İLK MÜƏLLİM - FOTOLAR
İLK MÜƏLLİM
Bu xatirə yazısını Ağaələkbər Ələkbərovun işıqlı xatirəsinə həsr edirəm


Müəllim bir dünyadır, müəllim cənnətdədir. Onu qiymətləndirməyi bilən şagird, tələbə cənnət mələyi olur. Müəllimsiz dünya olar, amma müəllimsiz sivilizasiya, heç vaxt elm ola bilməz. İnsanların öz biliklərini başqa nəsillərə ötürmələrinin yeganə yolu təhsildir. Bu işi görən insanlar bizim əziz müəllimlərimizdir.
Müəllim - zülməti yaran nur, cəhaləti elmin qılıncıyla yox edən, elmi üstün olan, qəlbiylə insanlara yaxınlaşan, böyük örnək, insanlara elm öyrətməklə həyatını şam kimi əridən, qəlblərdə əbədi həyat quran şəxsiyyətdir. O, bar verən ağac kimi başıaşağıdır, gülməsi təbəssümdür, millətin, xalqın yükünü çiynində daşıyır. İdeallığa doğru gedən, ancaq yerişini dəyişməyən, heç bir qarşılıq gözləmədən könül saraylarını inşa edən, ciddiyyəti qəlbinə hakim edən, ancaq təkəbbürlənməyən, peşəsini sevən, sevməyi sevən, nifrətə nifrət edən bir anadır, bir atadır.
Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Hər birimizin layiqli vətəndaş kimi yetişməyimizdə müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur. Müəllim əməyinin nəticəsində savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Müəllim yeni cəmiyyət quruculuğunun və gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir.
Ağaələkbər Məşədi Ağababa oğlu Ələkbərov da belə müəllimlərimizdən olub, sağlığında dərs dediyi orta məktəbdə nüfuzlu pedaqoq adını şərəflə qazanıb. Bu günlərdə sevimli müəllimimizin anadan olmasının 100, vəfatının 40 illiyi oldu. Rayon miqyasında təşkil edilmiş tədbirdə vaxtilə onunla çiyin-çiyinə çalışmış müəllimlər, rayonun görkəmli pedaqoqları yaxından iştirak edib, Ağaələkbər Ələkbərovun bir kənd müəllimi kimi müsbət xüsusiyyətlərini fəxrlə qeyd edib, onun pedaqoji təcrübəsindən geniş bəhs edib, o təcrübənin bu gün üçün də aktual olduğunu vurğulayıblar. Rayon ziyalılarını buraya toplayan səbəb Ağaələkbər müəllimin qeyd olunası şəxsi keyfiyyətləri, nümunə göstərilə biləcək pedaqoji təcrübəsiydi. Danışanlar hamısı onun təcrübəsinin yayılmasını tövsiyyə ediblər.
Yubilyarın oğlu, İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin direktoru Əhmədağa Ələkbərib tədbirdə iştirak edənlərə dərin təşəkkürünü bildirib, atası ilə bağlı şirin xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Əlavə olaraq qeyd edim ki, Ağaləkbər Ağababa oğlu Ələkbərov 1924-cü ildə İsmayıllı rayonunun Basqal kəndində anadan olub. 1943-1945-ci illərdə ordu sıralarında xidmət edib, 1952-ci ildə Şəki Müəllimlər İnstitutunu bitirib. Həmin ildə İsmayıllı Rayon Xalq Təhsili şöbəsinə inspektor vəzifəsinə təyin edilib. 1953-cü ildə həyat yoldaşı Turə xanımla Basqal məktəbinə təyinat alıb. A.Ələkbərov Basqal kənd orta məktəbində tarix fənnini tədris edib. Bundan sonra rayonun Xankəndi, Zeyvə məktəblərinin yaradılmasında da əvəzsiz xidmətləri olub. Ağaləkbər Ələkbərov uzun illər Xankəndi məktəbinin direktoru vəzifəsində çalışıb.
Ağaləkbər müəllim el ağsaqqalı kimi kənddə böyük nüfuz sahibi olub. Basqalın bütün xeyir işlərində, yas mərasimlərində əvəzsiz rol oynayıb.
O, 19 iyun 1994-cü ildə dünyasını dəyişib və Basqal qəsəbə qəbiristanlığında dəfn edilib.

Və sonda bu misraları mənə orta məktəbin aşağı siniflərində tarix fənnini sevdirən, müəyyən bilgiləri aşılayan Ağaələkbər müəllimin işıqlı xatirəsinə ünvanlamağı qərara aldım.

“Həyatın mənası, sirri nədədir” -
Fikrim o sehirli sözlərindədir.
Elə bil çıraqdır müəllim ömrün,
İşığı bir nəslin gözlərindədir.

Mən sənin ömrünü bənzədim nəyə,
Nə deyim səndəki yanan ürəyə?!
Neçə gül balanın tutub əlindən,
Çatdırdın bir parça halal çörəyə…

Əkdiyi pöhrələr gül açan zaman,
Təzədən doğulur, yaşayır insan.
Gözəl arzuların qoy gülsün sənin,
Ay əziz, əbədi ilk müəllimim…


Daşdəmir ƏJDƏROĞLU

İLK MÜƏLLİM - FOTOLAR
İLK MÜƏLLİM - FOTOLAR
İLK MÜƏLLİM - FOTOLAR
İLK MÜƏLLİM - FOTOLAR
İLK MÜƏLLİM - FOTOLAR
İLK MÜƏLLİM - FOTOLAR
İLK MÜƏLLİM - FOTOLAR
İLK MÜƏLLİM - FOTOLAR

Son xəbərlər

Prezidentin qızları bayramı onlarla keçirdi - Fotolar

Yuxu saatı tez-tez dəyişənlər üçün pis xəbər - Tez qocalacaqlar

TƏBİB gücləndirilmiş iş rejimində keçir

Emmanuel Makron İlham Əliyevi təbrik edib

Tbilisinin simvolik abidələri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq

Məmmədli kəndində heyvan bazarı fəaliyyətə başlayıb

Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Kamran Əliyev Qaradağ rayonunda vətəndaşları qəbul edib

MSK bu ilin daimi seçici siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub

TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub

İtkin düşən aktyor ölü tapıldı

Rusiyanın müdafiə naziri Azərbaycana səfər edə bilər

Belçikada qatarla avtobus toqquşdu - Ölənlər var

Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir

“Azərsun Holdinq” minlərlə ailəyə bayram sovqatı hədiyyə etdi

“Arka sokaklar”la bağlı qərar dəyişdi

Hakan Fidanı canlandıracaq

BELA ZƏNGİBASARLI : ŞƏFALI ƏLLƏRİNİZ VAR OLSUN, QURBAN HƏKİM! - FOTO

Sabah 30 dərəcə isti gözlənilir

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirəcək

Sahibə Qafarova: WUF13-ün uğurla keçirilməsi İlham Əliyevin siyasətinin müsbət nəticəsidir

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq

Qurban bayramı ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Gürcü nazir müavini: Bakı-Tbilisi qatarları qarşılıqlı turist axınlarını artıracaq

Ağdam şəhərinə daha 417 nəfər köçüb

HƏSRƏTİN KÖLGƏSİNDƏ YAŞAYAN MİSRALAR... - FOTO

"Tottenhem" onu hədəfə aldı

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031