
Milli Məclisin ilk iclasını Kəmaləddin Heydərovun atası aparacaq

Milli Məclisin ilk iclasını Kəmaləddin Heydərovun atası aparacaq
Konstitusiya Məhkəməsi növbədənkənar parlament seçkilərinin nəticələrini təsdiqləyəcəyi halda yeni formalaşan Milli Məclisin ilk iclasını 16 saylı Qəbələ seçki dairəsindən qalib elan edilmiş Fəttah Heydərov aparacaq.
Yenisabah.az xəbər verir ki, Milli Məclisin daxili nizamnasənin 2-ci maddəsində bildirilir ki, ilk iclası parlamentin ən qocaman deputatı açır.
"Milli Məclisin növbəti çağırışının birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin Sədri seçilənədək birinci iclası aparır.
Milli Məclisin birinci iclasına sədrlik edənin təklifi ilə Hesablayıcı komissiya seçilir və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin Sədri və onun müavinləri seçilir, bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirir", - deyə nizamnamədə bildirlir.
Hazırkı tərkibdə ən qocaman deputat Fəttah Heydərovdur. Onun 81 yaşı var. Azərbaycan Ağsaqqalar Şurasının sədri olan Fəttah Heydərov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atasıdır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













