Xəbərlər
16.06.2024, 01:39
Husilərin hücumundan sonra alovlanan gəmi Yəmən sahillərində batır
Britaniya Hərbi Dəniz Qüvvələri husilərin hücum etdiyi ticarət gəmisinin alovlandıqdan sonra Yəmən sahillərində batdığı ilə bağlı məlumat yayıb.
Turaztv.az APA-ya istinadən xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarət Koordinasiya Mərkəzinin (UKMTO) saytında verilən məlumata görə Yəmən sahillərində husilərin hücumu nəticəsində iyunun 13-ü alovlanan ticarət gəmisi yanmağa davam edir və batmaq üzrədir.
Məlumatda həmçinin gəminin ekipajının gəmini təxliyə etdiyi bildirilir.
Gəmi hazırda Cibutidən 55,6 km şimal-şərqdə batmaqdadır. Gəminin hansı ölkəyə aid olması ilə bağlı isə heç bir məlumat verilmir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay