
Qalibi müəyyənləşdirmək üçün tay-breyk oynanılıb. Rəqibini məğlub edən həmyerlimiz yekunda İngiltərə çempionu olub.
Qeyd edək ki, Elmira Mirzəyeva Rusiyada anadan olsa da, onun valideynləri əslən Gəncə şəhərindəndir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay